«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2024-05-06, 8:05 PM
Main » Articles » Nurlu kelamlar » İMAM MƏHDİ VƏ ƏDALƏTİN HAKİMİYYƏTİ

Nurlu kelamlar
 
İMAM MƏHDİ VƏ ƏDALƏTİN HAKİMİYYƏTİ
397–Peyğəmbər (s.ə.v.v.) buyurur:  Məhdi mənim nəslimdən, Fatimənin övladlarındandır.
Sünəni Əbi Davud /4/107.

***
398–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Xoş o adamın halına ki, mənim Əhli-beytimin qaimini görə, qiyam etməzdən qabaq ona iqtida edə, onun dostu ilə dost, düşməni ilə düşmən ola və ondan qabaqkı hidayətedici imamları da qəbul edə. Bunlar mənim dostlarım, mehr-məhəbbətimi qazananlar və ümmətim içərisində ən əzizlərimdir.
Biharul-ənvar -52-129.

***
399–Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Xudavəndi-aləm mənim Əhli-beytimdən bir nəfəri məb`us edəcək və o da yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq.
Əl-müsənnəf /11/371.

***
400–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  İmamını tanımayıb ölənlər cahiliyyət zamanında ölənlər kimidir. (Hal-hazırda İmam Zaman Həzrət Məhdidir (ə.c)).
Müsnədi-Əhməd ibni Hənbəl /2/83, 3/446/4/96. Səhihi-Buxari /6/121, 1849 və əhli sünnətin mənbələrindən olan daha 25 mənbə.

***
401–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Bizim qaimimiz qiyam edən zaman asiman öz yağışını tökəcək, yer öz bitkilərini göyərdəcək, bəndələrin ürəklərindən kinlər gedəcək, dörd ayaqlılar və yırtıcılar mehribanlaşacaq və bir-birindən hürkməyəcəklər.
Biharul-ənvar /52/316.

***

402–Əbi Carud deyir:  İmam Baqir əleyhissalama dedim:  Ey Rəsuləllahın övladı! Siz mənim şiəniz, dostunuz olduğumu, sizə ürəkdən bağlandığımı bilirsinizmi?

Buyurdu:  Bəli!

Dedim:  Sualım var, istəyirəm cavab verəsiniz, çünki gözlərim görmür, az gəzirəm və həmişə sizin ziyarətinizə nail ola bilmirəm.

Soruş -deyə buyurdu.

Ərz etdim:  Siz özünüz və pak sülaləniz ibadət etdiyiniz dini və o dinin Allahını mənə tanıtdırın, mən də Ona həmin şəkildə ibadət edim.

Buyurdu:  Kiçik bir müqəddimə ilə başladın. Amma çox böyük şey soruşdun.

And olsun Allaha ki, özümün və ata-babalarımın dinini sənə deyəcəyəm. O din Allahın birliyinə, Məhəmmədin (s.ə.v.v.) risalətinə şəhadət vermək, Rəbbimiz tərəfindən gətirdiklərini, bizim vəlimizin vilayətini iqrar etmək, düşmənlərimizdən uzaq olmaq, göstərişlərimizə əməl etmək, Qaimimizin (İmam Zaman əleyhissalamın) intizarında olmaq, (halal və vacib işdə) çalışmaq və (haramdan) qorunmaqdır.
Kafi /1/34.

***
403–İmam Baqir əleyhissalam buyurur:  Bizim Qaimimiz qiyam etdiyi zaman, şərafətli əlini bəndələrin başı üzərinə qoyar, ağıllarını bir yerə toplayıb elmlərini təkmilləşdirər, Allah-taala onların görmə-eşitmə qabiliyyətini artırar və nəhayət onlarla Qaim (ə.c) arasında maneə olmaz. Həzrət Qaim (İmam Zaman) hər zaman onlarla danışmaq istəsə, hər yerdə olsalar eşidərlər və onlar haradan istəsələr Həzrətə baxar və Onu öz iqamətgahında görərlər.
Yovmul-xilas /269.

***

404–İmam Sadiq əleyhissalam buyurur:  Qaim (ə.c)-ın zamanında mö`min şəxs günçıxanda olsa, məğribdə olan mö`min qardaşını və əgər məğribdə olsa, məşriqdəkiləri görər.

(Diqqət! Əziz oxucular, indi televizor və digər texnika növləri bu hədisin başa düşülüb qəbul edilməsində bizə kömək edə bilər.)
Biharul-ənvar /52/391.

***
405–İmam Sadiq əleyhissalam buyurur:  Onda Rükn ilə Məqam arasında dayanar və ucadan səslənər:  Ey köməklərim və yaxın adamlarım! Ey o kəslər ki, Allah sizi zühurumdan qabaq mənim üçün köməkçi hazırlayıb, mənə tərəf tələsin. Dünyanın şərqində, qərbində, mehrabda və ya yataqda olanlar İmamın səsini eşidərlər. Həmin çağırış onların hamısının qulağına çatar və hamısı Həzrətə sarı tələsərlər. Bir göz qırpımında hamısı onun yanına toplaşarlar. Bu hadisə gün çıxandan bir az əvvəl baş verəcəkdir.
Biharul-ənvar /53/7.

***
406–İmam Sadiq əleyhissalam Müfəzzələ Məhdi (ə.c) həzrətləri və onun zühuru barədə bir şey danışıb buyurdu:  Ey Müfəzzəl, İmam Məhdi (ə.c.) həzrətlərinə aid olan xəbərləri şiələrimizə çatdır ki, dinlərində şəkk-şübhə etməsinlər.
Biharul-ənvar /53/6.

