- İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar - TARIXDƏ QADIN - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2016-12-06, 3:44 AM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:22 AM
 
İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar
 (6)
Cəmilə və onun qəhrəman əri
Əbu Amirin oğlu Hənzələnin Cəmilə ilə toy gecəsinin səhəri Ühüd döyüşü başlandı. Onların toy gecəsində hər iki tərəfin qohumları qonaqlığa dəvət olunmuşdular. Digər tərəfdən də, Peyğəmbər (s) döyüş üçün ümumi səfərbərlik elan etmişdi. İki yol ayrıcında qalmış Hənzələ nə edəcəyini bilmirdi. Əgər İslam döyüşçülərinə qoşulsaydı, hər iki tərəfin qohum-əqrabasının etirazı ilə üzləşəcəkdi. Əgər evlənməyə razılıq versəydi, Allahın və Peyğəmbərin (s) qəzəbinə düçar olacaqdı. O, Rəsuləllahın (s) hüzuruna gedib əhvalatı ona danışır və Peyğəmbər (s) ona bir gecəlik icazə verir.
     Belə yazırlar ki, Peyğəmbər (s) ona icazə verib-verməməkdə tərəddüd etdiyi zaman, bu ayə nazil oldu: «Həqiqi möminlər əgər bir işə xatir icazə istəsələr, onlara icazə ver. Allah bağışlayan və mehribandır».
     Hənzələ Peyğəmbərin (s) icazəsi ilə evə qayıdır. O, gecə qonaqlarla birlikdə olub, zifaf gecəsini keçirir və səhər tezdən isə cənabət qüslu vermədən, döyüş paltarını geyib, silahını götürərək, döyüş meydanına gedir. O, döyüşün qızğın anında özünü meydana çatdırır və çox çəkmir ki, şəhid olur.
     Cəmilə də həmin gecə yuxuda, səmanın qapılarının açıldığını, həyat yoldaşı Hənzələnin səmaya tərəf göyə qalxdığını və sonra qapıların bağlandığını görmüşdü və yuxusunu belə yozmuşdu ki, əri şəhid olacaq.
     Döyüş bitəndən sonra Peyğəmbər (s) Hənzələ barəsində belə buyurub: «Hənzələni yerlə göy arasında gördüm. Mələklər ona qızıl qablarda cənnət suyu ilə qüsl verirdilər».
     Peyğəmbərin (s) bu sözündən sonra o, «Qəsilul məlaikə» (Mələklərin qüsl verdiyi) kimi tanınır. Bu əhvalatın üstündən aylar keçir. Cəmilənin Hənzələdən oğlu dünyaya gəlir. Uşağın adını Abdullah qoyurlar. Övladını tək böyüdən Cəmilə, onun atası kimi şücaətli olmasına çalışırdı. Həqiqətən də, Abdullah atasının yolunu davam etdirdi və ona oxşadı. Belə ki, İmam Hüseyn (ə) şəhid olandan sonra Abdullah, əlinə bayraq alaraq, kiçik bir dəstə ilə Hicaz camaatının qiyamını yatırtmaq üçün Yəzidin göndərdiyi qoşunun qabağına çıxıb. Abdullah, anadan bir olan qardaşı Muhəmməd ibn Sabiti və səkkiz oğlunun hamısını döyüş meydanına göndərib və bu döyüşdə onların hamısı, ardıcıl şəkildə şəhid olublar. Onun özü də, qaniçən düşmənə müqavimət göstərdikdən sonra, qəhrəmancasına şəhid olub.
     Bu, Cəmilənin şücaət və qəhrəmanlığının bir tarixçəsi idi. O, belə bir övlad və nəvələr yetişdirməklə, adını «igidlər yetişdirmiş analar» sırasına daxil etdi.
 
Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 401 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]