«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 2:28 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Hafizə

Hafizə
Mizanul-hikmət 
105. Hafizə
538. Hafizə
1632. İmam Sadiq (ə) (Mufəzzəlin hədisində): «Heç düşünmüsənmi ki, insanın bütün bu xüsusiyyətlər arasında təkcə hafizə qüvvəsi olmasaydı onun halı və güzəranı necə olardı? Əgər (insan) öz xeyirli və zərərli işlərini, alacaqlarını və verəcəklərini, görəcəklərini və eşidəcəklərini hafizəsində saxlamasaydı, onun işlərində, həyatında və təcrübələrində necə qarışıqlıq yaranardı… Əgər bir yolu dəfələrlə getsəydi, yenə də onu itirərdi. Ömrü boyu dərs oxusaydı, heç bir elmi yadda saxlaya bilməz, bir dinə etiqad etməz, bir təcrübədən bəhrələnməzdi. Olub-keçənlərdən bir ibrət götürməz, ümumiyyətlə birdəfəlik insanlıqdan çıxmağa layiq olardı». (Biharul-ənvar, c.3, səh.80)
     539. Uşaq yaşlarından əzbərləmək
     1633. Allahın Peyğəmbəri (s): «…Uşaqlıqda öyrənənin misalı daşa həkk olunan yazıya, yaşlı vaxtı öyrənənin hekayəti su üzərində yazı yazanın hekayətinə bənzər». (Kənzul-ummal, hədis 29336)
     540. Hafizəni artıran şeylər
     1634. Allahın Peyğəmbəri (s): «Üç şey unutqanlığı aradan götürər və hafizəni artırar: Quran oxumaq, dişləri fırçalamaq və oruc tutmaq». (Biharul-ənvar, c.62, səh.266, hədis 39)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Hafizə | Added by: IslamQadini (2011-05-24)
Views: 1052 | Rating: 3.0/4
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]