Rəhmanvə rəhim olan Allahın adı ilə - Rəhmanvə rəhim olan Allahın adı ilə - Ehli-Beyt (e) - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2016-12-07, 5:25 PM
Main » Articles » Ehli-Beyt (e) » Rəhmanvə rəhim olan Allahın adı ilə

Rəhmanvə rəhim olan Allahın adı ilə
 
Rəhmanvə rəhim olan Allahın adı ilə
MƏHDİ (ə.c)- in inqilabının siyasi vəzityyət vəkeyfiyyəti
GİRİŞ



Məhdəviyyət ideologiyası islahat və ədalət arzusunda olan insanların qədim tarixə malik olan müqəddəs inancdır. Bu ideologiya bəşərin məlum olmayan sabahına aydınlıq bəxş etməklə yanaşı, bugünki, dünyagürüşündə də, əvəz olunmaz rol oynayır. Çünki İmamını, rəhbərini tanımayan şəxs, heç vaxt yolunu hədəfini və vəzifəsini düzgün şəkildə istiqamətləndirə bilməz. Necə ki, bu mövzuya bir çox rəvayətlərimizdə təkid olunmuşdur.

Bildiyimiz kimi müasir dövrün ümumbəşəri problemlər kompleksini həll edən cərəyana qloballaşma deyilir. Qloballaşmanı iqtisadi, mədəni, ictimai, hərbi və bu kimi müxtəlif sahələrdə nəzərə almaq olar. Qloballaşma məsələsində əsaslı sual bundan ibarətdir:

Qloballaşmanı idarə edən var? Yoxsa təbii şəkildə müxtəlif və rəngarəng iradələrin azad məhsuludur? Dünyaya aydın və açıq formada baxdıqda görürük ki, qloballaşma həm təbii şəkildə, həmdə siyasətçilərin şüurunda formalaşaraq öz əksini tapır.

Əlbəttə ilk öncə qloballaşma ilə qloballaşdırma arasında fərq qoymalıyıq. Qloballaşma cərəyanı təbii formada meydana gələn bir predmetdir. Amma qloballaşdırmanın icra və idarə edənə ehtiyacı var. Başqa sözlə desək qloballaşma ilə qloballaşdırmanın təfavütü bundan ibarətdir ki, qloballaşma texnologiyanın inkşafı və iqtisadi şirkətlərin ondan mütəmadi şəkildə istifadə etməsi sayəsində öz apogeyinə çatmışdır. Halbuki, heç kəsə bu növ texnologiyaları məqsədyönlü ixtira etməsinə sifariş verilməmişdi. Yəni həm ixtirası təbii idi və həm iqtisadi şirkətlərin ondan genişmiqyaslı istifadə etməsi. Lakin bəzi qüvvələr bu özü coşan cərəyanın liderliyini ələ almaq istədikdə, bu tamaha düşdükdə qloballaşdırma prossesi başladı. Milli hökumətləri zəiflətmək və beynəlxalq super dövlət icad etmək qloballaşdırmanın əsas prinsiplərindən idi. Onlar bu ideya ilə təbii şəkildə meydana gələn qloballaşmanı idarə etmək məqsədilə beynəlxalq təşkilatlar və qurumlar təsis etməyə başladılar. Hazırda istemarçılar qloballaşmanı qloballaşdırmaya çevirirlər. Artıq yeni dünya sistemi özünün formalaşma dövrünü keçirir. Lakin özünəməxsus cəhətlərlə səciyyələnən keçid xarakterli mərhələ bu cərəyanın əsas tərkib hissəsini təşkil edir.

Belə qənaətə gəlmək olar ki, hazırda vahid hökumət quruluşu üçün günbəgün hazırlıqlar meydana çıxır. Buradadır ki, möminlərin də vəzifə və məsuliyyətləri üzə çıxır. İNTİZAR anlayışının mənasına nəzər salsaq görərik ki, bəşəriyyətə cəhət vermək lazımdır. Çünki cəmiyyət hazırda uçuruma tərəf gedir. Balla zəhərin təfavütünü başa salmaq lazımdır. Haqqla batili göstərmək kifayətdir. Vəzifəşünas insanlar bu növ hərəkətə başladıqları təqdirdə, vahid İlahi dövlətin qurluşunun reallığına ümidvar ola bilərik.

