«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 7:00 AM
Main » Articles » Gənclər üçün 100 dərs

100-Cİ DƏRS: ŞEYTANA UYMAYAQ!
100-Cİ DƏRS: ŞEYTANA UYMAYAQ!
Şeytan daim pusquda durub, Allah əmrinə itaət etmək istəyən insan üçün maneələr yaradır.
Allah İbrahim peyğəmbərə (ə) əmr etdi ki, oğlunu Allah yolunda qurban kəs. Həmin vaxt İbrahimin yaşı yüzü ötmüş, İsmailinsə cəmi  on üç yaşı vardı.
İbrahim oğlu İsmailin əlindən tutub, Minaya gətirdi. Şeytan bilirdi ki, həz rət İbrahim Allahın bu imtahanından ləyaqətlə çıxsa, imamət məqamına yüksələcək. Cəld özünü İsmailin anası Hacərə çatdırıb, dedi:
-Bilirsənmi, İbrahim İsmailin başını kəsmək istəyir?
Hacər dedi:
-Kimsəyə zərrəcə əziyyət verməmiş kəs belə bir iş tuta bilməz.
Şeytan əl çəkmədi:
-O elə bilir ki, bu işi Allah əmr edib.
Hacər tövrünü pozmadan cavab verdi:
-Əgər Allah əmr edibsə, eybi yoxdur.
Hacərdən əlini üzən şeytan İbrahimin yanına gəlib dedi:
-İsmailin nə günahı var ki, başını kəsirsən?!
İbrahim buyurdu:
-Bu Allahın əmridir.
Şeytan başqa fəndə əl atdı:
-Sən oğlunun başını kəssən bu iş adət şəklini alacaq.
İbrahim (ə) buyurdu:
-Mən Allahın əmrini yerinə yetirirəm.
-Bəlkə, heç Allah əmr etməyib –dedi Şeytan.
Həzrət İbrahim (ə) yerdən daş götürüb, şeytana atdı.
Nəhayət, Şeytan İsmailə yaxınlaşıb dilini işə saldı.
-Bili rsənmi, atan səni qurban kəsmək istəyir?
-Atam belə iş görməz –dedi İsmail.
-O deyir ki, bu Allahın əmridir.
-Elədirsə, canım Allahın əmrinə qurban!
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 810 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]