«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-04-28, 0:13 AM
Main » Files » Islamda qadinlar » Xanim Zehra (e)

2009-09-30, 7:47 AM
 
Həzrət Zəhranın (s) ziyarəti

Bismillahir Rehmanir Rehim!


Həzrət Zəhra (s) hicrətin 11-ci ili Cəmadis-sani ayının 3-cü günü vəfat etmişdir. Bu gün müsəlmanlar O xanım üçün yas saxlamalıdırlar. O həzrəti ziyarət və onun şəhadətinin səbəbkarı olan zalimlərə və haqqının qəsbkarlarına lənət və nifrin oxumalıdırlar. Seyid Tavus (r) "İqbal" kitabında O həzrətin şəhadət günü üçün aşağıdakı ziyarəti zikr etmişdir ki, hər kəs bu ziyarəti O həzrətin (s) şəhadət günü oxuya və Allah-taaladan günahlarının bağışlanmasını istəyə, duası qəbul və cənnət əhlindən olacaqdır. İnşaəllah.Duanın ərəbcə mətni

:السَّلاَمُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ - السَّلاَمُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ‏

- السَّلاَمُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا - اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاَةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ‏

Duanın ərəbcə oxunuşu: - Əssəlamu ələykə ya səyyidəti nisail aləmin.- Əssəlamu ələykə ya validətil hucəci ələn-nasi əcməin.- Əssəlamu ələykə əyyətuhəl məzlumətul məmnuətu həqqəha.- Əllahummə səlli əla əmətikə vəbnəti nəbiyyikə və zəvcəti vəsiyyi nəbiyyikə səlatən tuzlifuha fəvqə sulfəy ibadikəl mukərrəminə min əhlis səmavati və əhlil ərəzin.Duanın tərcüməsi:- Salam olsun sənə, ey dünya xanımlarının ən fəzilətlisi- Salam olsun sənə, ey yaranmışların imamlarının anası - Salam olasun sənə, ey zülm və sitəmlə haqqı əlindən alınmış- İlahi! Salam və rəhmətini kənizin, Peyğəmbərinin qızı, Peyğəmbərinin vəsisinin xanımına göndər və onu öz rəhmətinlə göy və yer əhlindən sənə yaxın olanlrdan da özünə yaxın et!- Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd!

Hazırladı: Mirməhəmməd Bəşirov

Category: Xanim Zehra (e) | Added by: IslamQadini
Views: 1722 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]