«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-05-07, 11:19 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Yumşaqlıq göstərmək

Mizanul-hikmət
145 Yumşaqlıq göstərmək
719. Yumşaqlıq göstərmək
Qur’an:

«İstərdilər ki, sən onlara qarşı yumşaqlıq göstərəsən ki, onlar da sənə qarşı yumşaqlıq göstərsinlər».[Qələm, ayə9]
Hədis:
2257. İmam Əli (ə): «Sənin ən pis (din) qardaşın, sənin nəfsin (nöqsanların) barədə yumşaqlıq göstərən və sənin eyblərini sənə deməyən kəsdir.»[Ğurərül-Hikəm, hədis 5725]
2258. İmam Əli (ə): «Kim öz nəfsinə qarşı yumşaqlıq göstərərsə, onu haram olunmuş səhlənkarlığa tərəf çəkər.»[Ğurərül-Hikəm, hədis 9022]
2259. İmam Baqir (ə): «Allah-taala Şueyb peyğəmbərə (ə) vəhy etdi:Mən sənin xalqından yüz min nəfərə əzab verəcəm, onların qırx min nəfəri pis əməl sahibi, altmış min nəfəri isə yaxşı əməl sahibidir. Şueyb (ə) ərz etdi: Ey Rəbbim! Pis əməl sahibləri buna layiqdir, bəs yaxşı əməl sahibləri niyə? Allah-taala ona vəhy etdi ki, onlar günahkarlarla yumşaq rəftar etdilər. Mənim qəzəbimə xatir qəzəblənmədilər.»[Mişkəful-Ənvar, səh.51]
720. Haqqda yumşaqlıq göstərməmək.
2260. İmam Əli (ə): «Haqla üzbəüz gələndə və haqq olduğunu biləndə onun barəsində səhlənkarlıq etməyin. Yoxsa, çox böyük ziyan görərsiniz.»[ Biharul-Ənvar, c.77, səh.291 , hədis2]
2261. İmam Əli (ə): «Öz canıma and olsun, haqqa qarşı çıxan və azğınlığa qərq olan kəslə müharibədə heç vaxt yumşaqlıq və zəiflik göstərmərəm.»[Nəhcül-Bəlağə, xütbə 24]
Category: Yumşaqlıq göstərmək | Added by: IslamQadini (2013-03-20)
Views: 1232 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]