«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2017-12-16, 2:47 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Günah

Günah

151 Günah
759. Günah
Qur’an:

«Günahı -istər aşkar olsun, istər də gizli- tərk edin. Çünki günah işlər görənlər öz əməllərinin cəzasına çatacaqlar.»[Ə'nam/120]
«Bəli, pis işlər görən və günaha batanlar Cəhənnəm əhlidir və orada əbədi qalacaqlar.»[ Bəqərə/81 ]
2392. İmam Əli (ə): «Günahlar xəstəlikdir. Onların dərmanı Allahdan istiğfar (bağışlanmaq diləmək) və şəfası bir daha o günahı təkrar etməməkdir.»[Ğurərul-Hikəm, hədis 11890]
2393. İmam Əli(ə): «Ey insan! Hansı bir şey səni günah etməkdə həyasız, Rəbbinin qarşısında qürurlu və özünü xarab etməkdə adətkar etmişdir?»[ Nəhcül-Bəlağə, xütbə 223 ]
2394. İmam Əli (ə): «Bu insanlara heyrətlənirəm. Sağlamlıqlarına zərər dəyəcəyindən qorxaraq yeməkdən pəhriz saxlayır, Amma onları Cəhənnəm əzabına atan günahlardan necə də çəkinmirlər!»[Tuhəful-Uqul, səh.204]
2395. İmam Əli (ə): «Əgər Allah-taala Ona itaətsizlik olunduğuna görə (əzabla) qorxutmasaydı belə, yenə də bəxş etdiyi nemətlərə görə Ona itaət etmək vacib olardı.»[Nəhcül-Bəlağə, hikmət 290]
2396. İmam Əli (ə):«Pisliklərdən çəkinmək yaxşılıq etməkdən üstündür.»[Ğurərul-Hikəm, hədis 1522]
2397. İmam Əli (ə): «Həqiqətən, ağıllı insanlar dünyanın artığını tərk edərlər, o ki qalmış olsun günahları.! Halbuki, dünyanı tərk etmək fəzilət və ləyaqət, günahları tərk etmək isə vacibdir.»[Biharul-Ənvar, c.78, səh.301, hədis 1]

 

2398. Mə‘sum İmamlar (ə) buyururlar: «Çalışın və sə‘y göstərin, əgər (xeyir) əməl etmirsinizsə, (heç olmasa) günah da etməyin. Çünki binanı tikən və onu uçurmayanın binası, hərçənd kiçik olsa da ucalar. Amma binanı tikən və sonra da onu uçuran şəxsin binası ucalmaz.»[Biharul-Ənvar, c.70, səh.286, hədis 8]

760. Aşkar günah etmək
2399. İmam Əli (ə): «Pak olan Allaha aşkar surətdə itaətsizlik etmək, cəzaları tezləşdirər.»[Ğurərul-Hikəm, hədis 9811]

2400. İmam Rza (ə): «Öz günahını aşkar edən kəs xar olub tək-tənha qalar. Günahı gizli və örtülü saxlayan kimsə bağışlanar.»[Biharul-Ənvar, c.73, səh.356 , hədis1]

761. Ən böyük günahlar
2401. İmam Əli (ə): «Ən pis günah, günahkarın onu yüngül (kiçik) sanmasıdır.»[Biharul-Ənvar, səh.364, hədis96]
2402. İmam Əli (ə): «Allah yanında ən böyük günah, sahibinin israr (dəfələrlə təkrar) etdiyi günahdır.»[Ğurərul-Hikəm, hədis 3131]

2403. İmam Baqir (ə): «Günahların hamısı pisdir, onların ən pisi isə üzərinə ət və qan gələn günahdır.»[əl-Kafi, c.2, səh.270, hədis7]

