«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-27, 6:37 AM
Main » Articles » Nurlu kelamlar » ŞƏR`İ AİLƏ QURMAĞA KÖMƏK ETMƏK

Nurlu kelamlar
 
ŞƏR`İ AİLƏ QURMAĞA KÖMƏK ETMƏK

261–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs halal ailə qurmaq yolunda çalışsa, mö`min kişini evləndirib mö`minə qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər və bu yolda dediyi hər kəlmə və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.
Biharul-ənvar /103/221.
***

262–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında vasitəçi olmaqdır ki, mütəal Allah onların arasında şər`i nikah qərar versin.
Təhzib /7/215, Kafi /5/331.
***

263–İmam Kazim əleyhissalam buyurur:  Üç dəstə qiyamət günü heç yerdə kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar:  Mö`min qardaşını evləndirənlər, mö`min qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mö`min qardaşının sirrini faş etməyib gizli saxlayanlar.
Biharul-ənvar /74/356.
***

264–İmam Sadiq əleyhissalam buyurur:  Subay şəxsləri evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.
Təhzib /1/404.
***

265–İmam Kazim əleyhissalam buyurur:  Sözsüz qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, yaxud onların vəsiləri, ya mö`min qulu azad etmiş mö`minlər, yaxud başqa mö`minin borcunu ödəmiş mö`min bəndə, ya da mö`min qadın və kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mö`min qərar tapar.
Vəsailuş-şiə /20/46.
***

266–Həzrət Peyğəmbər (s) buyurur:  Hər kəs iki mö`minin ailə qurması yolunda çalışaraq onları evləndirsə Allah-taala əvəzində onu Huril-eyndən olan min qadınla evləndirər ki, onların hər biri dürr və yaqutdan olan qəsrdə olar.
Vəsailuş-şiə /21/253.
***

267–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadının namübarək olması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır.
Biharul-ənvar /50/321.
***

268–İmam Sadiq əleyhissalam buyurur:  Oğrular üç dəstədir:  Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc götürüb ödəmək fikrində olmayanlar.
Biharul-ənvar /96/12.
***

269–Həzrəti İmam Sadiq əleyhissalam buyurur:  Mehriyyənin az olması qadının bərəkətindən, çox olması isə onun mübarək olmamasındandır.
Mən layəhzuruhul-fəqih /3/387.
***

270–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Qadınların mehriyyəsini çox etməyin ki, düşmənçiliyə səbəb olar.
Vəsailuş-şiə /21/253.
***

271–İmam Sadiq əleyhissalam buyurur:  Günahların ən pisi üç şeydir:  Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud tə`xirə salmaq) və işçinin haqqını ödəməmək.
Biharul-ənvar /64/268.

Category: ŞƏR`İ AİLƏ QURMAĞA KÖMƏK ETMƏK | Added by: IslamQadini (2009-10-04)
Views: 1036 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]