Bizim vəzifəmiz bundan ibarətdir ki, qloballaşmanın tərəfində dayanaq və onu müdafiə edək. Amma maddiyyata varan qloballaşdırma ilə mübarizə və bu cərəyanın iç üzünü və mahiyyətini ifşa etməyi də unutmayaq. İlahi dinlərdə olan anadangəlməliklə ümumi faktorları taparaq onları üzə çıxartmalıyıq. Yalnız Məhdəviyyət armanına arxalandığımız təqdirdə ümumbəşəri baxışla İlahi baxıma doğru müvəffəq addım atacağıq. Bizlər İlahi mədəniyyəti dini maariflərdən istixrac edərək günün dili ilə aktual şəkildə bəşəriyyəti maarifləndirməliyik.


Ümumiyyətlə vahid insan tarixi dəyişdirmək imkanına malikdirmi?

Hazırkı məqaləni bu sualla başlamaq istərdim ki, tək bir insan tarixin siyasi, ictimai və ümumi tərzini əvəz etmək hüququ varmı? Ən əsası tək başına bu işin öhdəsindən gələ bilərmi? İctimaiyyətin simasını formalaşdıra bilərmi? Bildiyimiz kimi fərd həmişə yaşadığı mühitin təsiri altındadır. Və həmişə tarixin hərəkəti üçün bir maska hesab olunur. Yəni bir millətin ictimai seyri fərdin həyatını formalaşdırır.

Bu sual tarix fəlsəfəsində spesifik bir düşüncəyə əsaslanır. O budur ki, tarix quruculuğunda əsas və mühüm amil cəmiyyətin şəraiti və mühitin formalaşmasıdır. Bu nəzəriyyəyə əsasasən fərd yalnız ikinci amil kimi ancaq tarixi söyləmək və tarix üçün bir sima olmaq məcburiyyıtindədir.

Deməli fərd heç vaxt tarixin gedişatını və mühitin formalaşmasını dəyişdirə bilməz.

CAVAB: Ümumiyyətlə tarix iki qütblüdür:

1- İnsanların quruculuğu.

2- İctimai mühitin ab-havası və tarixə sültə tapmış mühitin materik gücləri.

Mühitin maddi qüvvələrin və onların məhsullarının və nəticələrinin insanda təsir göstərməsi kimi insanların tarix barədə quruculuğuda təsirə malikdir. Maddi qüvvələr və onların nəticələri insana təsir etdiyi kimi, onlarda tarix quruculuğunda insanın tısiri altındadır.

Bu fərziyyənin yəni “hərəkət materiyadan başlayır və insanda sona çatır” sübutları olduğu kimi, onun əksinin yəni “hərəkət insandan başlayır və materiyada sona çatır” nəzəriyyəsinin də qanedici sübutları var. Nəticə etibarı ilə deyə bilərik insan və maddə mütəmadi olaraq bir birində qarşılıqlı təsir qoyurlar. Məhz buna görə bir fərdin böyük tarix quruculuğu aparmaq məqamı mümkündür. Yəni tarixi söyləyən yox, tarixin siması yox, əksinə tarix qurucusu və aparıcısıdır. Yalnız bu surətdə mühitin, ictimai şəraitin və bütün maddi qüdrətlərin tələblərinin qarşısında qalxıb, təkcəsinə tarixi təzələyə bilər. Əgər bu fərd İlahi əmrə malik bir insan olsa, onda qeybi imdadların köməyi ilə daha parlaq şəkildə bu məsuliyyəti icra edə bilər. Əlbəttə peyğəmbərlərin tarixində bu növ məsələlərə çox rast gəlmək olar. Məxsusən axrınci son peyğəmbər barədə bu mövzu tarixdə özünü tam şəkildə əks etdirmişdir.