***
407–İmam Məhdi (ə.c.) buyurur:  Mən Məhdiyəm, mən zəmanənin Qaimiyəm! Mən zülmlə dolan yer üzünü ədalətlə dolduranam. Yer üzü heç vaxt ilahi höccətsiz olmaz və xalq durğunluqda qalmaz. Bu bir əmanətdir ki, haqq əhli olan qardaşından başqa heç kəsə demə.
Kəmalüddin /445.

***
408–İmam Məhdi (ə.c.) buyurur:  Amma qarşıya çıxacaq yeni hadisələrdə bizim hədislərimizi rəvayət edənlərə müraciət edin, çünki onlar sizin üçün mənim höccətlərimdir və mən də onlar üçün Allahın höccətiyəm.
Kəmalüddin /484.

***
409–İmam Məhdi (ə.c.) Şeyx Müfidə yazdı:  Biz sizin vəziyyət və xəbərlərinizdən tamamilə agahıq və heç bir şey bizə gizli deyildir.
Biharul-ənvar /53/175.

***
410–Və həmçinin bu namədə yazılmışdır:  Biz sizə baş vurmaqda və rəhbərlik etməkdə səhlənkarlıq etmirik, sizi yaddan çıxarmırıq. Əgər belə olmasaydı çətinliklər hər tərəfdən üzərinizə hücum çəkər, düşmən sizi məhv edərdi. Bəs böyük Tanrıdan qorxun.
Biharul-ənvar /53/175.

***
411–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu:  Bir zaman gələr ki, xalq alimlərə ancaq yaxşı geyiminə görə ehtiram edər, Qur`anı yalnız yaxşı səslə oxuyana qulaq asar, Pərvərdigara təkcə Ramazan ayında ibadət edərlər. Qadınlar həyasız olar, yoxsullar səbr etməz və dözümsüz olar, varlılar xəsislik edərlər. Az olsa qane olmazlar və çox olsa doymazlar. Himmət və çalışdıqları qarınları, dinləri pul, qiblələri isə arvadları olar. Evləri məscidlər olar, qoyun canavardan qaçdığı kimi alimlərdən qaçarlar. Belə bir zaman gəlib çatdıqda və bu sifətlər onlarda tapıldıqda Allah onları üç şeyə düçar edər:  Mallarının bərəkətini çəkər; Zülmkarları onlara müsəllət edər; Dünyadan imansız gedərlər.
Vəqayiul-əyyam /439.

***
412–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Bir zaman gələr, ümmətimin başçıları zülmkar, alimləri tamahkar və təqvasız olar. İbadətləri riyakarlıq və özlərini göstərmək üçün olar, tacirlər sələm yeyər və alverdə malın eybini gizlədərlər, qadınları isə dünya zinətinə məşğul olar. O zaman pis insanlar onlara müsəllət olar və yaxşıların duaları qəbul olmaz.
Biharul-ənvar /33/22.

***

413–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Bir zaman gələr ki, ümmətim beş şeyi sevər və beş şeyi yaddan çıxarar…

1. Dünyanı sevər, axirəti yaddan çıxararlar; 2. Mal-sərvətə məftun olar, hesab verməyi yaddan çıxararlar; 3. Qadınları sevər, huriləri unudarlar; 4. Qəsrləri sevər, qəbirləri yaddan çıxararlar; 5. Özlərini sevər, Rəbblərini yaddan çıxararlar. Onlar məndən, mən də onlardan uzağam.
İsna-əşəriyyə /202.

***
414–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Ey Əbuzər, beş şeyi beş şeydən qabaq qənimət say və qədrini bil:  1. Cavanlığı qocalıqdan qabaq; 2. Sağlamlığı xəstəlikdən qabaq; 3. Varlılığı yoxsulluqdan qabaq; 4. Rahatlığı çətinlikdən qabaq; 5. Həyat və diriliyi ölümdən qabaq.
Biharul-ənvar /77/77.

***
415–Əmirəl-mö`minin İmam Əli əleyhissalam buyurur:  Müsəlmanın ömrünün qalanı kimyadan[1] qiymətlidir.
Ğürərul-hikəm /257.

***
416–İmam Sadiq əleyhissalam buyurur:  Qiyamət günü bir dəstə adam gələr və behiştin qapısını döyər, onlara deyərlər:  Siz kimsiniz? Deyərlər:  Biz səbr əhliyik. Soruşarlar:  Nəyə səbr etmişdiniz? Deyərlər:  Allaha itaətdə, Onun hökmlərinə baş əyməkdə və günahdan uzaq olmaqda. Allah-taala buyurar:  Düz deyirlər, onlara yol verin, behiştə daxil olsunlar. Budur Allahın buyurduğu:  Həqiqətən səbr edənlər öz mükafatlarını hesabsız alarlar.
Kafi /2/75.

***
417–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Xoş olsun o adamın halına ki, həyatını uzun-uzadı arzularla bitirməyə və ömrün qısa fürsətindən istifadə edə.
Ğürərul-hikəm /206.

***

[1] Əfsanəvi bir maddədir ki, onu dəmirə vurduqda qızıla çevirər.

Category: İMAM MƏHDİ VƏ ƏDALƏTİN HAKİMİYYƏTİ | Added by: IslamQadini (2009-09-19)
Views: 1189 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]