762. Bağışlanmayan günahlar
Qur’an:

«Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamaz və ondan qeyri günahı istədiyi kəsə keçər. Allaha şərik qoşan kəs, Əlbəttə ki, böyük günah etmişdir.»[Nisa /11]
Hədis:
2404. Allahın Peyğəmbəri (s): «Pis əxlaqdan başqa bütün günahların tövbəsi vardır. Çünki pis əxlaqlı insan hər günahdan qurtarıb tövbə edəndə, digər bir günaha düşər.»[ Biharul-Ənvar, c.77, səh.48 , hədis3]
2405. İmam Əli (ə): «Allah-taalanın Qur‘anı Kərimdə buyurduğu qəti hökmlərdən bəziləri bunlardır. Əgər insan bu əməllərdən birini edib, tövbə etmədiyi halda Allahı ilə görüşərsə, (xeyirli işlər görmək üçün) özünə zəhmət verib və əməlini xalis etsə belə, özü üçün bir xeyir aparmaz: Allahın ona vacib etdiyi ibadətdə və sitayişdə Allaha şərik qoşmaq, kimsəni öldürməklə öz qəzəb atəşini söndürmək, özü etdiyi işə görə başqasını məzəmmət etmək, insanlardan öz ehtiyac və istəyini əldə etmək üçün dində bir bidət icad etmək, insanlarla ikiüzlü, ya da ikidilli olmaq.»[Nəhcül-Bəlağə, xütbə 153 ]
2406. İmam Baqir (ə): «Bağışlanmayan günahlardan biri də insanın dediyi bu sözdür: «Kaş bu günahdan başqa heç bir şey barədə sorğu-sual olunmayaydım.»[əl-Xisal, səh.24, hədis83 ]

 

2407. İmam Sadiq (ə): «(Ey Cundubun oğlu) Din qardaşlarının (həmməsləklərinin) səndən narazılıqlarından başqa bütün günahlar bağışlanar.»[Tuhəful-Uqul, səh.303]

763. Gizlində günah etməkdən çəkindirmək
2408. İmam Əli (ə): « (Özünüzə) Xəlvət yerlərdə Allaha qarşı günah etməkdən çəkinin. Çünki şahid olan Allah həm də (mühakimə edən) hakimdir.»[Biharul-Ənvar, c.78, səh.70 , hədis25]

2409. İmam Baqir (ə): «Gizlində günah edən kəsə qarşı Allah etinasız olar.»[Biharul-Ənvar, c.46, səh.247 , hədis35]

764. Günahı yüngül və kiçik sanmaq
2410. Allahın Peyğəmbəri (s): «Həqiqətən, mömin öz günahını, onun üstünə düşəcəyindən qorxduğu böyük bir qaya kimi görür. Kafir isə öz günahına burnunun qabağından (vızıldayıb) keçən bir milçək kimi baxır.»[Əmali-Tusi, səh.527, hədis1162]
2411. Allahın Peyğəmbəri (s): «Həqiqətən, iblis sizin kiçik günahlarınızdan şaddır.»[Biharul-Ənvar, c.73, səh.363 , hədis93]
2412. Allahın Peyğəmbəri (s): «Günahın kiçikliyinə baxmayın. Ancaq baxın, görün kimə qarşı ədəbsizlik etmisiniz.»[Biharul-Ənvar, c.73, səh.168 , hədis6]
2413. İmam Əli (ə): «Pak olan Allahın yanında ən böyük günah, günahkarın nəzərində kiçik sayılan günahdır.»[Ğurərul-Hikəm, hədis3141]
2414. İmam Baqir (ə): «Günahını kiçik saymaq və bu vəziyyəti ilə razılaşmaq kimi müsibət yoxdur.»[Tuhəful-Uqul, səh.286]
2415. İmam Kazim (ə): «Kiçik günahları az hesab etməyin. Çünki həmin günahlar bir-birinin üstünə qalanıb çoxalar.»[Əmali-Mufid, hədis157, hədis8]

