«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-05-07, 2:10 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Həyat

Həyat
Mizanul-hikmət 
119. Həyat

590. Həyat
1798. İmam Əli (ə): «Bilin ki, həyatdan başqa, elə bir şey yoxdur ki, sahibi ondan doyub yorulmasın. Çünki ölümdə öz rahatlığını görmür». (Nəhcül-bəlağə, xütbə 133)
     591. Su və həyat 
     Quran:
      «Hər bir canlını sudan yaratdıq». (Ənbiya surəsi, ayə 30)
     Hədis: 
     1799. İmam Sadiq (ə): «Suyun dadı həyatdır».(Tuhəful-uqul, səh.370)
     592. Həyatdan daha yaxşı olanlar
     1800. İmam Əskəri (ə): «Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan». (Tuhəful-uqul, səh.489)
     593. Həqiqi həyat
     1801. İmam Əli (ə): «Dindarlıqdan başqa həyat, əminliyi əldən verməkdən başqa ölüm yoxdur». (əl-İrşad, c.1, səh.296)
     1802. İmam Əli (ə): «Tovhid (təkallahlılıq) cana həyat bəxş edəndir». (Ğurərul-hikəm, hədis 540)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Həyat | Added by: IslamQadini (2011-06-17)
Views: 878 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]