«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 1:04 PM
Main » Files » Qadın hüququ » Qanunvericilikdə

2009-09-12, 6:03 AM
 
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin
SİYAHISI

XXIX. DƏMİRYOL NƏQLİYYATI VƏ METROPOLİTEN

     (...əvvəli ötən sayımızda)

     Depoda paravoz ocaqçıları; yük qatarlarının konduktorları; lokomotiv maşinisti, lokomotiv maşinistinin köməkçisi, motor-vaqon elektrik qatarının maşinisti, motor-vaqon, elektrik qatarlarının maşinist köməkçisi, dizel qatarının maşinisti, dizel qatarı maşinistinin köməkçisi; qumörtücü qurğunun maşinisti; motovoz maşinisti, motovoz maşinistinin köməkçisi, enli dirsəkli dəmiryol xətlərində işləyən drezinlərin sürücüsü; asbest hasilatı karxanalarında məşğul olan yol montyoru; baqajın və əl yüklərinin daşınması ilə məşğul olan yükdaşıyın; vaqonların baxıcısı; vaqonların baxıcı təmirçisi; boruların deşci-üfləyicisi; açıq dəmiryol nəqliyyatı vasitələrində yüklərin müşaiyəti ilə məşğul olan yüklərin müşayiəti üzrə bələdçi; paravozların qazanlarını yuyub təmizləyən; asbest tullantılarının ballast karxanasında asbest tullantılarının yüklənməsində daimi işləyən fəhlələr; dirəklərin və travesrlərin antiseptiklərə hopdurulması ilə bilavasitə məşğul olan fəhlələr; oduncaqlara yağlı antiseptiklərin hopdurulmasının texnoloji prosesində məşğul olan fəhlələr; vaqonların hərəkət surətini nizamlayan; dəmiryol nəqliyyatı vasitələrinin təmiri üzrə aşağıdakı işləri yerinə yetirən çilingər; a) paravozlarda isti yuyulma zamanı qarnituraların təmiri; tüstü və od qutularının; elektrik hərəkət qatarının və elektrik ötürücülü teplovozların navalçalarının və aşağı hissəsinin üfürülməsi; ç) neft və kimyəvi məhsulları daşıyan sisternlərdə boşaltma cihazların və qoruyucu klapanların sökülməsi, təmiri və yığılması; boşaltma cihazlarının klapanlarının yoxlanılması və doldurulması; qatarların tərtibçisi; qum işləri ilə məşğul olan təchizatçı; elektrikləşmiş dəmir yollarında yüksəklikdə olan işlərdə məşğul olan rabitə şəbəkəsinin elektrik montyoru.
    
XXX. AVTOMOBİL NƏQLİYYATI

     Turşulu və qələvilli akkumulyatorların doldurulması və təmiri ilə məşğul olan akkumulyatorçu; oturacaq yerlərinin sayı 14-dən artıq olan avtobusda işləyən avtomobil sürücüsü (şəhərdaxili, zavoddaxili, şəhərətrafı-daxili, şəhərətrafı daşımalarla və yük avtomobillərinin təmirinə və texniki xidmətinə cəlbedilməmək şərti ilə bir növbə daxilində kənd yerlərində daşımalarla məşğul olanlardan başqa); yükgötürmə qabiliyyəti 2,5 tondan artıq olan avtomobillərdə işləyən avtomobil sürücüsü (şəhərdaxili, zavoddaxili, şəhərətrafı daxili, şəhərətrafı daşımalarla və yük avtomobillərinin təmirinə və texniki xidmətinə cəlb edilməmək şərti ilə bir növbə daxlində kənd yerlərində daşımalarla məşğul olanlardan başqa); etilləşdirilmiş benzin ilə işləyən maşın mühərrikinin detallarının yuyulmasını əl ilə yerinə yetirən yuyucu maşının maşinisti; etilləşdirilmiş benzinlə işləyən mühərrikin sınağı ilə məşğul olan avtomobil təmiri üzrə çilingər; avtotəsərrüfatlarda etilləşdirilmiş benzinlə işləyən karbratorlu mühərriklərinin yanacaq cihazlarının təmiri ilə məşğul olan yanacaq cihazı üzrə çilingər.
     (ardı var...)

Category: Qanunvericilikdə | Added by: IslamQadini
Views: 1087 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]