Qonşu - Qonşu - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2016-12-03, 9:42 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Qonşu

Qonşu
Mizanul-hikmət 
84. Qonşu
409. Yaxşı qonşuluq
Quran: 
     «Allaha ibadət edin və Ona şərik qoşmayın. Atanıza, ananıza, qohumlarınıza, yetimlərə, binəvalara, yaxın və uzaq qonşularınıza və ünsiyyətdə olduğunuz adamlara yaxşılıq edin». (Nisa surəsi, ayə 36)
     Hədis: 
     1305. Allahın Peyğəmbəri (s): «Qonşuya hörmət, anaya hörmət kimidir». (Məkarimul-əxlaq, c.1, səh.274, hədis 834)
     1306. İmam Əlinin (ə) dünyasını dəyişərkən buyurduqlarından: «Sizi Allaha and verirəm. Sizi Allaha and verirəm qonşularınızla mehriban olun. Onlarla mehriban olmağınız Peyğəmbərinizin (s) tövsiyyəsidir. O Həzrət (s) qonşular barədə o qədər tövsiyə edirdi ki, elə güman etdik ki, onları varis təyin edəcək». (Nəhcül-bəlağə, məktub 47)
     1307. İmam Sadiq (ə): «Yaxşı qonşuluq evləri abad, ömürləri uzun edər». (əl-Kafi, c.2, səh.667, hədis 8)
     1308. İmam Kazim (ə): «Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbr etməkdir». (Tuhəful-uqul, səh.409)
     410. Qonşuya əziyyət vermək
     1309. Allahın Peyğəmbəri (s): «Allaha və Qiyamət gününə iman gətirən hər bir şəxs qonşusuna əziyyət verməz». (əl-Kafi, c.2, səh.667, hədis 8)
     1310. İmam Rza (ə): «Qonşusu özünü onun şərrindən amanda hiss etməyən kimsə bizdən deyil». (Uyunu əxbari Rza (ə) , c.2, səh.24, hədis 2)
     411. Qonşunun hal-əhvalı ilə maraqlanmaq
     1311. İmam Əli (ə): «Qonşunun hal-əhvalı ilə maraqlanmaq yaxşı qonşuluğun əlamətlərindəndir». (Tuhəful-uqul, səh.85)
     1312. İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) buyurub: «Qonşusu ac olduğu halda gecə tox qarınla yatan kəs, mənə iman gətirməmişdir». Həmçinin buyurub: «Aralarında ac olduğu halda gecəni səhərə çıxan hər bir abadlığın əhalisinə Allah-Taala Qiyamət günü rəhmət nəzəri ilə baxmayacaq». (əl-Kafi, c.2, səh.668, hədis 14)
     412. Qonşunun haqqı
     1313. Allahın Peyğəmbərinin (s) qonşunun haqqı barəsində buyurduqlarından: «Əgər qonşu səndən kömək istəsə kömək et, borc istəsə borc ver, sənə ehtiyacı olsa ehtiyacını aradan götür. Başına bir müsibət gəlibsə ona ürək-dirək ver, könlünü al, bir xeyir işi olanda onu təbrik edib gözaydınlığı ver, xəstələnsə ona baş çək, halı ilə maraqlan, dünyadan köçəndə dəfnində iştirak et. Evini onun evindən hündür tikmə ki, ona tərəf gələn hava axınının qarşısını alasan,amma özü icazə verərsə eybi yoxdur. Meyvə alanda onun üçün hədiyyə göndər, əgər bunu etməsən, meyvəni evinə gizli apar. Öz övladının əlinə meyvə verib bayıra çıxarma ki, qonşunun övladı onun əlində meyvəni görüb narahat olar. Qazanda bişirdiyin xörəyin iyi və tüstüsü ilə qonşunu narahat etmə, əgər bunu bacarmasan, onda yeməkdən bir qədər ona göndər». (Musəkkinul-Fuəad, səh.105)
     413. Qonşuluğun sərhədləri
     1314. İmam Əli (ə): «Məscidin hərimi (hüdudları) 40 zirədir, mənzildən hər dörd tərəfə 40 ev də qonşu sayılır». (əl-Xisal, səh.544, hədis 20)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Qonşu | Added by: IslamQadini (2011-05-24)
Views: 438 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]