«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-04-28, 4:24 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Müharibə

Müharibə
Mizanul-hikmət 
92. Müharibə
480. Müharibə
1459. İmam Əli (ə): «Çox müharibə var ki, faydası sülhdən daha çoxdur». (Ğurərul-hikəm, hədis 5320)
     1460. İmam Əli (ə): «Mübahisə və ziddiyyət müharibə yaradar». (Ğurərul-hikəm, hədis 705)
     1461. İmam Əli (ə): «İnadkarlıq müharibələrin mənşəyidir». (Ğurərul-hikəm, hədis 406)
     1462. İmam Hüseyn (ə): «Bilin ki, müharibənin şərri tez gələn, tamahı pis və nifrət doğurandır. Özünü müharibəyə hazırlayan, onun silah-sursatını tədarük görən kəs, müharibə başlamamış öz bədənini onun yaraları ilə incitməsə müharibədə qalib gəlmişdir. Amma, əlverişli fürsət və müharibə zamanı yetişməmiş, həmçinin özünün hərbi qüdrətindən xəbərsiz müharibəyə başlayan kəs, ordusuna heç bir fayda verməz və özünü də həlak edər». (Şərhe Nəhcül-bəlağə, c.3, səh.186) 
     481. Düşmənə qəfildən hücum etmək
     1463. İmam Əli (ə): «Bax! Mən gecə və gündüz, aşkarda və gizlində sizi bu xalq ilə müharibəyə çağıraraq dedim: «Onlar sizə hücum etməmiş, siz onların üzərinə həmlə edin. Çünki, Allaha and olsun, heç bir xalqla onların öz torpaqlarının içərilərində elə bir müharibə olmayıb ki, onlar bu müharibədə xar olmasınlar». (Nəhcül-bəlağə, xütbə 27)
     482. Müharibəyə başlamazdan əvvəl nəyə riayət etmək lazımdır
     1464. Allahın peyğəmbəri (s) buyurur: «Xalqla yaxşı rəftar edin və onlara fürsət verin. Haqqa dəvət etməmiş onlara hücum çəkməyin. Çünki, yer üzünün şəhərlər və çadırlarında yaşayan insanlarını mənim yanıma müsəlman (kimi) gətirməyinizi qadın və övladlarını (əsir kimi) tutub yanıma gətirib kişilərini öldürməyinizdən daha çox xoşlayıram». (Kənzul-ummal, hədis 11300)
     1465. İmam Əli (ə) Siffeyn döyüşündə buyurmuşdur: «Allaha and olsun, müharibəni bir gün də olsun təxirə salmağım, yalnız onların mənə qoşulmaları, mənim vasitəmlə hidayət olmaları və sayəmdə rahatlıq tapmalarına ümid etdiyim üçün olmuşdur. Bu, mənə onları, yollarını azmış halda öldürməkdən daha xoşdur». (Nəhcül-bəlağə, xütbə 55)
     483. Ordunun kəşfiyyatçıları
     1466. İmam Əli (ə) Ziyad ibni Nəzrə tapşırığında buyurur: «Bil ki, kəşfiyyatçılar ordunun gözü, kəşfiyyatçıların gözü isə onların gözətçiləridir. Öz vətəninin sərhədlərini aşıb düşməninə yaxınlaşan zaman dərhal hər tərəfə - dərələrə, meşələrə, puşqu yerlərinə və hər güşəyə - gözətçilər qoy ki, düşmən sizə pusqu qurub qəfildən hücum etməsin». (Tuhəful-uqul, səh.191)
     484. Hərbi təlimlər
     1467. Allahın Peyğəmbəri (s): «Elçiləri və girovları öldürməyin». (Qurbul-irşad, səh.131, hədis 456)
     1468. İmam Əli (ə): «Zirehliləri ön cərgədə, zirehsizləri isə arxa cərgələrdə yerləşdirin. Dişlərinizi bir-birinə sıxın, bu (düşmənin) qılıncla başdan vurduğu zərbəsinin təsirini azaldar. Nizələrin ətrafında əyilib-düzəlin. Belə etsəniz nizələrin qabağını daha yaxşı boşalda bilərsiniz. Gözlərinizi aşağı salın ki, bu qəlblərinizə daha çox qüvvə və rahatlıq bəxş edər. Səslərinizi çıxarmayın ki, bu qorxu və zəifliyin aradan getməsinə daha çox təsir edər». (Nəhcül-bəlağə, xütbə 124)
