Ülfət - Ülfət - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:31 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Ülfət

Ülfət
Mizanul-hikmət
12. Ülfət

69. Ülfət

Quran:
«O Allah ki, səni öz köməyi və möminlərin köməyi ilə möhkəmlətdi. Və onların ürəklərini bir-birinə ülfətlə bağladı. Əgər sən yer üzündə nə varsa hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət və hikmət sahibidir». (Ənfal surəsi, ayə 62-63)
«Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi bir-birinə ülfətlə bağladı və Onun lütfü sayəsində bir-birinizlə qardaş oldunuz». (Ali-İmran surəsi, ayə 103)
Hədis:
276. İmam Əli (ə): «Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır». (Biharul-ənvar, c.78, səh.11, hədis 70)
277. İmam Sadiq (ə): «Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi». (Tuhəful-uqul, səh.373)
70. Başqaları ilə ünsiyyət yaradıb uyuşmayan şəxsdə xeyir yoxdur
278. Allahın Peyğəmbəri (s): «Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir». (Tuhəful-uqul, səh.45)
279. Allahın Peyğəmbəri (s): «Möminlərin ən yaxşısı, möminlərin ünsiyyət tuta bildikləri kəsdir. Başqaları ilə ünsiyyət yaratmayan və başqalarının da onunla ünsiyyət tuta bilmədiyi kəsdə heç bir xeyir yoxdur». (Biharul-ənvar, c.75, səh.265, hədis 9)


Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Ülfət | Added by: IslamQadini (2010-05-28)
Views: 324 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]