Mərhəmət - Əxlaq elmində 50 dərs - Əxlaq elmində 50 dərs - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2016-12-07, 5:19 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Mərhəmət
Mərhəmət
Mərhəmət göstərmək tələsməmək, əsəbi cilovlamaq və nəfsi tənzimləməkdir. Beləliklə, insanın qəzəbi asanlıqla hərəkətə gəlməz, sonda iztirab və ya peşmançılıq çəkməz. (Mərhəmət qəzəbləndikdə nəfsi tənzimləyir və sahibini intiqam almaqdan çəkindirir)
Çərhəmət və əsəbi cilovlamaq - hər ikisi gözəl əxlaqı xüsusiyyətlərdir.
Mərhəmətin gözəlliyini vurğulamaq üçün elmə bərabər hesab edilən hədislərə müraciət etmək kifayətdir (Təbərsi "Mişkatul-ənvar" kitabının 219-cu səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir: Rəsulullah(s) buyurur: And olsun Allaha ki, elmlə mərəhməti cəm etməkdən gözəl heç nə yoxdur"). Necə ki, bütün yeməklərin dadı onun duzu ilə ölçülür, mərhəmət də əxlaqın duzudur. Elə buna görə də insanın əxlaqı onun mərhəmətilə ölçülür.
Əmirəl-möminin (ə) buyurub:
"Mərhəmət cövhəri ağıl olan bir nurdur". (Ğurarul-hikəm" səh.286, 6412-ci hədis)
"Mərəhmət ağlın tamamlayıcısıdır". (Ğurarul-hikəm" səh.286, 6411-ci hədis)
"Mərhəmət möminin işini nizamlayır". (Ğurarul-hikəm" səh.286)
"Mərəhmət möminin dostu və vəziridir" (Ğurarul-hikəm" səh.286)
"İnsanın gözəlliyi onun mərhəmətidir"(Ğurarul-hikəm" səh.285, 6392-ci hədis)
"Kim səni səfeh davranışlarla qəzəbləndirərsə, sən də onu gözəl mərhəmətlə qəzəbləndir" (Ğurarul-hikəm" səh.285, 6400-ci hədis)
"Əgər mərhəmətli deyilsənsə, mərhəmətli olmağa çalış" (Usulul-kafi" c.2, səh.92)

Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-09-21)
Views: 237 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]