«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 7:06 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-12, 6:01 AM
 
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

XXVIII. YEYİNTİ SƏNAYESİ

     (...əvvəli ötən sayımızda)

    
Qida məhsulları istehsalının ümumi peşələri

     Əl ilə yüklənmə zamanı dövri fəaliyyət diffuzorlarına xidmət edən diffuziya aparatçısı; hovuzlarda buzun tədarükü və onun qalaqlara yığılması ilə məşğul olan buz tədarükçüsü; sümük kömür hazırlayan; separatorların əl ilə sökülməsi ilə məşğul olan təmizləyici maşınların maşinisti; büzmələmə-tara istehsalının tullantılarını taylara yığmaqla məşğul olan fəhlələr.
    
Ət məhsullarının istehsalı

     Avtoklavların, açıq və buxarla, su və ya od ilə isidilən digər çənlərə xidmət və onların əl ilə doldurulması ilə məşğul olan yeyinti piyləri istehsalı aparatçısı; texniki məhsulun istehsalı aparatçısı; əməliyyatların şprisləmə üsulu ilə aparılması ilə məşğul olan bekonçu; mal-qara kəsən; iribuyunuzlu mal-qaranın, donuzların və atların dərilərinin emalı, taylanması və qalaqların çeşidlərə ayrılması ilə məşğul olan dəri duzlayıcısı; bağırsaqların təmizlənməsi və yuyulması ilə məşğul olan kolbasa üçün təbii qişa hazırlayıcısı; dəri lətləyicisi; dərilərin emalçısı; baytarlıq sanitar tulluntılarının emalçısı; əti sümükdən ayıran; texniki məhsulların, bişirilmiş yem və albuminin istehsalı ilə məşğul olan fəhlələr.
    
Yağ-piy istehsalı

     Südün mehtərələrdən boşaldılması ilə məşğul olan süd məhsullarını qəbul edən.
    
Balıq ovu və emalı

     «Dəniz və çay nəqliyyatı» bölməsində adbaad verilmiş işlər və peşələr (vəzifələr) çıxılmaqla, qadınların əməyinin bütün işlərdə tətbiqinə verilən üzən dəniz xərcəngbalıq-konserv zavodları, balıq emalı və kit emalı bazaları, iri dondurucu balıq ovu və dəniz refrijirator gəmiləri istisna olmaqla, balıq ovu, kəşfiyyat və qəbul-nəqliyyat gəmilərində bütün iş növləri; qəfəslərdə konservlərin avtoklava əl ilə yüklənməsində məşğul olan yeyinti məhsullarını yükləyib-boşaldan; balıq emalçısı: qırmızı balığın başının kəsilməsi; balığın çənlərdən, iri yeşiklərdən, gəmilərdən, hovuzdan və başqa su tutumlarından, əl ilə tökülməsi-boşaldılması; duzlama çənlərində balıqların əl ilə qatılaşdırılması ilə məşğul olan balıq emalçısı; çəlləklərdə balıqların əl ilə preslənməsi (sıxılması) ilə məşğul olan ərzaq məhsullarının presləyici-sıxıcısı; üzən vasitələrin qəbuledicisi; balıq çənlərinin əl ilə haşiyələnməsi ilə məşğul olan fəhlələr; atma torların əl ilə dartılması; artma torlarla, qurulmuş torlarla və kisəşəkilli torlarla buzaltı balıq tutumu ilə məşğul olan balıqçı.
    
Çörəkbişirmə istehsalatı

     İstehsalat laboratoriyalarının müəyyən etdiyi qaydada uyğun olaraq, unun əl ilə tökülməsi ilə məşğul olan fəhlələr; un üçün istifadədə olmuş yumşaq taranın əl ilə çırpılması və təmizlənməsi ilə məşğul olan fəhlə; bərk və maye yanacaqla işlyəən istehsalat peçlərinə xidmətlə məşğul olan fəhlələr; xəmir yoğuran; əl ilə hərəkət etdirilən 330 litrdən artıq həcmli diyirçəkli xəmir tabağı olan xəmir qarışdıran maşınlarda; unun, yarımfabrikatın, hazır məhsulun nəqlində tutumu 600 litr olan tabağın hərəkət etdirilməsi ilə məşğul olan fəhlə; hazır məhsulun əl ilə yerləşdirilməsi və daşınması ilə məşğul olan çörək-bulka məhsulunu yerləşdirən.
    
Tütün-maxorka və fermentasiya istehsalı

     Tütünün əl ilə qablaşdırılması zamanı onun aromatlaşdırılması prosesi ilə məşğul olan aromatlaşdırıcı; fermentasiya kameralarını yüklənən-boşaldan; əl ilə yükləməklə məşğul olan tütün doğrayan maşının maşinisti; tütün taylarının daşınması ilə məşğul olan köməkçi fəhlə; maxorka tozunun presləyicisi; tütün gişinin presləyicisi; tütünün qatar partiyalarının tərtibatçısı; tütünün, maxorkanın, farmaturanın düzülməsi, taylara qablaşdırılması ilə məşğul olan düzücü-qablaşdırıcı.
    
