Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Xətt və xəttatlıq |
Xətt və xəttatlıq
Mizanul-hikmət 128. Xətt və xəttatlıq 613. Xətt və xəttatlıq Quran: «Sən Qurandan qabaq heç bir kitab oxumamışdın və öz xəttinlə heç bir kitab yazmamışdın. Əgər belə olsaydı, batil əhli şəkkə düşərdi». (Ənkəbut surəsi, ayə 48) Hədis: 1863. Allahın Peyğəmbəri (s): «Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, (Bismillahir rəhmanir rəhimdə) «ba» hərfini çək, «sin»i açıq yaz, «mim»i əyri yazma, Allahı gözəl yaz. Ər-rəhmanı bir qədər uzat, ər-rəhimi yaxşı yaz». (əd-Durul-Mənsur, c.1, səh.28) 1864. Allahın Peyğəmbəri (s) «Yaxud elmdən bir nişanə» ayəsi (Əhqaf surəsi, ayə 4) barədə: «Burada məqsəd xəttdir». (əd-Durul Mənsur, c.7, səh.434) 1865. Əta ibn Yəssar: «Peyğəmbərdən (s) xətt barədə soruşdular. Buyurdu: «Onu bir peyğəmbər təlim etdi və səhabələri öyrəndilər». (əd-Durul-Mənsur, c.7, səh.434) 1866. İmam Əli (ə): «Xətt əlin dilidir». (Ğurərul-hikəm, hədis 2465) 1867. İmam Əli (ə) öz katibi Ubeydulla ibn Əbirafiyə xitabən: «Öz mürəkkəbqabına liqa (sap) qoy, qələminin ucunu uzununa itilə, xəttlər arasında fasilə saxla və hərfləri bir-birinə yaxın yaz. Belə yazsan xəttin gözəl olar». (Nəhcül-bəlağə, hikmət 315) 1868. İmam Əli (ə): «Qələminin ucunu yar, lələyini qalın et və onu sağ tərəfdən kəs ki, xəttin qəşəng olsun». (Ğurərul-hikəm, hədis 2465) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 879 | Rating: 0.0/0 |
Total comments: 0 | |