«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-05-08, 7:33 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Hədis

Hədis
Mizanul-hikmət 
90. Hədis
456. Hədis
1415. Allahın Peyğəmbəri (s): «Ümmətimə sünnənin bərpa olunması və bidətin çat verib dağılmasına səbəb olan hədis söyləyən kəsə Cənnət nəsib olar». (Biharul-ənvar, c.2, səh.152, hədis 43)
     1416. İmam Baqir (ə): «Həqiqətən, bizim hədis və kəlamlarımız qəlbləri dirildər». (Biharul-ənvar, c.2, səh.144, hədis 5)
     1417. İmam Baqir (ə): «Doğru danışan şəxsdən bir hədis öyrənməyin, sənin üçün bütün dünyadan yaxşıdır». (Əmali, Mufid, səh.42, hədis 10)
     1418. İmam Sadiq (ə): «Xalqın bizim (Əhli-Beytin) yanımızda olan məqam və yerini bizdən rəvayət etdikləri hədislərin qədərindən bilin». (Biharul-ənvar, c.2, səh.150, hədis 24)
     457. Mühəddis (Hədis nəql edən) 
     1419. «Əmali Səduq»: «Peyğəmbər (s) üç dəfə buyurdu: «Ey Allahım! Mənim canişinlərimi bağışla!» Ərz etdilər: «Ey Allahın Rəsulu! Sənin canişinlərin kimlərdir?» Buyurdu: «Onlar, mənim hədis və sünnəmi təbliğ edənlər, onları mənim ümmətimə öyrədənlərdir». (Əmali Şeyx Səduq, səh.152, hədis 4))
     1420. İmam Sadiq (ə): «Hədis rəvayət edən və dində fəqih, məlumatlı olan şəxs dindən agah olmayan və hədis söyləməyən min abiddən yaxşıdır». (Biharul-ənvar, c.2, səh.145, hədis 9)
     458. Qırx hədis əzbərləyənin savabı
     1421. Allahın Peyğəmbəri (s): «Ümmətimin dini üçün faydalı olan qırx hədis əzbərləyən şəxs Allah-Taala Qiyamət günü qəbirdən fəgih və alim kimi qaldırar».(Biharul-ənvar, c.2, səh.156, hədis 10)
     459. Hədisi dərk etmək
     1422. İmam Əli (ə): «Sizə hədisi dərk etməyi tövsiyə edirəm, rəvayət etməyi yox!»(Kənzul-fəvaid, c.2, səh.31)
     1423. İmam Əli (ə): «Ağılsızların məqsədi (rəvayəti) nəql etmək, alimlərin məqsədi isə onu dərk etməkdir». (Biharul-ənvar, c.2, səh.160, hədis 13)
     1424. İmam Sadiq (ə): «Sənin bir hədisi dərk etməyin, min hədisi (dərk etmədən) nəql etməyindən yaxşıdır». (Məanil-əxbar, səh.2, hədis 3)
     460. Allahın Peyğəmbəri (s) barədə yalan söyləməkdən çəkindirmək
     1425. Allahın Peyğəmbəri (s): «Mənim barəmdə bilərəkdən yalan danışanın yeri oddur». (Əmali, Tusi, səh.227, hədis 398)
     1426. Allahın Peyğəmbəri (s): «Kimsənin demədiyim sözü mənim adıma çıxması ən böyük günahlardandır». (Kənzul-ummal, hədis 29255)
     461. Yalan olması məlum olmayan sözü sanmaqdan çəkindirmək
     1427. Allahın peyğəmbəri (s): «Məndən bir hədis eşidib onu inkar edən şəxsdən Qiyamət günü haqqımı tələb edəcəyəm. Buna görə, mənim barəmdə mənasını bilmədiyiniz bir hədis eşitdiyiniz zaman deyin: «Allah daha yaxşı bilir». (Biharul-ənvar, c.2, səh.212, hədis 114)
     462. Hədisin doğruluğu və Quranla uyğunluğu
     1428. Allahın Peyğəmbəri (s): «Mənim hədisimi Allahın kitabı ilə tutuşdurun. Əgər ona uyğun olarsa, həmin hədis məndəndir və onu mən söyləmişəm». (Kənzul-ummal, hədis 907)
     1429. İmam Sadiq (ə): «Qurana uyğun olmayan hər bir hədis batildir». (əl-Kafi, c.1, səh.69, hədis 4)
     463. Hədisin doğruluğu və fitrətə uyğunluğu 
     1430. İmam Baqir (ə): «Əgər Ali Məhəmməddən (Allahın salamı onlara olsun) sizə bir hədis çatan zaman qəlbləriniz yumşalarsa və ona qarşı doğmalıq hissi keçirərsinizsə, həmin hədisi qəbul edin. Əgər hədis qəlblərinizi hürkütsə və könlünüzə yad olsa, onu Allaha, peyğəmbərə və Məhəmməd (ə) nəslindən olan bir alimə tapşırın». (Biharul-ənvar, c.2, səh.189, hədis 21)
