«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2018-04-22, 2:06 AM
Main » Files » Islamda qadinlar » Aile

2013-05-10, 5:08 AM
Evlənərkən hansı məqamlara diqqət etməliyik?

Gənclərin evlənərkən xarici görünüşü həddindən çox əhəmiyyətli hesab etməsi yalnışlığa yol açır

Evlənərkən özümüzə həyatımızın yoldaşını tapmalıyıq. Həqiqətən də həyatımızın yoldaşı. Yoxsa ki, əzablı, dözümlü günlərin başlanğıcı olmasın evlənmək. Yalançı, riyakar yataqxanaya çevrilməməlidir evlilik. Çünki təyinatı bu deyil evliliyin.
Xüsusilə bizim cəmiyyətimizdə gənclərin əksəriyyəti öz valideynləri ilə bir çox məsələlərdə fikir ayrılığına malikdir. Yəni yazıq yağışdan çıxıb, yağmura düşməsin. Evlənməyə hazırlaşan gənc qarşı tərəfi ciddi şəkildə tanımalıdır. Ən azından aşağıdakı suallara cavab almalıdır:
- valideynlərini tanımağa çalışmalıyıq
- həyata baxışı – maddi baxışı necədir?
- günlük fəaliyyətləri nədən ibarətdir?
- ailəsində mənəvi atmosfer necədir?
- yaxın fikir bölüşənləri kimlərdir?
- evlilikdə məqsədi nədir?
- qadınını ictimai statusuna dair fikri
- övlad məsuliyyəti
- istirahət saatlarını necə keçirir?

Ailə quran iki gənc birlikdə güclənməlidir. Bir-birindən dəstək alaraq daha da zirvələrə ucalmalıdır. Maraq dairələri, həyat və yaşam fəlsəfələri olduqca yaxın olmalıdır. Məsələn, bir xanımla bəyi təsəvvür edək. Baxmayaraq ki, hər ikisi etik normalar daxilində, əxlaqlı həyat sürürlər, amma onların mütləq dərəcə fərqi mövcuddur. Yəni yaşamlarında, əməllərində, həyata verilən əhəmiyyətlilik dərəcələrində və s. fərqlər varr. Belə olan halda, ya zəif tərəf güclənəcək, ya da güclü tərəf zəifləyəcək.
Gənclərin evlənərkən xarici görünüşü həddindən çox əhəmiyyətli hesab etməsi yalnışlığa yol açır. Əxlaqımız da, mənəviyyatımız da göstərir ki, ilk öncə ağıl və tərbiyyə mühümdür. Meyar zahiri gözəllik olmamalıdır. Çünki bu aldadıcı faktordur. Xarici gözəlliyə aldanıb evlənənlərin çoxu statistikaya görə maksimum 2 ildən sonra boşanırlar. Aparılan araşdırmalar onu da təsdiq edir ki, zahiri gözəl olanların çoxu (qız, ya da oğlan) soyuqqanlı və eqosit olur. İstiqanlılığı, yardımlaşmanı sevmirlər. Hər zaman özlərinə qarşı ciddi diqqət və ehtiram gözləyirlər. Amma özləri bunu etmir başqalarına qarşı. Evlilikdə isə yardımlaşma, istiqanlılıq, güzəşt olmazsa, o evlilik davam etməyəcəkdir. Deməli zahiri gözəlliyə aldanmaq bir daha bu yolla isbatlanmış oldu.
http://faktxeber.com/
Category: Aile | Added by: IslamQadini
Views: 470 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]