«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-05-03, 11:06 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Xuşu (Təvazökarlıq)

Xuşu
Mizanul-hikmət 
126. Xuşu (təvazökarlıq)

610. Təvazökarlıq
Quran:
      «Məgər möminlər üçün öz qəlblərini Allahı yad etməklə xuşu (təvazökarlıq) halına salmalarının vaxtı gəlib çatmamışdırmı?» (Xuşu-qəlbin özünə məxsus bir halıdır. Allahdan başqa qəlbdən hər şeyi çıxartmaqla yaranan nurani-ruhani bir haldır.) (Hədid surəsi, ayə 16)
     Hədis: 
     1853. «İrşadul-Qulub» kitabından: «Merac hədisində Allah-Taaladan nəql olunur ki, yalnız Məni tanıyan və Mənim qarşımda xuşu edən bəndələrimin qarşısında bütün əşyalar təvazökar olarlar». (İrşadul-qulub, səh.203)
     1854. İmam Əli (ə): «Təvazökarlıq dua üçün necə də gözəl köməkçidir». (Ğurərul-hikəm, hədis 9945)
     1855. İmam Səccad (ə): duada buyurur: «Ey Allahım! Qane olmayan nəfsdən, doymaq bilməyən qarından, yumşaq və təvazökar olmayan qəlbdən Sənə pənah gətirirəm». (İqbalul-əmal, c.1, səh.174)
     611. Təvəzökarların sifətləri 
     1856. Allahın Peyğəmbəri (s): «Təvazökar insanın dörd əlaməti var: gizlində və aşkarda Allahdan qorxmaq, yaxşı işlər görmək, Qiyamət gününü fikirləşmək və Allahla münacat etmək». (Tuhəful-uqul, səh.20)
     1857. İmam Əli (ə): «Qəlbi xuşu halında olanın bədən üzvləri də xuşu halında olar».(Ğurərul-hikəm, hədis 8172)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Xuşu (Təvazökarlıq) | Added by: IslamQadini (2011-06-17)
Views: 1006 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]