2416. İmam Rza (ə): «Kiçik günahlar böyük günahlara açılan bir yoldur. Allah qarşısında az günahdan qorxusu olmayan kimsə, çox günahda da Ondan qorxmaz.»[Biharul-Ənvar, c.73, səh.353 , hədis55]

765. Böyük günahlar
Qur’an:

«Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, sizin (digər) pisliklərinizdən keçər və sizi ali bir məqama çatdırarıq.»[Nisa/31]
Hədis:
2417. Allahın Peyğəmbəri (s): «Böyük günahlar bunlardan ibarətdir:«Allaha şərik qoşmaq, ata- ananı incitmək, adam öldürmək və (başqalarının hüququnu pozmaq və xalqın malını yemək) üçün yalandan and içmək.»[Kənzul-Ummal, hədis7798]
2418. İmam Əli (ə) ən böyük kəbirə günahlar barədə verilən suala cavabında:«Allahın məkrindən (möhlət və əzabından) qafil olub özünün amanda olduğunu sanmaq, Allahın köməyindən məyus olmaq və Allahın rəhmətindən ümidini üzmək.»[Kənzul-Ummal, hədis4325]

2419. İmam Sadiq (ə): «Yeddi böyük günah vardır:«Mömini qəsdən öldürmək, iffətli qadına böhtan atmaq, düşmənə qarşı olan cihad meydanından qaçmaq, hicrətdən sonra təərrub[«Lisanul-ərəb» lüğətində hicrətdən sonra təərrub barədə qeyd olunur ki, bədəvi (çöl) ərəblərinin arasından Mədinəyə hicrət edənlər yenidən badiyəyə (çölə, biyabana) bədəvilərlə yaşamaq üçün geri qayıdırdılar. Bu əməl isə dindən dönmək demək idi. Üsuli-Kafinin tərcüməçisi və şərhçisi bu ifadənin altında yazır:«Hicrətdən sonra təərrob» ifadəsi İslamın ilk dövlərində, Məkkə və əhalisi kafir olan digər məntəqələrdən Mədinəyə- İslamın mərkəzinə hicrət edən kəslərə aid edilirdi. Onların başqa müsəlmanlarla birlikdə əhalisi kafir olan məntəqələrə yenidən qayıtmasına «hicrətdən sonra təərrob» deyirdilər. Bu böyük (kəbirə) günahlardan biri və dindən dönmək sayılırdı. Lakin, Mə‘sum İmamların (ə)zamanında və qeybət dövründə təərrbun mənası, bir müsəlmanın dinini aşkar etməsinə və öyrənməsinə yasaqlar qoyulmasına baxmayaraq kafir məmləkətində qalmasıdır. Onun orada qalması böyük günahlardan sayılır. Bəzi alimlər təərrobun mənasını ümumiləşdirmiş, hətta buraya elm, təhsil alan və sonra onu tərk edənləri də şamil ediblər.], yetimin malını haqsız yerə yemək, ribanın (sələmin) haram olduğunu biləndən sonra ondan qazanc kimi istifadə etmək və Allahın vacib etdiyi Cəhənnəm əzabına səbəb olan hər bir şey.»[əl-Kafi, c.2,səh.277, hədis3

766. Günaha etməkdə israrlı olmaq
Qur’an:

« Və o kəslər ki, pis iş gördükləri və özlərinə zülm etdikləri zaman Allahı yad edər və günahlarının bağışlanmasını diləyərlər, (Məgər) Allahdan başqa günahları kim bağışlar? Belə isə, onlar öz günahlarının pisliklərindən agah olduqda, bir daha gördükləri işlərdə israr etməsinlər.»[Ali İmran/135]
Hədis:
2420. Allahın Peyğəmbəri (s): «İstiğfarla (bağışlanmaq diləməklə) böyük günah bağışlanar və kiçik günahda israr etməklə (kiçiklik) mənası aradan gedər.»[Biharul-Ənvar, c.73, səh.355 , hədis62]

