«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2024-05-06, 10:24 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Bərəkət

Bərəkət
Mizanul-hikmət
41. Bərəkət

229. Bərəkət

Quran:
«O, harada oluramsa olum, məni bərəkətli edib və mənə nə qədər ki, diriyəm namaz qılmağı və zəkatı tövsiyə edib». (Məryəm surəsi, ayə)
Hədis:

764. İmam Sadiq (ə) «O, harda oluramsa olum, məni bərəkətli edib» ayəsinin təfsirində buyurmuşdur: «(Bərəkətlidən məqsəd) çox xeyir və fayda verəndir». (əl-Kafi, c.2, səh.165, hədis 11)

230. Bərəkət gətirən və bərəkəti aradan aparan şeylər
Quran:

«Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, göyün və yerin bərəkətlərini üzlərinə açardıq. Lakin onlar peyğəmbərləri təkzib etdilər. Biz də əməllərinin cəzası olaraq onları yaxaladıq». (Əraf surəsi, ayə 96)
Hədis:
765. Allahın Peyğəmbəri (s): «Yeməklərinizi ölçün, çəkin! Həqiqətən bərəkət (ağırlığı) çəkilmiş yeməkdədir». (Kənzul-ummal, hədis 9434)
766. Allahın Peyğəmbəri (s): «Bərəkət on hissədir. Onun doqquz hissəsi ticarətdə, bir hissəsi isə heyvandarlıqdadır». (Biharul-ənvar, c.103, səh.5, hədis 13)
767. Allahın Peyğəmbəri (s): «Dörd şey var ki, onlardan hansı biri evə daxil olsa onu viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina». (Biharul-ənvar, c.79, səh.19, hədis 4)
768. İmam Əli (ə): «Ədalətlə bərəkətlər qat-qat artır». (Ğurərul-hikəm, hədis 4211)
769. İmam Əli (ə): «Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər». (Ğurərul-hikəm, hədis 4030)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri


Category: Bərəkət | Added by: IslamQadini (2010-08-05)
Views: 860 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]