«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 7:02 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-11, 6:04 PM
 
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

II. TİKİNTİ, QURAŞDIRMA VƏ TƏMİR-TİKİNTİ İŞLƏRİ

     (...əvvəli ötən sayımızda)
     Əl ilə işləyən əyici dəzgahlarda və qayçılarda, həmçinin karkasların əldə qurulması işində məşğul olan armaturçu; əl işi ilə məşğul olan asfaltbetonçu, asfaltbetonçu-bişirici; monolit konstruksiyalara və qurğulara betonun əl ilə düzülməsi, betonun, torpağın və qırmadaş-çinqıl əsasların əl ilə, əl vibratorları və pnevmatik alətlərlə sıxlaşdırılması ilə məşğul olan betonçu; bitum bişirən; hidromontyor; əl ilə asfalt-beton döşəmələrin təmiri ilə məşğul olan yol fəhləsi; keçidlərin qazılması ilə məşğul olan yerqazan; əhəngsöndürən; termik üsulla izolə edən izoliyaçı; modullu tam silikat kərpiçlərin düzülməsi üzrə bənna; kessonçu-aparatçı, kessonçu-keçidqazan, kessonçu-çilingər, kessonçu-elektrik quraşdırıcısı; turşuya davamlı qatları çəkən yapışqançı; polad dam üzrə taxtapuşçu; avtoqudron döşəyicinin maşinisti, avtoçuxurqazanın maşinisti; qreyder-elevator maşinisti; gücü 150 a.q. və daha artıq olan daxiliyanma mühərrikli elektrik stansiyasında işləyən səyyar elektrik stansiyasının maşinisti; qır əridən səyyar qurğuların maşinisti, beton soran qurğuların maşinisti; birçalovlu ekskavatorun maşinisti, rotorlu ekskavatorun (kanal və xəndək qazan) maşinisti; səyyar asfaltbeton qarışdırıcının maşinisti; asfaltbeton düzücünün maşinisti; asfaltbeton örtüyü termik üsulla qızdıran maşınlara xidmətlə məşğul olan maşinist; avtoqreyder maşinisti; buldozer maşinisti; skreper maşinisti; daxiliyanma mühərriki ilə işləyən səyyar elektrik qaynaq aqreqat maşinisti; metallaşdırıcı; hündürlükdə rabitə-antena işləri üzrə məşğul olan quraşdırıcı; hündürlükdə və hündürlüyə çıxmaqla işlərdə məşğul olan polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı; kanalisaziya sisteminin təmiri ilə məşğul olan sanitar-texniki sistemlərin və avadanlığın quraşdırıcısı; sobaların və qazanların odluqlarının isti təmiri ilə məşğul olan odadavamcı; istilik elektrik stansiyalarının (İES) və su elektrik stansiyalarının (SES) tikintisində qazan qurğularının daxilinin hörülməsi ilə məşğul olan odadavamçı; qurğuşun lehimləyicisi; qumvuran; bütün dülgərlik işləri ilə məşğul olan dülgər; əl və pnevmatik alətlərdən istifadə etməklə beton, dəmir-beton və daş (kərpiç) konstruksiyalarda deşiklərin (şırımların, oyuqların) açılması ilə məşğul olan fəhlələr; plitələrin sındırılması işlərində, binaların və qurğuların sökülməsi ilə məşğul olan fəhlələr; tikinti-quraşdırma pistoletlərdən istifadə etməklə konstruksiyaların və detalların bərkidilməsi ilə məşğul olan fəhlələr; ağac kötüklərinin çıxarılması ilə məşğul olan fəhlələr; pnevmaalətlərdən istifadə etməklə əl ilə dəmir-beton dayaqların baş hissələrinin kəsilməsi, beton və dəmir-beton konstruksiyaların sındırılması, betonların yuxarı hissələrinin kəsilməsi ilə məşğul olan fəhlələr, sənaye müəssisələrində dəmir-beton borularının düzüçüsü, sənaye müəssisələrində kərpic boruların düzüçüsü.
     (ardı var...)

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 1704 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]