Main » Articles » Nurlu kelamlar » DİNDƏ AXTARIŞ |
Nurlu kelamlar
DİNDƏ AXTARIŞ
418–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!...
Biharul-ənvar /1/176 *** 419–Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur: Hər kim dinşünaslıqla məşğul olsa, Allah onun yaşayışını sahmana salar, gözləmədiyi, ağlına gəlmədiyi yerdən ruzisini yetirər.
Məhəccətul-beyza /1/15. *** 420–İmam Sadiq əleyhissalam buyurur: Şiə cavanları din öyrənməyi qarşılarına məqsəd qoymalıdırlar. Əgər bir cavanın bu əhəmiyyətli işə məşğul olmadığını görsəm onu ədəbləndirərəm.
Biharul-ənvar /1/214. *** 421–İmam Baqir əleyhissalam buyurur: Şiələrimizə xəbər ver, əgər onlara əmr olunanlara əməl etsələr, qiyamət günü nicat tapacaqlar.
Biharul-ənvar /2/29. *** 422–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim xalqın dində ehtiyaclı olduğu qırx hədisi başqalarına öyrətsə, Allah onu qiyamət günü fəqih və alim kimi həşrə gətirəcək. | |
Views: 1096 | Rating: 0.0/0 |
Total comments: 0 | |