2421. İmam Baqir (ə) «…gördükləri işlərdə israr etməsinlər» ayəsi barədə): «Günahda israr etməyin mənası budur ki, bəndə günah edəndən sonra, onun bağışlanmasını istəməz və tövbə etmək fikrində də olmaz.»[Biharul-Ənvar, c.73, səh.32,hədis10]

767. Günaha şad olmaq
2422. İmam Əli (ə): «Allah-taala günahdan ləzzət alan kimsəni zəlil edər.»[Ğurərul-Hikəm, hədis 8823]

2423. İmam Səccad (ə): «Günaha şad olmaqdan çəkin. Çünki günaha şad olmaq onu etməkdən pisdir.»[Biharul-Ənvar, c.73, hədis329]

768. Günahların nəticələri
2424. Allahın Peyğəmbəri (s): «Günah, onu etməyən kəs üçün də bədbəxtlikdir. Çünki əgər onu eyb tutarsa, (həmin günaha) duçar olar, əgər onun qeybətini edərsə günahkar olar və əgər ona razı qalarsa onda şərik olar.»[
l-Firdovs, c.2, səh.249, hədis3169]
2425. İmam Əli (ə): « Gözlərin yaşı rəhmsizlikdən qeyri bir səbəbdən qurumadı, qəlblər də yalnız günahların çoxluğundan rəhmsiz oldular.»[
İləluş-Şəraye, səh.81 , hədis1]
2426. İmam Səccad (ə): «Göydən yağışın yağmasının qarşısını alan günahlar hakimlərin ədalətsiz hökm çıxarmaları, yalan şəhadət vermək və şəhadəti gizlətməkdən ibarətdir.»[
Nurus-Sədəleyn, c.5,səh.597, hədis24]
2427. İmam Baqir (ə): «Heç bir il digər ildən az yağıntılı deyil. Əslində, Allah-taala yağışı istədiyi yerə yağdırar. Amma bir xalq günah əməllər edəndə Allah-taala onlar üçün təyin etdiyi yağışı yağdırmaz.»[
Biharul-Ənvar, c.73,səh.329, hədis12]
2428. İmam Sadiq (ə): «İnsan bir günah edən zaman onun qəlbində qara nöqtə yaranar. Əgər tövbə etsə, o nöqtə təmizlənər. Ancaq əgər yenə günah etsə həmin nöqtə böyüyər və nəhayət qəlbinin hər yerini bürüyər. Bundan sonra isə o, heç vaxt nicat tapmaz.»[
Biharul-Ənvar, c.73,səh.327, hədis10]
2429. İmam Sadiq (ə): «Allah-taala bəndəyə verdiyi hər bir neməti, yalnız həmin neməti ondan məhrum etməyə layiq olan günaha görə geri almışdır.»[
Biharul-Ənvar, səh.339 , hədis21]
2430. İmam Sadiq (ə): «Həqiqətən, bəndə etdiyi bir günaha görə gecə namazından məhrum olar. Pis əməlin insana tə‘sirinin surəti, bıçağın ətə tə‘sirinin sürətindən daha çoxdur.»[
əl-Kafi, c.2,səh.272, hədis16]
2431. İmam Sadiq (ə): «Günahların nəticəsinə görə ölən adamların sayı, əcəlinin çatmasına görə ölənlərin sayından çoxdur.»[
Əmali-Tusi,səh.701 , hədis1498]

2432. İmam Rza (ə): «Rəhbərlər yalan danışanda göydən yağış yağmaz, sultan zülm etsə dövlət zəifləyib etibardan düşər və zəkat verilməyəndə heyvanlar ölər.»[Əmali-Mufid,səh.310, hədis2]

