- Qur'anda qadin - Islamda qadinlar - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-11, 2:49 PM
Main » Files » Islamda qadinlar » Qur'anda qadin

2009-09-15, 10:15 AM
Qadınlarınız evlənən vaxtı sizdən möhkəm əhd-peyman alıblar
«Nisə» surəsinin 20-21-ci ayələrinin təfsiri
(«Təfsiri-nümunə»dən tərcümə)

Ayələrin tərcüməsi:
    
وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلا تَأْخُذُوا مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا

     «Nisə» surəsi, ayə 20: «Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!»
    
وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا

     «Nisə» surəsi, ayə 21: «Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar».
     Ayələrin nazil olma səbəbləri:
     İslamdan əvvəl öz arvadını boşayıb təzə arvad almaq istəyən şəxslər, mehriyyəni ödəməkdən boyun qaçırmaq üçün öz arvadlarına onların iffətlərinin ziddinə olan töhmət vururdular. Onları sıxıntıda saxlayırdılar ki, əvvəlcədən verdikləri mehriyyələri onlardan alıb, onu təzə arvadın mehriyyəsi qərar versinlər.
     Buna aid ayə nazil oldu və bu xoşagəlməz əməli kəskin şəkildə pislədi.
     Təfsir:
     Bu ayə də qadınların hüquqlarının başqa bir hissəsinin qorunması barəsində nazil olmuş və bütün müsəlmanlara göstəriş verir ki, öz arvadından ayrılıb təzə arvad almaq qərarına gəldikləri zaman əvvəlki arvadın mehriyyəsindən bir şey azaltmağa və ya əgər ödəyiblərsə, hər nə qədər mehriyyə çox olsa belə, geri almağa haqları yoxdur. Buyurur:
    
وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلا تَأْخُذُوا مِنْهُ شَيْئًا

     «Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!»
     Keçmişdə qeyd etdiyimiz kimi «قِنْطَار» «çoxlu mal və sərvət» mənasındadır. Rağib Mufrədat kitabında deyir: «قِنْطَار»-ın kökü «قنطره»-dən olub, «körpü» mənasındadır. Çoxlu mal körpü kimidir ki, insan öz həyatında onlardan istifadə edə bilər. Bu cəhətə görə ona «قِنْطَار» demişlər. Çünki ehtimal budur ki, burada təlaq ərin mənafeyi üzündən baş verir, arvadın iffət yolundan azmasına görə yox. Beləliklə, qadınların haqlarının tapdalanmasına heç bir səbəb yoxdur.
     Sonra cahiliyyət dövründə öz arvadlarına böhtan atmaqla onların iffətini pozan əməllərə işarə edib buyurur:
    
أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا

     «Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!»
     Yəni, sizin bu əməliniz zülm və günah sayılır. Bu cür işlərə əl atmaq namərdlik və aşkar günahdır.
     «Nisə» surəsinin 21-ci ayəsində isə kişilərin arvadlarına qarşı insani mehribançılıqlarını artırmaqdan ötrü təkid edir ki, siz neçə müddətdir öz arvadlarınızla xəlvətdə və tənhalıqda birlikdə olmusunuz. Siz bir ruh iki bədən olmusunuz. Bütün bu olanlardan sonra necə ola bilər ki, bir-birinizlə yadlar və düşmənlər kimi rəftar edirsiniz və onların özlərinə məxsus hüquqlarını tapdalayırsınız.
    
وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ

     «Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz».
     Sonra buyurur:
    
وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا

     «... və onlar (qadınlarınız evlənən vaxtı) sizdən möhkəm əhd-peyman almışdılar».
     Bu müqəddəs peymanı necə görməməzliyə vurursunuz və onu pozmağa can atırsınız?!

Category: Qur'anda qadin | Added by: IslamQadini
Views: 417 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]