Ətriyyat-kosmetika istehsalı

     Civə çöküntülü kosmetik kütlənin qablaşdırılması ilə məşğul olan kosmetik vasitələrin hazırlanması aparatçısı; civə çöküntülü işlərlə məşğul olan kosmetik kütlə yayıcısı; civə çöküntülü işlərlə məşğul olan kosmetik kütlə bişiricisi; civə çöküntüsünün üyüdülməsi ilə məşğul olan fəhlələr; amidoxlor civənin üyüdülməsi ilə məşğul olan fəhlələr.
    
Xörək duzunun hasilatı və istehsalı

     Çöldə duz hasilatı üzrə aqreqatların maşinisti; hovuzlarda duz yükləyicisi (yükqalayan); göldə yol fəhləsi, hovuzları hazırlayan.
    
Konserv istehsalı

     Əl lə tərəvəz çəlləklərinin yerlərini dəyişən, tərəvəzi duzlayan; tüstü vermə kameralarında yerləşməklə meyvə və tərəvəzlərə kükürd qazı verməklə məşğul olan fəhlə; qida xammalının qələvi və təmizlənməsi ilə məşğul olan fəhlə.
    
Yağların təmizlənməsi və hidrogeneziyası

     Konversiya və dəmirbuxar üsulu ilə hidrogenin alınması ilə məşğul olan hidrogençi.
    
Qənnadı istehsalatı

     Karamel kütləsinin soyuducu stollara daşınması və boşaldılması ilə məşğul olan karamelçi.
    
Makaron istehsalı

     İstehsalat labaratoriyalarının müəyyən etdiyi qaydaya uyğun olaraq, unun əl ilə tökülməsi ilə məşğul olan fəhlələr.
     Dəyirman-ding, müxtəlif yemlərdən hazırlanan yem qatışığı msüəssisələri, hibrid və müxtəlif sort qarğıdalı toxumu emalı üzrə zavodlar, elevatorlar, taxıl qəbulu müəssisələri (punktları) bazaları
     Xammalın əl ilə yüklənməsi-boşaldılması ilə məşğul olan fəhlələr; bərk və maye yanacaqla işləyən müxtəlif tip taxıl quruducularına qulluq edən fəhlə; aspirasiya borularının və qurğularının təmizlənməsi üzrə işləri yerinə yetirməklə, ventilyasiya və aspirasiya qurğularına xidmətlə məşğul olan fəhlələr; tara-qablaşdırıcı yüklərin yüklənməsi və boşaldılması ilə məşğul olan fəhlələr; taxılın gəmilərdən, barjlardan, vaqonlardan boşaldılması və binalarda, vaqonlarda, gəmi anbarlarında stasionar üzmə və müxtəlif tipli hərəkətli pnevmatik yükləyici-boşaldıcı maşınların köməkliyi ilə onun sahil qəbul qurğularınadək daşınması ilə məşğul olan fəhlələr; qarışıq yem istehsalında hazır məhsulun pres-qəliblərdən çıxarılması ilə məşğul olan fəhlələr; un tullantılarını ələməklə onların kisə-taralara əl ilə doldurulması ilə məşğul olan fəhlələr; qarğıdalı toxumunun dərmanlanması zamanı zəhrli kimyəvi preparatlarla məşğul olan fəhlələr; anbarda, elevatorlarda müəssisələrdə və başqa obyektlərdə taxılın fumiqasiyası, deratizasiyası və dezinfeksiyası ilə məşğul olan fəhlələr; anbarların daxilində taxılın anbarlara əl ilə boşaldılması ilə məşğul olan fəhlələr; tərkibində antibiotiklər, fermentlər və mikroelementlər olan briketləşdirilmiş və xırdalanmış qarışıq yem istehsalında preslərə xidmət edən fəhlələr; müxtəlif markalı döyücü doğrayıcılara xidmətlə məşğul olan fəhlələr; dərmanlanmış qarğıdalı toxumunun yüklənməsi, boşaldılması və taralaşdırılması ilə məşğul olan fəhlələr; zəhərli kimyəvi preparatlar və dərmanlanmış qarğıdalı toxumu ambarlarında işin yerinə yetirilməsi ilə məşğul olan fəhlələr; silosların, bunkerlərin və başqa tutumların təmizlənməsi ilə bilavasitə məşğul olan fəhlələr; pnevmatik nəqliyyat qurğularına xidmət edən fəhlələr.
    
Qənd istehsalı

     Sümük kömürün regenerasiyası, əhəngin yandırılması, quru tozlu cecənin yüklənməsi ilə məşğul olan fəhlələr.
    
Kraxmal-patka istehsalı

     Sümük kömürün xırdalanması, regenerasiyası, kükürd qazının tətbiqi ilə ayrılmasında məşğul olan fəhlələr.
    
Maya istehsalı

     Mayanın açıq qablarda yetişdirilməsi, mayayetişdirmə aparatlarının, maya yığılan və maya axıdılan çənlərin əl ilə yuyulması ilə məşğul olan fəhlələr.
    
Alkoqollu və alkoqolsuz məhsulların istehsalı

     Çəllək qətranlama qurğularında çəlləklərin açıq üsulla qətranlanması ilə məşğuul olan fəhlələr; karbon anhidridi alınması ilə məşğul olan fəhlələr.
    
Yağayırma istehsalatı

     Aparatçı-yağayıran.
     (ardı var...)

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 1183 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]