729. Cəzası tez yetişən günahlar
2433. Allahın Peyğəmbəri (s): «Üç günahın cəzası bu dünyada çatar və axirətə qalmaz: Ata-ananı incitmək, xalqa zorakılıq və zülm etmək, başqalarının yaxşılıqlarına qarşı naşükrlük etmək.»[
Əmali-Mufid,səh. 237 , hədis1]
2434. İmam Baqir (ə): «Əmirəl-mömininin (ə) kitabında belə yazılıb: «Üç günahın sahibi bu dünyada onların cəzasını çəkər. Bu günahlar: zülm etmək, qohumluq əlaqələrini kəsmək və yalandan and içməkdir.»[
Əmali-Mufid,səh.198, hədis8]
770. Günahların dərmanı.
2435. Allahın Peyğəmbəri (s): «Hər dərdin dərmanı var. Günahların dərmanı da istiğfardır (bağışlanmaq diləmək).»[
Mustəcrikul-Vəsail, c.5,səh.316, hədis5972]

 

2436. Allahın Peyğəmbəri (s): «Möminin yetmiş iki pərdəsi var. Bir günah edən zaman bir pərdə yırtılar və əgər tövbə etsə Allah o pərdəni digər yeddi pərdə ilə birlikdə ona qaytarar.»[Nəvadirur-Ravəndi,səh.6]

