«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 7:51 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-12, 5:52 AM
 
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

XIX. AĞAC TƏDARÜKÜ İŞLƏRİ

     (...əvvəli ötən sayımızda)

     Meşəqıran; meşənin qırılması, ağacın budaqlanması və ətəklərinin kəsilməsi, odunun doğranması, kötük qətranının tədarükü və hazırlanması, eləcə də əl alətlərinin köməkliyi ilə oduncağın tədarükü ilə məşğul olan ağaçkəsən fəhlə; ağacların və budaqların əməliyyatlararası və mövsümi ehtiyatların hazırlanması, ağacların, budaqların və dairəvi meşə materiallarının ağacdaşıyan nəqliyyat vasitələrinə yüklənməsi və onların boşaldılması ilə məşğul olan və işi əl ilə yerinə yetirən meşə materialının yükləyicisi; dairəvi meşə materialının yüklənməsi və boşaldılması ilə məşğul olan fəhlələr; cokerçi; hər cür dairəvi meşə materialının əl ilə qalaqlanması ilə məşğul olan ağac qalaqlayıcısı.
    
XX. MEBEL İSTEHSALI

     İşi əllə və yaxud mexanikləşdirilmiş alət ilə yerinə yetirən mebel hissələrinin üzləyicisi; sipər elementlərin hazırlanması üzrə isti presslərdə işləyən oduncaq məmulatlarının presləyicisi; mebelin bəzənməsi ilə məşğul olan oduncaq məmulatlarının naxışlayıcısı.
    
XXI. SEMENT İSTEHSALI

     Şlam hovuzlarının və toxmaqların təmizlənməsi ilə məşğul olan fəhlələr.
     (ardı var...)

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 1063 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]