«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 4:38 AM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-12, 5:44 AM
 
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

XVII. REZİN EMALI

     (...əvvəli ötən sayımızda)

     Rezin qarışıqları və onların emalı ilə bağlı peşələrin siyahısı
     Rezin qarışdırıcısının maşinisti; məhsulun qazanlara doldurulması və boşaldılması, daraqlı valların vulkanizasiyası ilə məşğul olan vulkanizator; soyuq vulkanizasiya, radiolun və faktislərin hasilatı bölmələrində məşğul olan fəhlələr; iriqabaritli rezin məhsulların və detalların istehsalında və təmirində, armaturlaşmış detalların (iri şinlərin, rezin yanacaq çənlərin, rezervuarların, nəqliyyat lentlərinin) vulkanizasiyasında məşğul olan rezin məhsullarının təmirçisi; yayma dəzgahlarında (laboratoriya yayma dəzgahlardan başqa) məşğul olan rezin xəlitələrinin yaymaçısı.
    
Şinlərin istehsalı, bərpası və təmiri

     Vulkanizatorçu; ağır yük daşıyan şinlərin yığılması ilə məşğul olan şinlərin quraşdırıcısı; hamarlayıcı.
    
XVIII. NEFTİN, QAZIN, ŞİSTLƏRİN VƏ KÖMÜRÜN EMALI, SİNTETİK NEFT MƏHSULLARININ, NEFT YAĞLARININ VƏ SÜRTGÜ YAĞLARININ EMALI

     Koks boşaldıcısı; koks təmizləyicisi; iş növbələrində çalışan və etilləşmiş benzinin texnoloji qurğularında məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr; aromatik karbo-hidrogenlərin istehsalının növbələrində ekstraksiya sexlərində və şöbələrində məşğul olan fəhlələr; eşmələrin kəsicisi; tərkibində kükürd olan neft qazlarının təmizlənməsində arsenat məhlullarının hazırlanması ilə məşğul olan fəhlələr.
     (ardı var...)
    

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 1011 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]