     1469. İmam Əli (ə): «Düşmən döyüşə başlamamış onunla vuruşmayın. Çünki, həmd olsun Allaha ki, sizin höccətiniz var. Onlara müharibəni başlamağa fürsət verməyiniz isə, sizin onlara qarşı başqa bir höccətinizdir. Əgər Allahın izni ilə düşmən məğlub olarsa, qacanları öldürməyin. Əsirlərə bədən xəsarəti yetirməyin, qadınları əziyyətlə və incitməklə təhrik etməyin». (Nəhcül-bəlağə, məktub 12)
     1470. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) müşriklərin şəhərlərini zəhərləməyi qadağan etmişdir». (əl-Kafi, c.5, səh.28, hədis 2)
     1471. İmam Səccad (ə) buyurur: «Əgər yeriməyə gücü olmayan kimsəni əsir götürmüsənsə və aparmağa bir vasitən yoxdursa, onu öldürməyib azad burax. Çünki, İmamın onun barəsində hökmünü bilmirsən». (İləluş-şəraye, səh.565, hədis 1)
     485. Müharibə hiylədir
     1472. Allahın Peyğəmbəri (s): «Fikrinə gələn hər şeyi de, çünki müharibə hiylədir».(Kənzul-ummal, hədis 10892)
     486. Müharibədən qaçmağın qadağan olması
     Quran: 
     «Döyüş sursatları üçün geri qayıdanlardan və başqa bir dəstəyə köməyə gedənlərdən başqa, düşmənə arxa çevirənlər Allahın qəzəbinə gələrlər. Onların yeri necə də pis yer olan Cəhənnəmdir». (Ənfal surəsi, ayə 16)
     Hədis: 
     1473. «İmam Əli (ə) Siffeyn müharibəsində öz səhabələrinə xitabən buyurur: «Dalbadal yürüş edin və qaçmaqdan həya edin, çünki döyüş meydanından qaçmaq gələcək nəsillərə və gələcək dövrlərə əbədi qalan rüsvayçılıqdır. Könül razılığı ilə vuruşun, şad və rahat ruhiyyə ilə ölümə doğru addım atın». (Nəhcüs-səadə, c.2, səh.232)
     1474. İmam Sadiq (ə): «Müharibədə iki kişinin qadağından qaçanın işi, qaçmaq hesab olunar. Əgər müharibədə üç nəfərin qabağından qaçarsa, bu qaçmaq sayılmaz». (əl-Kafi, c.5, səh.34, hədis 1)
     1475. İmam Rza (ə): «Allah-Taala cihad meydanından qaçmağı haram etmişdir. Çünki, bu dinin zəifləməsinə, peyğəmbərlər və ədalətli rəhbərlərə (ə) hörmətsizliyə səbəb olar». (Uyuni əxbari Rza (ə), c.2, səh.92, hədis 1)
     487. Müharibədə müxtəlif növ silahlardan istifadə etmək
     Quran: 
     «Onların müqabilində bacardığınız qədər qüvvə toplayın». (Ənfal surəsi, ayə 60)
     Hədis:
     1476. Həfs ibn Ğiyas: «İmam Sadiqdən (ə) soruşdum: «Əhalisi müharibə edən şəhərdə müsəlman qadın, uşaq, qoca, əsirlər və tacirlər olduğu halda ora su buraxıb od vurmaq və ya əhalisini öldürmək məqsədi ilə onu mancanağa tutmaq olarmı?» Həzrət (ə) buyurur: «Onlara qarşı bu işləri görmək lazımdır və həmin şəxslərin (müsəlmanların) olmasına görə müharibə edən şəhərin əhalisindən əl çəkmək olmaz. Onlara görə müsəlmanların boynunda nə bir diyə (Diyə-qan bahasıdır) var, nə də kəffarə». (əl-Kafi, c.5, səh.28, hədis 6)
     488. Dəniz qüvvələri
     1477. Allahın Peyğəmbəri (s): «Dəniz döyüşlərində şəhid olanlar Allah yanında yerüstü müharibə şəhidlərindən üstündürlər». (Kənzul-ummal, hədis 11108)
     489. Qadınların müharibədə iştirakı
     1478. İmam Baqir (ə), yaxud İmam Sadiq (ə): «Allahın Rəsulu (s) yaralıları müalicə etmək üçün qadınları da özü ilə müharibəyə apardı. Qənimətdən onlar arasında heç bir şey bölüşdürməsə də, onlara bəxşişlər verdi». (əl-Kafi, c.5, səh.45, hədis 8)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Müharibə | Added by: IslamQadini (2011-05-24)
Views: 846 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]