Yemək - Yemək - Mizanul – hikmət (1-ci cild) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2016-12-08, 2:54 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Yemək

Yemək
63.Yemək
247.Allahın Peyğəmbəri (s):«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.»
248.İmam Əli (ə):«Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.»
64.Çox yemək.
249.Allahın Peyğəmbəri(s):«İnsan qarnından pis qab doldurmayıb.»
250.Allahın Peyğəmbəri(s):«Qarnını dolduran şəxs göylərin və yerin ruhlar aləminə daxil olmaz.»
251.Allahın Peyğəmbəri (s):«Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.»
252.İmam Əli (ə):«Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü çiyinlərinə ağırlıq edər.»
253.İmam Əli (ə):«Aclıqla xəstəlik bir yerə sığışmaz.»
254.İmam Sadiq (ə):«Möminin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Çox yemək iki şeyə səbəb olar: daşürəkliliyə və şəhvətin oyanmasına.»
65.Çox yeməyin ziyanları.
255.İmam Əli (ə):«Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz.»
256.İmam Əli (ə):«Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.»
257.İmam Əli (ə):«Toxluq pəhrizkarlığı kor edər.»
258.İmam Əli (ə):«Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır.»
66.Aclıq
259.Allahın Peyğəmbəri(s):«Xoş o adamın halına ki, qarnı yeməkdən boşdur, aclıq çəkir və səbr edir. Belələri Qiyamət günü tox olacaq kimsələrdir.»
260.Müstədrəkul-vəsail:«Merac hədisində deyilir: Həzrət Peyğəmbər (s) buyurub:«Pərvərdigara! Aclığın səmərəsi nədir?» Allah-taala buyurub:«Hikmət, qəlbin qorunması, Mənə yaxınlaşmaq, həmişəlik hüzn, camaata az zəhmət vermək, haqqı demək və asan və ya çətin yaşamaqdan qorxmamaq.»
261.İmam Əli (ə):«Nəfsi cilovlamaq və adətləri pozmaq üçün aclıq necə də gözəl yoldaşdır.»
262.İmam Hadi (ə):«Gece oyaq qalmaq yuxunu ürəyə yatan edir, aclıq isə yeməyi ləzzətli edir.»
67.Yeməyin miqdarı.
263.Allahın Peyğəmbəri (s):«Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür.»
264.İmam Rza (ə):«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.»
68.Süfrə qaydaları.
265.Allahın Peyğəmbəri(s):«Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar.»
266.Allahın Peyğəmbəri(s):«Mömin öz ailəsinin istəyi ilə yemək yeyir, münafiqin ailəsi isə onun istəyi ilə yeyir.»
267.İmam Əli (ə):«Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.»
268.İmam Əli (ə):«Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.»
269.İmam Əli (ə):«İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.»
270.İmam Həsən (ə):«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir.»
271.İmam Sadiq (ə):«Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.»
272.İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində:«Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.»
273.İmam Sadiq (ə):«Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.»
274.İmamKazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu:«Küçədə-bazarda (bir şey) yeyən adam.»
275.əl-İxtisas:«Nəql edilib ki: Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.»
Category: Yemək | Added by: IslamQadini (2009-10-17)
Views: 523 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]