«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 7:09 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-11, 5:58 PM
 
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

I. METAL EMALI

    
Əritmə işləri

     Vaqrançı; əl ilə vurub çıxarmada məşğul olan tökmələrin çıxardıcısı; qazçı; şixtanı vaqrankalara və sobalara əl ilə dolduran şixta töküçüsü; metal töküçüsü; tökmələri bişirən; əl ilə torpaqdan qəlib hazırlayıcı; kokilçi-yığıçı; metallar və ərintilər üzrə tökücü; təzyiq altında tökmə üçün maşınlarda töküçü; mərkəzdənqaçma tökmə maşınlarında məşğul olan vakum, mərkəzdənqaçma-vakum və mərkəzdənqaçma tökmə üzrə tökücü; körpülü kranın idarə edilməsi ilə məşğul olan kran maşinisti (krançı); epoksid qətranlardan olan modellər üzrə modelçi; metalların qızdırılması ilə məşğul olan: induksion qurğularda; sobaların əl ilə doldurulması və sobaların işləməsinə nəzarət etməklə məşğul olan metal qızdırıcı; sumbatçı: pnevmatik alətlərlə işləyən kəsici; metallar və xəlitələr üzrə əridici; qaynar tökmələrin konveyrlərdə asılması və tökmə sexlərinin tunellərində avadanlıqlara xidmət və onların təmiri ilə məşğul olan fəhlələr; maşınla qəlibləmədə qəlibçi; əl ilə qəlibləmədə qəlibçi; qəliblərin yığıcısı; ox, qəlib və qəlib materiallarının quruducusu; termist; tunel və zirzəmilərdən yanmış torpağın yığışdırılması ilə məşğul olan, tökmə sexlərində süpürgəçi; istehsalat binalarının süpürcəçisi; əl və maşınla qəlibləmə işləri ilə məşğul olan, örtüklü forma qəliblərin qəlibçisi; əl və maşınla görülən işlərdə məşğul olan əridilən modeollərin qəlibçisi; maşınla qəlibləmə üzrə qəlibçi; əl ilə qəlibləmə üzrə qəlibçi; metalların, tökmələrin, məmulatların və detalların təmizləyicisi.
    
Qaynaq işləri

     İşin əl ilə yerinə yetirilməsi ilə məşğul olan qazla kəsici; işin əl ilə yerinə yetirilməsi ilə məşğul olan qaz qaynaqçısı; bağlı tutumlarda (sisternlərdə, qazanlarda və s.), həmçinin hündürlüyü 10 m-dən yuxarı olan rabitə qurğularında (qüllələrdə və dirəklərdə) və hündürlüklərdə görülən işlərdə işləyən qaz qaynaqçısı; işin əl ilə yerinə yetirilməsi ilə məşğul olan elektrik-qaz qaynaqçısı; əl ilə qaynaq üzrə elektrik qaynaqçısı; bağlı tutumlarda (sisternlərdə, qazanlarda və s.),həmçinin hündürlüyü 10 m-dən yuxarı olan rabtə qurğularında (qüllələrdə və dirəklərdə) və hündürlükdə görülən işlərlə işləyən il ilə qaynaq üzrə elektrik qaynaqçısı.
    
Qazanxana,soyuq ştamplama, sıxma və məftilçəkmə işləri

     İşləri əl ilə görən sıxıcı; pərçimçi; qazançı; pnevmatik alətlərlə işləyən yığıcı-pərçimçi; əl ilə işləyən pnevmatik alətlə görülən işlərdə məşğul olan oymaçı; iri seriyalı istehsalatda soyuq ştamplama ilə məşğul olan ştamplayıcı.
    
Dəmirçi-presləmə və termik işləri

     İsti işlərdə məşğul olan bandajçı; pres və çəkiclərlə işləyən dəmirçi; dəmirçi-ştamplayıcı; diametri 10 mm-dən yuxarı olan məftillərdən yay hazırlanması üzrə isti işlərdə məşğul olan yayçı; isti halda həlqələrin vərdənələnməsi ilə məşğul olan verdənələyici; isti metalın emalı ilə məşğul olan ressorçu; dövri və fasiləsiz fəaliyyətdə olan plazma və elektrik sobalarında metalın emalı ilə məşğul olan termist (avtomatlaşdırılmış proseslərdə məşğul olanlardan başqa).
    
Metalörtüyü və rəngləmə
   
 
  Qalvançı; kesson-çənlərin daxilində kipləşdirmə ilə məşğul olan kipləşdirici; nitrat boyalarla işləyən rəngsaz; daimi olaraq isti üsulla qurğuşunlaşdırma ilə məzşğul olan qurğuşunlaşdırıcı; bağlı tutumlarda emalın tozlandırılması ilə məşğul olan fəhlələr; boya və lakların təmizləyici-yuyucusu; aşındırıcı.
    
Metalların mexaniki emalı

     Sumbatlayıcı; cilalayıcı; dartıb nazikləşdirici; metalların preslərdə və qayçılarla kəsilməsi üzrə kəsiçi; cila (qabıq soyucu) dəzgahlarında işlə məşğul olan kəsici; quru cilalama ilə məşğul olan cilalayıcı; xırdalama maşınları ilə detalların və məmulatların təmizlənməsi ilə məşğul olan metalların, tökmələrin, məmulatların və detalların təmizləyicisi.
    
Cilingər və çilingər-quraşdırma işləri

     Pnevmatik alətin tətbiqi ilə məşğul olan pərçimləyici iş prosesində titrəməni işləyənin əlinə ötürən pnevmoalətlərlə iş görən dəlici-pnevmatçı; aşağıdakı işlərdə məşğul olan: a) isti-prokat, aşındırma, minalama, üzvü silisium laklardan istifadə etməklə izolyasiya, kabel istehsalında qurğuşunlama sexlərində və şöbələrində avadanlığın sazlanması; b) selen və şoopirovka aparatlarında (avadanlıqlarında) isti təmirdə; s) üzvi silisium lakların və tərkibində 40 faiz və daha artıq toluol, ksilol olan lakların hazırlanması, istifadəsi sexlərində və şöbələrində avadanlıqları sazlayıcı; ç) qapalı yanacaq ambarlarında və istilik elektrik stansiyalarının neft təsərrüfatlarında avadanlıqların təmiri, eləcə də tunellərdə və istilik şəbəkələrinin teplofikasiya kameralarında avadanlıqların təmiri; əlvan metalların və ərintilərin istehsalında vatercaket sobalara xidmət; kokillərin isti vəziyyətdə sazlanması və təmiri; ə) qurğuşunlu akkumulyatorlar istehsalında bilavasitə üyütmə, yaxma, formalaşdırma, tökmə, trubka-doldurma, qarışdırma və yığma sexlərində; etilləşdirilmiş benzinlə işləyən və bokslarda yerləşdirilən motor sınağı stansiyalarında texnoloji avadanlığın təmiri üzrə çilingər-təmirçi.
    
Qurğuşunla işlər

     Qurğuşun məmulatların əridilməsi, tökülməsi, prokatı, dartıb nazikləşdirilməsi, ştamplanması, habelə kabellərin qurğuşunlaşdırılması və qurğuşun akkumulyatorların lehimlənməsi ilə məşğul olan fəhlələr.
     (ardı var...)

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 1303 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]