Camaat - Camaat - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2016-12-03, 9:45 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Camaat

Camaat
Mizanul-hikmət 
70. Camaat
346. Allahın əli camaatladır
1114. Allahın Peyğəmbəri (s): «Ey insanlar! Birliyə, bütövlüyə üz tutun və parçalanmaqdan çəkinin».(Kənzul-ummal, hədis 1028)
     1115. Allahın Peyğəmbəri (s): «Allahın əli toplumun başı üzərindədir. Toplumdan bir nəfər ayrılanda şeytan onu canavar sürüdən ayrılmış qoyunu oğurladığı kimi oğurlayar». (Kənzul-ummal, hədis 1032)
     1116. Allahın Peyğəmbəri (s): «Allahın əli camaatladır». (Kənzul-ummal, hədis 20241)
     1117. Allahın Peyğəmbəri (s): «Camaat və birlik rəhmət, təfriqə və parçalanma isə əzabdır». (Kənzul-ummal, hədis 20242)
     347. Camaatın mənası
     1118. Allahın Peyğəmbəri (s) («Sənin ümmətinin camaatı nədir?» sualının cavabında): «Hətta on nəfər olmuş olsalar belə, haqq olanlar». (Məanil-əxbar, səh.154, hədis 2)
     1119. İmam Əli (ə) («Sünnə, bidət, camaat və təfriqə»nin mənası barədə sualın cavabında): «And olsun Allaha, sünnə həmin Məhəmmədin sünnəsi, bidət ona zidd olan şeydir. And olsun Allaha, camaat hətta az olsalar belə haqq əhli ilə birlikdə olmaq, təfriqə isə hətta çox olsalar belə batil əhli ilə əlbir olmaqdır». (Kənzul-ummal, hədis 1644)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Camaat | Added by: IslamQadini (2011-04-08)
Views: 415 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]