- İslamın gözəl xanımları - TARIXDƏ QADIN - Islam Qadini - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:49 PM
Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları

2009-09-12, 7:43 AM


Fatimə binti Əsəd

Fatimə binti Əsəd imam Əlinin (ə) anası və Əbu Talibin (ə) həyat yoldaşıdır. O xanım bir müddət Peyğəmbərə (s) himayədarlıq etmiş və ona məhəbbət bəsləyən mehriban bir ana kimi olmuşdur.
     Fatimə Məkkədən Mədinəyə imam Əli (ə) ilə birlikdə mühacirət etmişdi. Fatimənin şəninə yalnız bu söz yetər ki, o, Həzrət Əli (ə) kimi övladını Kəbə evində dünyaya gətirmiş və Əmirəl-möminin Əlinin (ə) anası olmaq kimi böyük bir iftixara layiq olmuşdur. Allahın Rəsulu (s) hər zaman günortadan qabaq yorğun olarkən, Fatimə binti Əsədin evinə gedərək, orada istirahət edərdi. O xanım bacardığı qədər İslama xidmət göstərmək yolunda çalışmış və İslam ordusuna başçılıq edən Həzrət Əli (ə), Cəfər Təyyar kimi övladlar yetişdirmişdir. Fatimə binti Əsəd dünyasını dəyişəndə Peyğəmbər (s) ağlar gözlə onun cəsədinin yanına gəlmiş və demişdi: «Allah onu bağışlasın. O, təkcə Əlinin (ə) deyil, mənim də anam idi».
     Sonra Peyğəmbər (s) öz köynəyini və əmmaməsini onun kəfəninin düzəldilməsi üçün verdi və onun üçün meyyit namazı qılarkən qırx təkbir dedi. Onun boş qəbrinə daxil olaraq orada uzandı. Daha sonra Həzrət Əliyə (ə), sonra isə Həsənə (ə) buyurdu: «Siz də qəbirə girib uzanın və sonra qırağa çıxın».
     Peyğəmbər (s) bunlardan əlavə Fatimənin (ə) başı tərəfində durub ona təlqin dedi və haqqında dua etdi. Əmmar Rəsuləllaha (s) ərz etdi: «Fatimə üçün etdiklərinizi heç kim üçün etməmişdiniz».
     Həzrət (s) buyurdu: «O mənim belə rəftarıma layiq idi. O öz uşaqlarını yeməklə doyurmazdan qabaq məni doyurardı. Uşaqlarını paltarsız saxlayıb, məni geyindirərdi. Öz övladlarından çox mənə xidmət edərdi».
     Əmmar soruşdu: «Bəs, onun namazında niyə qırx təkbir dediniz?»
     Həzrət (s) buyurdu: «Fatimənin namazında qırx cərgə mələk iştirak edirdi. Hər bir cərgə üçün bir təkbir dedim. Öz köynəyimi və əmmaməmi ona kəfən etməyimin səbəbi isə bu idi ki, bir gün camaatın Qiyamət günü lüt, paltarsız olması barəsində söhbət edirdim. Bu söhbəti eşidən Fatimə Qiyamət günündə paltarsız qalmaqdan və rüsvay olmaqdan narahat oldu. Öz paltarımla onu kəfənlədim ki, Qiyamət günündə paltarsız olmasın və kəfəni də çürüməsin. O qəbrdə soruşulacaq sualdan qorxduğu üçün onun qəbrində uzandım. Allah, onun qəbrinə behiştdəki qapılardan birini açdı və onun qəbri behişt bağlarından birinə çevrildi». («Məqatilut-talibin», səh.8; «Bihar», cild.35, səh.70)
     Əhli sünnənin tanınmış alimi ibn Əbil-Hədid yazır: «Fatimə binti Əsəd İslamın zühurundan sonra müsəlman oldu (Halbuki, bizim əqidəmizə görə imam Əlinin (ə) anası Fatimə binti Əsəd heç vaxt müşrik olmamışdı.) və İslamı qəbul edən on üç nəfərdən biridir. Peyğəmbər (s) ona çox ehtiram edərdi və onu ana çağırardı. Fatimə binti Əsəd vəfat edən zaman öz vəsiyyətini Peyğəmbərə (s) etdi. Peyğəmbər (s) də onun vəsiyyətini qəbul etdi. Cənazəsinə namaz qıldı, qəbrində uzandı və öz köynəyini ona kəfən etdi. Peyğəmbərdən (s) soruşdular: «Siz heç kim üçün belə etməmisiniz, Fatimə üçün etdiniz?»
     Peyğəmbər (s) cavabında buyurdu: «Əbu Talibdən sonra heç kəs mənə Fatimə qədər yaxşılıq etmədi».
     Fatimə binti Əsəd Peyğəmbərə (s) beyət edən ilk qadın idi. («Nəhcül-bəlağənin şərhi», ibn Əbil Hədid, cild.1, səh.14)
     Fatimənin Faxtə (Ummu Hani) adlı bir qızı da vardı ki, Peyğəmbər (s) onun evindən meraca getdi. Ummu Hani Məkkənin fəthində İslamı qəbul etmişdi və əri kafir qaldığı üçün ondan ayrılmışdı.
     Məkkənin fəthində Peyğəmbər (s) buyurmuşdu: «Kafirlərdən hər kim Ummu Haninin evinə getsə, amandadır». («Səfinətul-bihar», cild.2, səh.726)
     Həmçinin, Peyğəmbər (s) belə buyurmuşdur: «İstəyirsinizmi əmi və bibi cəhətindən ən üstün olan şəxslərin kim olduğunu sizə söyləyim?»
     Orada olanlar dedilər: «Bəli».
     Peyğəmbər (s) buyurdu: «Onlar Həsən (ə) və Huseyndir (ə). Əmiləri behiştdə qanadları ilə uçan Cəffər Təyyar və bibiləri də behişt əhli olan Ummu Hanidir». («Tənqihul-məqal», cild.3, səh.74)
     Həqiqətən də, qadın elə bir ehtiram və şəxsiyyət həddinə yüksələ bilər ki, tanınmış böyük qəhrəmanlar yetişdirər, Kəbə evi onun doğum yeri olar, İslam Peyğəmbəri (s) isə onu öz anası bilər. Ey qadın! Sən özünü kiçik sanma. Sən böyük bir şəxsiyyətə maliksən. Bəs, özünə etimad edib güvənməklə Allah yolunda addımla ki, uca və yüksək məqamlara çatasan.
    

Category: İslamın gözəl xanımları | Added by: IslamQadini
Views: 415 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]