- İslamın gözəl xanımları - TARIXDƏ QADIN - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:26 PM
Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları

2009-09-12, 7:41 AM
 
Hər səhnəsində bir ibrət dərsi olan ömür

 

     Kamil insan həyatın bütün səhnələrinin qəhrəmanıdır (Murtəza Mutəhhəri)
     Həyatın bütün səhnələrinin qəhrəmanı kimi Xanım Zəhra (ə) da kamil qadın zirvəsi yaratmaqla öz sözünü demiş oldu. Xanım Zəhra (ə) əxlaqı, isməti, gözəlliyi ilə vəsfi üçün dilləri belə aciz qoyan məsumədir. Xanım Zəhra (ə) öz həyatı ilə nümunəvi Zəhra məktəbi yaratdı. Özündən sonra isə bu məktəbi bəşəriyyət qadınlarının ixtiyarına qoydu. Bu məktəbdən faydalanmaq üçün.
     Zəhra – yalnız beş hərfdən ibarət ad deyil. Zəhra hər bir insanı riqqətə gətirə biləcək dərəcədə mübarək bir isimdir. Çünki bu ad beş hərfdən ibarət adın mənasını daşımır. Bu ad arxasında nümunəvi övlad, nümunəvi həyat yoldaşı, nümunəvi ana kimi bu üç vəzifəni kamil surətdə icra edən bir həyat səhnəsi canlandırır.
     Belə bir dərin mənaya malik olan ismi yalnız tarix boyu həyatı hər bir insan üçün nümunə sayıla biləcək bir xanım daşıya bilərdi – Peyğəmbərin (s) ciyər parəsi, qızı Zəhra (ə).
     Zəhra (ə) elə bir xanımdır ki, doğulduğu gündən bütün bəşəriyyəti təəccübə qərq edib. Dünyaya gəlişi cahil ərəblərin qız övladına qarşı bəslədikləri kin-küdurətə zərbə vurdu. Onun dünyaya gəlişi qadına dəyər verdi, qadını üstün etdi, qadını ucaltdı.
     Xanım Zəhra Peyğəmbər (s) ilə xanım Xədicənin (ə) mübarək ailə həyatının məhsulu idi. Kiçik yaşlarında zövcəsini itirmiş atasına analıq analıq edən Ümmi-Əbiha (atasının anası) idi Zəhra. Nəyə görə atasının anası idi? Soruş özündən: "Ana kimdir? Anada nə axtarır övlad?” Anada qayğı, şəfqət, sevgi tapır insan övladı. Ana – övladı üçün heç bir şeyi əsirgəməyən, övladına həmişə şəfqət, sevgi ilə yanaşan bir varlıqdır. Xanım Zəhra (ə) körpə yaşlarından belə bir varlığın malik olduğu duyğuları yaşadı. Analıq etməsi üçün yaşı çox az olsa da....
     Məkkə müşrikləri atasının başına qum ələdiyi zaman onu körpə əlləri ilə təmizləyən, atasına təskinlik verən təsəlli mənbəyi idi Zəhra (ə). Evə yorğun gələn atasına yorğunluğunu unutduran gözəl bir övlad idi. O atası qarşısında övladdan çox analıq vəzifəsini yerinə yetirdi.
     Peyğəmbər (s) evinin mətbəxində yoğulan Zəhra (ə) həm də gözəl həyat yoldaşı idi. Ərinin başını həmişə uca tutan, ona heç zaman əziyyət verməyən, onu incitməyən, eyni zamanda özünü ərindən razı salan bir xanım idi. Xanım (ə) ailədəki rəftarı ilə qadınlara mehribanlıq, məhəbbət, qayğı dərsini verdi.
     Xanım Zəhra (ə) eşq şərbətini sevə-sevə içən imam Həsən (ə) kimi, qanı ilə İslam ağacını suvaran imam Huseyn (ə) kimi, nitqi ilə Yezid sarayını titrədən, "Kərbəlada gözəllikdən başqa bir şey görmədim” deyən, qəlbi İslam eşqi ilə döyünən Zeynəb (ə) kimi övladlar yetişdirməklə üçüncü vəzifəsinin öhdəsindən də layiqincə gəldi. Bu məsuliyyət ilə isə İslam üçün həqiqi övladlar tərbiyə edən analıq məktəbinin banisi oldu.
     Cəmi on səkkiz il vücudu ilə bu dünyaya işıq saçdı Xanımlar Xanımı. On səkkiz rəqəmini gördükdə insan heyrətlənir. Bu qısa ömrü Xanım (ə) necə yaşadı? Necə bəhrələndi? Necə istifadə etdi? Doqquz ilini atası, doqquz ilini isə həyat yoldaşı ilə keçirən Zəhra (ə) necə də gözəl qiymət verdi ömrünə. İnsanlıq üçün nə qədər zirvə kamalları yaratdı. Bu on səkkiz ilində nə qədər örnəklər yaratmağa qadir oldu. Nə qədər əxlaqi xüsusiyyətlər aşıladı insana. Nə qədər ibrət dərsləri verdi bəşəriyyətə.
     Atasından ona qovuşacaq ilk şəxs olacağı müjdəsi onu necə də sevindirmişdi. Bu sevincin səbəbi Məhbubuna tez qovuşmaq istəyi idi. Çünki ömrünü yalnız Yaradanının razılığı üçün sərf etmişdi. Yaşadığı on səkkiz ilində on səkkiz min insan həyatının verə biləcəyi bəhrəni verdi. Gəlişi ilə aləmi nura boyayan Zəhra (ə) gedişi ilə də cahanı zülmətə qərq etdi. Amma Zəhranı (ə) yaşadan qəlblər var, olacaq da.
     Allah, Zəhra (ə) kimi bir xanım ülgüsü yaratmaqla, insanlar üçün kamil insan nümunəsini aşkar etdi. Allah bizlərə də həqiqi Zəhra (ə) övladı olmağı nəsib etsin.

Category: İslamın gözəl xanımları | Added by: IslamQadini
Views: 421 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]