Sonuncu peyğəmbərin qiyam etdiyi məkan yəni ərəbistan yarmadasının maddi gücləri və mühit şəraiti tam şəkildə məlumdur. Bu növ tarix quruculuğu, yeni ictimaiyyət formalaşdırmaq və bəşərin irqçi həyatını yeni metodla yəni “təqva” qanunu ilə uzlaşdırmaq, o mühitdə, o qüvvə ilə, o şəraitdə mümkün deyidi. Amma İslam peyğəmbəri öz həyatında bunların hamısının mümkün olduğunu isbatladı.

İslam peyğəbmərinin əli ilə icra olmuş tarix quruculuğu, O həzrətin müjdə verdiyi şəxsin yəni onun övladı, aləmlərin onun intizarında olduğu yəni MƏHDİ (ə.c) in beynəlxalq səviyyədə icrası mümkündür.

Bu növ dəyişdirmənin keyfiyyəti necə olacaq?

Hansı proqramların icrası əsnasında bu ümumdünya və böyük quruculuq və ya dəyişiklik raellığa çeviriləcək?

CAVAB: Bu suala konkret cavab vermək üçün Məhdi (ə.c) in zühur saatını və vaxtını kamil şəkildə bilmək, O zamanda bəşər ictimaiyyəti hansı xarakterdə olacağını öyrənmək və İnsanların elmi, fikri və sənəti inkşafı və ona hakim olan qüvvələrin meyarını bilmək zəruruidir. Bunlardan sonra həmin şərati, mühiti və vəzittəti təhlil və analız etdikdən sonra bu çevirilişin və dəyişikliyin icrasından söhbət etmək olar.

Amma biz hazırda qeyd olunanlardan dəqiq anlayışa belə malik deyilik. Məhz buna görə bu ilahi proqramın keyfiyyətindən elmi şəkildə falçılıq edə bilmərik. Əlbəttə bu sahədə də bir sıra təsəvvürlərə əsaslanan və xəyal formasında təşkil tapan mövzulara toxunmaq olar, lakin bunun həqiqətə uyğun olacağına heç kim zəmanət verə bilməz.

Əlbəttə keçmiş tarixlərin təcrübələrindən istifadə edərək və Məhdi (ə.c) barədə gələn rəvayətlərə əsaslanaraq, həmin günün keyfiyyəti və vəziyyəti üçün bir köklü simvol fərz etmək olar.

Belə qeyd etmək olar ki, keçmiş böyük inqilabların tarixi təcrübələrindən və rəvayətlərin məzmunlarından ələ gəlir ki, Məhdi (ə.c) in zühuru o vaxt olacaq ki bəşər ictimaiyyəti mədəniyyət, maarif və düşüncə boşluğuna düçar olacaqlar. Əlbəttə bu süqut və üzü aşağı olmaq bəşəriyyəti yoxluqla qorxudur, bir hadisə və ya təsadüf deyil. Əksinə bu halət insan həyatında Allahdan qırılmaq, silsiləvari tarixi ziddiyyətlərin tapılması və bəşərin maddəpərəstlikdə təbii seyrinin nəticəsidir. O vaxt bəşəriyyət bu biçarəliy və amansızlığın həlli üçün hər vasitəyə əl atacaq ama nəticəli olmayacaq. İnsanların bu vəziyyəti onların sənət, texnologiya və elm baxımından inkşafı ilə birgə olacaq. Məhz buna görə həmin insanlar başa düşəcəklər ki qeyd olunanların heç biri onları kamil səadətə çatdırmır və gərək materiyadan xaric bir qüvvə onlara kömək etsin. Qeyd edilən qeybi qüvvənin köməyini qəbul etməyə hazırlaşarlar. Bu vaxtda qan və fəsad alovunun şölələri arasından bir nur zahir olar. Baxmayaraq ki, bu nur ilk öncə alov rəngində olar amma həmin nur o atəşi söndürər və İlahi ədaləti bütün yer kürəsində icra edər.
OGÜNÜN ÜMİDİ İLƏ

Category: Rəhmanvə rəhim olan Allahın adı ilə | Added by: IslamQadini (2009-10-03)
Views: 452 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]