«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-05-01, 11:16 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Yaxşılıq

Yaxşılıq
Mizanul-hikmət
39. Yaxşılıq

223. Yaxşılıq

Quran:
«Yaxşılıq və pəhrizkarlıqda əlbir olun, günah və təcavüzkarlıqda köməkləşməyin və Allahdan qorxun. O, ağır cəza verəndir». (Maidə, ayə 2)
Hədis:
755. Allahın Peyğəmbəri (s): «Ömrü yalnız yaxşılıq artırar». (Biharul-ənvar, c.77, səh.166, hədis 3)
756. Allahın Peyğəmbəri (s): «Yaxşılığın mükafatı digər yaxşı işlərin hamısından tez çatır və zülm və başqalarına qarşı həddi aşmağın cəzası (insanı) digər pis işlərdən daha tez yaxalayır». (əl-Xisal, səh.110, hədis 81)
757. Allahın Peyğəmbəri (s): «Üç şey – qəlbin səxavətliliyi, danışığın gözəlliyi və əziyyətlər müqabilində səbrlilik yaxşılığın qapılarındandır». (Tuhəful-uqul, səh.8)
758. İmam Baqir (ə): «Dörd şey yaxşılığın xəzinələrindəndir: Ehtiyacı gizli saxlamaq, sədəqəni gizli vermək, ağrını gizlətmək və müsibəti gizlətmək». (Tuhəful-uqul, səh295)

224. Yaxşılığın nişanəsi
759. Allahın Peyğəmbəri (s): «Yaxşılıq edənin on nişanəsi var: O, Allaha görə sevər, Allaha görə düşmənçilik edər, Allaha görə yoldaş olar, Allaha görə ayrılar, Allaha görə qəzəblənər, Allaha görə razı və məmnun olar, Allaha görə iş görər. Allahı axtarar, Allahın qarşısında itaətkar, qorxan, çəkinən, pak, səmimi, həyalı və özünə nəzarət edən olar və Allaha görə ehsan və yaxşılıq edər». (Tuhəful-uqul, səh.21)

225. Kamil yaxşılıq
760. Allahın Peyğəmbəri (s): «Əsl yaxşılıq odur ki, gizlində də aşkarda gördüyün işi görəsən». (Kənzul-ummal, hədis 5265)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Yaxşılıq | Added by: IslamQadini (2010-08-05)
Views: 967 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]