«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2024-04-29, 5:23 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Qorxaqlıq

Qorxaqlıq
Mizanul-hikmət 
62. Qorxaqlıq
322. Qorxaqlıq
1044. İmam Əli (ə): «Qorxaqlıq çatışmazlıqdır». (Nəhcül-bəlağə, hikmət 3)
     1045. İmam Əli (ə): «Qorxaqlıq, hərislik və simiclik eyb və nöqsan kimi sifətlərdən pak, uzaq olan Allaha qarşı bədgümanlıqdan yaranan pis xislətlərdir».(Ğurərul-hikəm, hədis 1837)
     1046. İmam Əli (ə): «Qorxaqlıqdan uzaq olun ki, o, ar və nöqsandır». (Ğurərul-hikəm, hədis 2582)
     1047. İmam Əli (ə): «Çox qorxaq olmaq ruhun acizliyi və yəqinin süstlüyündəndir». (Ğurərul-hikəm, hədis 5773)
     1048. İmam Həsən (ə) «qorxaqlıq nədir?» sualının cavabında: «Dosta qarşı cəsarətli olmaq və düşmənin qabağından qaçmaq». (Tuhəful-uqul, səh.225)
     323. Qorxaq və müharibə
     1049. Allahın Peyğəmbəri (s): «Qorxağın iki əcr və savabı var». (Kənzul-ummal, hədis 11298)
     1050. İmam Əli (ə): «Tez qaçacağına görə qorxağın müharibəyə getməsi rəva deyil. Əksinə, nə ilə vuruşmaq istəməsinə baxmalı və onu başqasının ixtiyarına verməlidir. Belə olan halda həmin döyüşçünün əcr və savabı qədər savab qazanar və onun (döyüşçünün) əcrindən də heç nə azaldılmaz». (Biharul-ənvar, c.100, səh.49, hədis 16)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Qorxaqlıq | Added by: IslamQadini (2011-02-10)
Views: 1326 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]