771. Günahların kəffarəsi
1. Dünyəvi cəza.
2437. Allahın Peyğəmbəri (s): «Mömin kişi və qadınlar həmişə can, mal və övladlarında bəlaya düçar olarlar ki, sonda heç bir günahı qalmadan Allaha qovuşsunlar.»[
Biharul-Ənvar, c.67,səh.236 , hədis54]
2438. İmam Əli (ə): «Bizim şiələrdən hər biri qadağan etdiyimiz bir iş görərsə, ölməmişdən qabaq onun malına, ya övladına və ya özünə bəla gələr. Bununla da, öz günahlarından təmizlənər və Allahla günahsız halda görüşər. Əgər günahlarından hələ də bir şey qalarsa, ölüm zamanı çətinliklə can verər.»[
əl-Xisal,səh. 635, hədis10]
2439. İmam Sadiq (ə): «Allah-taala bəndənin xeyrini istəyəndə onun günahlarının cəzasını elə bu dünyada verər. Bəndəyə pislik istəsə, onu öz günahlarında saxlayar ki, Qiyamət günü günahlarının cəzasını çəksin.»[
Biharul-Ənvar, c.81, səh177, hədis18]
2. Xəstəliklər.
2440. Allahın Peyğəmbəri (s): «Xəstəlik günahları təmizləyər.»[
Biharul-Ənvar, c.65,səh.244 , hədis83]
2441. Allahın Peyğəmbəri (s): «Bir gecə qızdırma içində olmaq bir ilin günahlarının kəffarəsidir.»[
Biharul-Ənvar, c.81,səh.186 , hədis39]
2442. İmam Əli (ə): «Allah-taala bəndəyə xəstəlik göndərdikdə xəstəliyinin miqdarı qədər onun günahlarından təmizləyər.»[
Dəaimul-İsam c.1,səh.218]
2443. İmam Əli (ə) (uşaqların xəstəliyi barədə): «Onların ata və analarının günahlarının kəffarəsidir.»[
Biharul-Ənvar, c.81,səh.186, hədis40]
3. Qəm-qüssələr.
2444. Allahın Peyğəmbəri(s): «Möminin başına gələn elə bir əziyyət, hadisə, qəm-qüssə və hətta qəlbinin nigarançılığı olmayıb ki, bunların vasitəsilə Allah-taala onun günahlarını silməsin.»[
Tuhəful-Uqul,səh.38]
2445. İmam Sadiq(ə): «Həqiqətən, qəm-qüssə müsəlmanı günahdan təmizləyər.»[
əd-Dəəvat,səh.120]
2446. İmam Rza (ə): «Əli şiələrindən elə bir şəxs yoxdur ki, gün ərzində bir pis əməl, ya bir günah edəndə gecə onu qəm-qüssə burüməsin. Bunun vasitəsilə onun etdiyi pis əməl, ya günah silinib gedər. Bəs, qələm belə şəxsin günahlarını necə yazsın?»[
Biharul-Ənvar, c.68,səh.146 , hədis94]
4. Xeyir əməllər
Qur’an:
«Günün əvvəlində və sonunda, gecənin ilk saatlarında namaz qıl. Çünki yaxşılıqlar pislikləri silib aparar. Bu, ibrət götürənlər üçün bir ibrətdir.»[
Hud/114]
2447. Allahın Peyğəmbəri (s): «Elə ki bir pis əməl etdin, yaxşı iş gör ki, o pisliyi təmizləsin.»[
Əmali-Tusi,səh.186 , hədis312]
5. Xoşxasiyyətlilik.
2448. Allahın Peyğəmbəri (s): «Əgər insanda bu dörd xislət olarsa, başdan ayağa günaha batmış olsa belə, Allah-taala onun günahlarını yaxşılığa və savaba çevirər: doğruluq, həya, xoşxasiyyətlilik və şükr etmək.»[
əl-Kafi, c.2,səh.108 , hədis7]
2449. İmam Sadiq (ə): «Günəş buzu əritdiyi kimi, xoş xasiyyət də günahları əridər. Sirkə balı necə korlayırsa, pis xasiyyət də (xeyir) əməlləri elə korlayar.»Biharul-Ənvar, c.71,səh.395 , hədis74]
6. Məzlumların köməyinə çatmaq.
2450. İmam Əli (ə): «Məzlumların fəryadına çatmaq və qəmlinin qəmini dağıtmaq böyük günahların kəffarəsindəndir.»[Nəhcül-Bəlağə, hikmət 24]
7. Mələklərin əfv diləmələri.
2451. İmam Sadiq (ə): «Allah-taalanın elə mələkləri var ki, külək (payız çağı) ağacın yarpaqlarını saldığı kimi, günahları bizim şiələrin çiynindən aşağı salarlar. Allah-taalanın «öz Rəbblərinə sitayiş edərək Ona təsbih deyirlər və möminlər üçün bağışlanmaq diləyərlər.» kəlamında Allaha and olsun ki, möminlərdən məqsəd sizlərdən başqa bir kəs deyil.» [Biharul-Ənvar, c.59,səh.196 , hədis61]
8. Çoxlu səcdə.
2452. İmam Sadiq (ə):«Bir kişi peyğəmbərin yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu. Günahlarım çoxalıb, əməllərimsə zəifləyib və azalıb.» Allahın Peyğəmbəri (s) buyurdu:«Çox səcdə et. Çünki külək ağacların yarpağını tökdüyü kimi, səcdə də günahları tökər.» [ Əmali-Səduq,səh.404 , hədis4 ]
9. Həcc və ümrə.
2453. Allahın Peyğəmbəri (s):«Bu ümrə növbəti ümrəyədək olan arada baş verən günahların kəffarəsidir. Qəbul olunmuş həccin savabı Cənnətdir. Elə günahlar var ki, Ərəfatdan başqa heç bir yerdə bağışlanmaz.[Biharul-Ənvar, c.59,səh.196 , hədis46]
10. Məhəmməd və onun ailəsinə (Əhli-Beytinə) salavat göndərmək.
2454. İmam Rza (ə):«Kim günahlarının silinməsi üçün bir iş görə bilmirsə, Məhəmməd və onun pak ailəsinə çoxlu salavat göndərsin. Çünki bu əməl günahların kökünü kəsər.» [ Əmali-Səduq,səh.68 , hədis4 ]
11. Ölüm.

2455. Allahın Peyğəmbəri (s):«Ölüm - möminlərin günahlarının kəffarəsidir.» [Əmali-Mufud,səh.283 , hədis8]

 

 

Category: Günah | Added by: IslamQadini (2013-03-26)
Views: 534 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]