Nurlu kelamlar - QAZANC VƏ İCTİMAİ ƏLAQƏLƏR - Nurlu kelamlar - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2016-12-10, 0:18 AM
Main » Articles » Nurlu kelamlar » QAZANC VƏ İCTİMAİ ƏLAQƏLƏR

Nurlu kelamlar
 
QAZANC VƏ İCTİMAİ ƏLAQƏLƏR

345–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kim ümumi ərzaqdan bir şey alıb müsəlman bazarında qiyməti qalxsın deyə qırx gün saxlasa, sonradan (öz möhtəkirlik günahını yusun deyə) satıb pulunun hamısını sədəqə versə belə, günahının kəffarəsi olmayacaqdır.
Biharul-ənvar /103/89.
***

346–İmam Əli əleyhissalam buyurmuşdur:  Alverin şər`i hökmlərini bilmədən ticarət edən şəxs ribada qərq olar.
Biharul-ənvar /103/93.
***

347–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ticarət edən şəxslər beş xislətdən qorunmalı və ya alveri tərk etməlidirlər:  riba, (yə`ni sələm), and içmək, eybi gizlətmək, satanda tə`rifləmək və alanda pisləmək.
Xisal /1/286.
***

348–İmam Baqir əleyhissalam buyurur:  Hər kim dünyada özgələrinə möhtac olmaması, ailəsinin rahatlıqda, rifahda yaşaması və qonşularına ehsan və köməklik etmək üçün ruzi kəsb etsə Allah-taala qiyamət günündə, hesab zamanı onun üzünü on dörd gecəlik ay kimi nurlu və parlaq edər, (yə`ni üzü ağ və başı uca olar).
Kafi /5/78.
***

349–Həzrəti Peyğəmbər (s.ə.v.v.) buyurur:  Hər kim qəlbində dini qardaşına qarşı fırıldaq etmək fikrilə alver etsə, Allah qəzəbində alver etmişdir və tövbə edib onu aradan aparana qədər elə o vəziyyətdə qalacaqdır.
Səfinətül-bihar /2/318.
***

350–Həzrəti Peyğəmbər (s.ə.v.v.) buyurur:  Hər kim din qardaşına fırıldaq gəlsə, malın içərisinə bir şey qarışdırsa, Allah onun ruzisinin bərəkətini çəkər, yaşayışını, dolanışığını puç edər və onu öz başına boşlayar.
Vəsailuş-şiə /17/283.
***

351–İmam Sadiq əleyhissalam buyurur:  Peyğəmbəri-əkrəm südə su qatıb satmağı qadağan edib.
Təhzib /7/13.
***

352–İmam Sadiq əleyhissalam buyurur:  Bizə (müsəlmanlara) xəyanət edib qarışıq mal verənlər bizdən deyil.
***

353–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kim alverdə bir müsəlmanı aldatsa bizdən deyil və qiyamət günündə yəhudilərin içərisində olacaq, çünki onlar müsəlmanlara qarşı xalqların ən hiyləgəridir.
Biharul-ənvar /103/80.

Category: QAZANC VƏ İCTİMAİ ƏLAQƏLƏR | Added by: IslamQadini (2009-09-30)
Views: 457 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]