Main » Files » Qadın hüququ » Qanunvericilikdə |
2009-09-12, 5:30 AM | |
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI IX. ƏLVAN METALLURGİYA (...əvvəli ötən sayımızda)
Əlvan metallurgiyanın ümumi peşələri Alüminium, silisium və siluminin istehsalında anodların dib hissələrinin təmiri ilə məşğul olan anod təmirçisi (yapışdırıcı); qaynar aqqlomerantın (diyirlədici) boşaldalması və onun şixta (xammal) ambarlarında qəbulu ilə məşğul olan kran maşinisti (krançı); mis və nikelin elektroliz sexində məşğul olan kran maşinisti (krançı); mis və nikelin əridilməsi işi ilə məşğul olan kran maşinisti (krançı); alüminium, silumin və silisium istehsalında katod oxu altında dərinləşdirmə qazması ilə məşğul olan vannaların təmirində quraşdırıcı; odadavamçı; əridici; deşici; bərk xəlitəli məmulatların bitişdiricisi; əsas metallurgiya sexlərində metallurgiya avadanlığının təmiri və xidməti ilə məşğul olan təmirçi-çilingər; elektrik avadanlığının təmiri və xidməti üzrə elektromontyor; qalay istehsalı sobalarında məşğul olan şixtaçı. Alüminium istehsalında anodçu; aparatçı-hidrometallurq; titan dodaqçığı vurub çıxardan; metal boşaldan – tökən; filizin xırdalanması ilə məşğul olan xırdalayıcı; əritmə sexlərində məşğul olan şixta yükləyicisi; katodçu; konveyterçi; kondensatorçu; şixta hazırlama sexlərində məşğul olan dəyirman maşinisti; sobaların və vannaların sökülməsi və quraşdırılması ilə məşğul olan reaksion aparatların quraşdırıcısı; reaksion aparatlarının təmiri və bərpası ilə məşğul olan reaksion aparatların quraşdırıcısı; civəpüskürdən; nadir metalların və titanını distillə edilməsi və bərpasına baxan sobaçı; nadirtorpaqlı metalların və titantərkiblilərin emalı üzrə sobaçı; nikel tozunun bərpası üzrə sobaçı; sink tozunun istehsalında sobaçı; velssobalarında sobaçı; sexlərdə (sahə və şöbələrdə) 4-xlorlu titanın (tetraxloridin) istehsalı ilə məşğul olan ustalar və fəhlələr; sexlərdə lokarit konsentratının xlorlaşdırılması ilə məşğul olan usta və fəhlələr; sexlərdə (sahə və şöbələrdə) tetroxloridin bərpası və metal titan istehsalında metalın ayrılması ilə məşğul olan ustalar və fəhlələr; şöbələrdə (sahələrdə) titan xammalının (pasa) rektifikasiyası və xlorlaşdırılması ilə məşğul olan ustalar və fəhlələr; flyuminq qurğusunda pasanın sublimasiya prosesi üsulu ilə (qalay istehsalında) emalı şöbəsində məşğul olan fəhlələr; nikelin elektrolizi sexlərində məşğul olan fəhlələr və ustalar; əritmə sexlərində və civə istehsalında qalığın təkrar emalı ilə məşğul olan fəhlələr; zənginləşdirmə fabriklərinin reagent şöbələrində məşğul olan reagent məhlulçusu; əritmə və saflaşdırma sexlərində şixtaların nəql edilməsi ilə məşğul olan nəqliyyatçı; şixtanın tərkibi və hazırlanması sexlərində məşğul olan şixtaçı; vannaların əl ilə təmizlənməsi ilə məşğul olan elektrolit vannalarının şlamlayıcısı; əridilmiş duzların elektrolizçisi. Əlvan metalların və onların ərintilərinin yayılması ilə məşğul olan isti metalın yayıcısı; əlvan metalların şaberçisi. Elektroliz üsulu ilə allüminium istehsalında məşğul olan fəhlələr və ustalar. Çətin keçilən yerlərdə hidravlik və pnevmatik yükləyici-boşaldıcının təmiri işlərinin yerinə yetirilməsi ilə məşğul olan yükləyici-boşaldıcı maşinist. Qurutma üzrə aparatçı; aktiv xammalın ayrılması ilə məşğul olan ayırma üzrə aparatçı; neytrallaşdırma üzrə aparatçı; absorbasiya üzrə aparatçı; süzülmə üzrə aparatçı; əhəng söndürülməsi üzrə aparatçı. | |
Category: Qanunvericilikdə | Added by: IslamQadini | |
Views: 1246 | Downloads: 0 |
Total comments: 0 | |