69-CU DƏRS: ƏDALƏT - Gənclər üçün 100 dərs - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2016-12-04, 1:15 PM
Main » Articles » Gənclər üçün 100 dərs

69-CU DƏRS: ƏDALƏT
69-CU DƏRS: ƏDALƏT
Əxlaqını saflaşdırmaq, zinətləndirmək istəyən insan ilahi sifətlərə yiyələnməyə çalışmalıdır. Bu sifətlərdən bir ədalətdir.
Ədalət iki qismdir: fərdi ədalət və ictimai ədalət. Fərdi ədalət yalan, qeybət, böhtan kimi günahlardan çəkinməkdir. Böyük günahlardan çəkinib, kiçik günahları təkrarlamayan insanlar adil hesab olunur. Adil insanın elmi yetərli olarsa, o hakimlik, qəzavət edə bilər. müsəlmanlara təkidlə tapşırılmış cəmiyyət namazlarında pişnəmaz üçün ədalət vacib şərtdir. Ədalətsiz adama iqtida etmək olmaz.
Başqalarının hüququna riayət etmək isə ictimai ədalətdir. İnsan ilahi qanunlar qarşısında hamını bərabər bilməli, vəzifəsinin icrasında həddi aşmamalıdır. Qurani kərimin "Nəhl” surəsinin 90-cı ayəsində oxuyuruq: "Allah ədalətli olmağı əmr edir.”
Allah təala Qurani kərimdə yüz dəfədən çox zülmü xatırladır, onun çirkinliyini bəyan edir. Bütün insanlar zülmün pisliyini fitrətən anlayır və ətrafdakılardan ədalətli münasibət umacağından olur.
Tarix sübut edir ki, zülmlə ucalmış qəsr heç zaman davamlı olmur. "Ənam” surəsinin 144-cü ayəsində buyurulur: "Allah zülm edənləri heç zaman hidayət etməz.” Övliyaların məşhur buyuruğuAllah təala Qurani kərimdə yüz dəfədən çox zülmü xatırladır, onun çirkinliyini bəyan edir. Bütün insanlar zülmün pisliyini fitrətən anlayır və ətrafdakılardan ədalətli münasibət umacağından olur.
Tarix sübut edir ki, zülmlə ucalmış qəsr heç zaman davamlı olmur. "Ənam” surəsinin 144-cü ayəsində buyurulur: "Allah zülm edənləri heç zaman hidayət etməz.” Övliyaların məşhur buyuruğuna görə səltənət küfrlə yaşaya bilər, zülmlə yox! Fironların, nəmrudların ağrılı aqibətindən ibrət götürmək gərək!
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 292 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]