     464. Hədisin doğruluğu və haqqa uyğunluğu
     1431. Allahın Peyğəmbəri (s): «Məndən sizə çatan hər bir hədis, əgər haqqa uyğun olarsa, onu mən demişəm və əgər haqqa uyğun gəlməsə, onu mən deməmişəm. Çünki, mən heç vaxt haqqdan qeyri bir söz danışmıram». (Məanil-əxbar, səh.390, hədis 30)
     465. Hədisin mənasını nəql etməyin caiz olması
     1432. Allahın Peyğəmbəri (s): «Mənasını düzgün çatdırırsa hədisin sözlərinin yerini dəyişməyin eybi yoxdur». (Kənzul-ummal, hədis 29179)
     1433. Məhəmməd ibn Müslim: «İmam Sadiqə (ə) ərz etdim: «Sizdən bir hədis eşidirəm və onu (sözlərini) azaldır və artırıram». Həzrət (ə) buyurdu: «Mənasını (doğru) çatdırdığın halda, eybi yoxdur». (Biharul-ənvar, c.2, səh.164, hədis 24)
     466. Hədisin nəqlində nəyə riayət olnumalıdır
     1434. Allahın Peyğəmbəri (s): «Ümmətimə, mənim hədislərimdən yalnız onların idrakı qəbul edə bildiyini söyləyin». (Kənzul-ummal, hədis 29284)
     1435. İmam Əli (ə): «İstəyirsizmi ki, Allah və Onun peyğəmbəri yalançı sayılmasın?!» Onda camaatın başa düşdüyü hədisləri söyləyin və onlara dərk edə bilmədikləri, inkar etdikləri şeyləri söyləməkdən çəkinin. (Əks halda, hədisi inkar edəcəklər və onun inkarı Allahı, peyğəmbəri və imamı yalançı hesab etmək kimidir)». (Biharul-ənvar, c.2, səh.77, hədis 60)
     467. Bəzi hədisləri dərk etmək və onlara tab gətirməyin çətinliyi
     1436. İmam Sadiq (ə): «Həqiqətən, bizim hədisimiz çətin və çox ağırdır. Ona, müqərrəb mələkdən, mursəl peyğəmbərdən, Allah-Taala qəlbini imanla sınamış bəndədən və alınmaz şəhərdən başqa heç kəs tab gətirə bilməz». 
     Əmr deyir: «Hədisin rəvayətçisi Şueybə dedim: «Ey Əbəl-Həsən, «alın¬maz şəhərin» mənası nədir? Dedi: «Mən də imam Sadiqdən (ə) bunu soruşduqda Həzrət (ə) «O, geniş və dəyanətli qəlbdir» deyə buyurdu». (Məani-əxbar, səh.189, hədis 1)
     468. Quran ilə sünnənin əhatəliliyi
     1437. Əbu Usamə: «İmam Sadiqin (ə) xidmətində idim. Müğeyriyyədən (Muğeyriyyə-bir məzhəbin adıdır) də bir kişi orada idi. O, İmamdan (ə) sünnə haqda soruşdu. İmam (ə) buyurdu: «İnsanların ehtiyacı olduğu elə bir şey yoxdur ki, onun barəsində Allah və peyğəmbəri tərəfindən bir sünnə (göstəriş) verilməsin. Əgər belə olmasaydı Allah-Taala gətirdiyi höccətlərlə bizə höccətləri təqdim etməzdi. Müğeyriyyədən olan kişi soruşdu: «Allah-Taala bizə höccəti nə ilə göstərmişdir?» İmam Sadiq (ə) buyurdu: «Allah-Taala buyurduğu «Bu gün sizin dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi tamamladım» sözlərilə». (Biharul-ənvar, c.2, səh.169, hədis 3)
     469. Mütəşabih (Motaşabeh-məna baxımından müxtəlif yozumları olan hədislər) hədislər
     1438. İmam Rza (ə): «Quranda olduğu kimi bizim xəbərlərdə də (hədislərdə) möhkəm və mütəşabih hədislər vardır. Bizim mütəşabih xəbərlərimizi onun möhkəmlərinə uyğunlaşdırın və onun möhkəmlərinə diqqət yetirmədən, mütəşabihlərə tabe olmayın ki, yolunuzu azarsınız». (Uyuni əxbari Rza (ə), c.1, səh.290, hədis 39)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Hədis | Added by: IslamQadini (2011-05-24)
Views: 1347 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]