Dualar - Novruz bayramının əməlləri - Dualar - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:56 PM
Main » Articles » Dualar » Novruz bayramının əməlləri

Dualar
 
Novruz bayramının əməlləri
İmam Sadiq (ə) Muəlla ibn Xənisə Novruz bayramında aşağıdakı əməlləri yerinə yetirməyi öyrətmişdir.
Bayram günü: 1. Qüsl etmək; 2. Təmiz paltarlar geyinmək; 3. Xoş iyli ətirlərdən istifadə etmək; 4. Oruc tutmaq; 5. Dörd rəkət namaz qılmaq (bu namazın qılınma qaydası aşağıda qeyd olunub);
Novruz bayramının axşamında qılınan namaz
Bu namaz 2 rəkətdir. Hər rəkətində Həmddən sonra «Ənam» surəsi deyilməlidir.

Novruz bayramı günündə qılınan namaz

Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət). Onun 1-сi rəkətində Həmddən sonra 10 dəfə «Qədr» surəsi, 2-сi rəkətində Həmddən sonra 10 dəfə «Kafirun» surəsi, 3-cü rəkətində Həmddən sonra 10 dəfə «İxlas» surəsi, 4-сü rəkətində Həmddən sonra 10 dəfə «Fələq» və «Nas» surələri deyilməlidir. Namaz bitdikdən sonra şükr səсdəsini yerinə yetirib, «Məfatihul-Сinan» kitabının 542-сi səhifəsindəki duanı oxumaq lazımdır.

Novruz bayramı günündə qılınan başqa bir namaz
Bu namaz 2 rəkətdir. Onun 1-сi rəkətində Həmddən sonra 30 dəfə «İxlas» surəsi, 2-сi rəkətində isə Həmddən sonra «Qədr» surəsi deyilməlidir.

Novruz bayramının duası

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
یا مقلب القلوب والابصار. یا مد برالیل والنهار. یا محول الحول والاحوال . حول حا لناالی احسن الحال


Novruz bayramının duasının oxunuşu
Bismilləhir-rahmənir-rahim
Yə muqəllibəl-qulubi vəl-əbsar. Yə mudəbbirəl-ləyli vən-nəhər, yə muhəvviləl-həvli vəl-əhvəl. Həvvil hələnə ilə əhsənil-həl.
Category: Novruz bayramının əməlləri | Added by: IslamQadini (2010-06-01)
Views: 2027 | Rating: 4.0/5
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]