98-Cİ DƏRS: ƏN BÖYÜK ÇƏTİNLİK - Gənclər üçün 100 dərs - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:52 PM
Main » Articles » Gənclər üçün 100 dərs

98-Cİ DƏRS: ƏN BÖYÜK ÇƏTİNLİK
98-Cİ DƏRS: ƏN BÖYÜK ÇƏTİNLİK
Xülasə şəkildə də olsa, İslam təlimləri ilə tanış olduq. Əsas çətinlik isə qalır.
Ən böyük çətinlik insanın oxuduqlarına, eşitdiklərinə biganə qalmasıdır. İnsan unutmamalıdır ki, elm əməl deyil! İnsan elm yox, elmə əsaslanan əməl xilas edə bilər. Təsəvvür edin ki, xəstə insan axtarışlar aparır, kitablar oxuyur, nəhayət, xəstəliyini və bu xəstəliyin müalicə yollarını öyrənir. Bunula iş biirmi? Xəstəliyin diaqnozunu və müalicə yollarını bilməklə sağalmaq olarmı? Cavab bir mənalıdır: Xeyir! Bəs necə ola bilər ki, Allaha yaxınlaşmaq, kamilləşmə yollarını öyrənmiş insan heç bir iş görmədən, başqa sözlə, bildiyinə əməl etmədən Allaha yaxınlaşa, kamilləşə?! Xəstə dərmasız, müalicəsiz sağalmadığı kimi, dini elmləri oxumuş insan da oxuduğuna əməl etmədən iman qazana bilməz.
İnsan özünə suallar verməlidir:
-Bu vaxtadək kamilləşmək fikrində olmusanmı?
-Nəfsindəki, əxlaqındakı çirkin sifətləri tanıyırsanmı?
-Allahın göstərişlərinə əməl edirsənmi?
-Namazda fikrin harada olur?
-Heç ölüm haqqında düşünürsənmi?
-Qeybətdən, böhtandan, yalandan uzaqsanmı?
-Xums, zəkat, məzlumların haqqını ödəyirsənmi
-Dostların kimdir, Allahın sənin dostlarından razıdırmı?
-Bilirsənmi ki, ölmünə nə qədər qalıb?
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 296 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]