Səxavət - Əxlaq elmində 50 dərs - Əxlaq elmində 50 dərs - Muxtelif meseleler - IslamQadini «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2016-12-05, 5:30 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Səxavət
Səxavət
    Səxavət xəsisliyin ziddidir, əxlaqi dəyərlərdəndir, səma və yer əhli arasında bəyənilən və tərif olunandır. Hatəm Tai əsrlər ötsə belə dillərdən düşmür və daim ünvanına tərif və sənalar söylənilir.
    Bu sifətin fəziləti gün kimi aydındır. Bu xüsusiyyətə sahib insan Xaliq və məxluq tərəfindən seviləndir.
    Allahın özünü səxavətli adlandırması bu sifətin gözəl olmasına bariz bir nümunədir. Hər bir bəndə "Ey Cavad, Ey Kərim" söylədikdə neçə-neçə rəhmət ona nazil olar.
    Rəsulullahdan (s) nəql onunan rəvayətdə buyurulur:
    "Həqiqətən Allah səxavətli insanı sevər". ("Biharul-Ənvar" c.77, səh.139)
    Nəql edilən rəvayətdə Əmirəl-möminin (ə) vəsiyyət edərək buyurur:
    "Fəqirin səxavəti onu yüksəldər, xəsisin xəsisliyi onu  alçaldar".
    "İnsanın səxavəti onu düşmənlərinə sevdirər, xəsisliyi isə övladları tərəfindən nifrətlə qarşılanar".
    Səxavət peyğəmbərlərin əxlaqıdır"
    "Səxavətli insan ən şücaətli insandır".
    "Səxavət ağlın müyvəsidir".
    "Səxavət eybləri örtər".
    "Səxavət məhəbbət qazandırar və əxlaqı zinətləndirər". ("Ğurarul-hikəm" səh.377)

Gözəl sonluq

   Ey əziz qardaş, bil ki, ömür var-dövlət toplamaq üçün deyil, var-dövlət ömrün və yaşamağın rahatlığı üçündür.
    Aqil bir insandan soruşdular: Bədbəxt və xoşbəxt kimlərdir? Aqil cavab verdi: Xoşbəxt insan əkən və yeyəndir, bədbəxt isə malını xərcləməyən və yada düşməyəndir.
    Musa (ə) Qaruna nəsihət edərək  buyurub:
    "Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et" (("Qəsəs"  surəsi, ayə 77)
    Lakin Qarun Musanın (ə) nəsihətinə qulaq asmadı və onun aqibəti belə oldu:
    "Beləliklə onu (Qarunu) yerə batırdıq" ("Qəsəs" surəsi, ayə 81)
    Bəzi alimlər deyirlər: İki nəfər həsrət içində ölər: əkib yeməyən və bilib əməl etməyən.
    Səxavətin fəzilətini bildikdən sonra verginin iki növ olduğunu unutma;
    1 - Xüms, zəkat, ailənin xərcliyi və digər vacib xərcliklər. ("Mişkatul-ənvar" Təbərsi, səh.233)
    2 - Əta etmək. Bunlar: sədəqə, hədiyyə, qonaqlıq, məlun haqq, biçin haqqı, borc, müsəlmanlara kömək etmək, məscid və mədrəsə inşa etmək, su kanalları çəkdirmək, elmi dini kitabları çap eləmək və s. bu kimi davamlı sədəqələr və yaşayan saleh əməllər.

    Mülahizə
    Zəkatdan başqa məlum haqqlar; Belə bir haqqı insan öz-özünə vacib edir. İnsan bu növ haqq qüdrəti çərçivəsində və var-dövlətinə görə vacib etməli, istər hər gün və istərsə də hər ay verə bilər. ("Usulul-Kafi" c.3, "Zəkat" bölməsi: 8-ci hədis, "Camius-səadət" c.2, səh.157)
    Biçin haqqı: Bu elə bir haqdır ki, biçin vaxtı hər hansı bir fəqirə bir ovuc verilsin. Daha yaxşı budur ki, bir qabı doldurub versin.
    Həmçinin, biçinin  haqqı bağbana və ya  bağı qoruyana verirlər. Çünki bağban və ya bağı qoruyan kəs ağacları oğrudan, ziyanverici həşəratlardan və lazımsız bitkilərdən qoruyur. ("Usulul-Kafi" c.3, "Biçin" bölməsi, hədis: 2)
Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-03)
Views: 389 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]