Main » Files » Qadın hüququ » Qanunvericilikdə |
2009-09-12, 5:18 AM | |
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI IV. MƏDƏN İŞLƏRİ (...əvvəli ötən sayımızda)
Açıq mədən işləri, işləyən və tikilən şaxtaların və mədənlərin üz səthi, zənginləşdirilmə, aqlomerasiya, briketləşdirilmə, mədən və əsaslı-mədən işləri üzrə ümumi peşələr Şpurların qazmaçısı; partladıcı; yararsız layların yükləyicisi; yanğının qarşısının alınması və söndürülməsi üzrə mədən fəhləsi; faydalı qazıntılardan süxur və kənar əşyaların təmizlənməsi ilə məşğul olan mədən fəhləsi; bərkidici materialların şaxtaya daşınması ilə məşğul olan yeraltı mədən fəhləsi; qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyici; bərkidici materialları şaxtaya daşıyıcı (yerüstü işlərdə); yol-xətt fəhləsi; xırdalayıcı; dəmirçi-burdoldurcu; bərkidici; yükvuran maşının maşinisti; qazma qurğusunun maşinisti; şaxtaların səhtdən dibə qədər olan hissəsinin tam qazılması üzrə qurğunun maşinisti; ekskavator maşinisti; karxanalarda, kəsimlərdə, yararsız laylarda əl işi ilə məşğul olan yol montyoru; vaqonetlərin əl ilə diyirləndirib gətirilməsi və aparılması ilə məşğul olan aşırıcı; qazmaçı; vaqonetlərin əl üsulu ilə itələyib qurğulara verilməsi ilə məşğul olan liftçi; bunkerlərin təmizlənməsi ilə məşğul olan təmizləyici; açıq mədən işlərində məşğul olan və avadanlıqların təmiri üzrə növbətçi elektrik çilingəri (çilngər); mədənçıxarmada avadanlığın, mexanizmlərin, su və hava magistrallarının təmiri və xidməti ilə məşğul olan növbətçi elektrik çilingəri (çilingər). Bunkerçi; qəlbirçi (şadaracı); xammal, qum, yanacaq, reaktivlər və əlvan metalların konsentrantları ilə əlaqədar işlə məşğul olan yükləyici; gil-torpaq istehsalında isti kəsəklərin parçalanması üzrə doğrayıcı; civə istehsalında xammalın və materialların yandırılması prosesinin aparılması ilə məşğul olan yandırıcı; qara, əlvan və nadir filizlərin tozunda iki faiz və daha artıq silisium 4-oksidi olan flüorit və kömürün parçalanması, xırdalanması, üyüdülməsi və xəlitə düzəldilməsi işlərində işlərin əl ilə yerinə yetirilməsi ilə məşğul olan zənginləşdirmə, parçalama-çeşidləmə fabriklərinin, mədənlərin, şaxtaların və metallurgiya müəssisələrinin fəhlələri və ustaları; qurğuşunun zənginləşdirilməsi sexlərində məşğul olan fəhlələr; niobium (loparit) filizlərinin zənginləşdirilməsi ilə məşğul olan fəhlələr; süzgəcçi. Mədən avadanlıqlarının quraşdırıcısı; yerüstü işlərdə qazmaçı. Filizi torpaq mədənlərinin mədən fəhləsi; draqerçi; baltataxan; draqa maşinisti; draqa motorçusu; reaktiv qurğu maşinisti. İsti aqlomerat tökücüsü. Distillə aparatçısı; ayırma aparatçısı; xırdalayıcı; briket pressinin maşinisti;mayetökən maşının maşinisti. | |
Category: Qanunvericilikdə | Added by: IslamQadini | |
Views: 2057 | Downloads: 0 |
Total comments: 0 | |