«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2019-09-16, 1:38 PM
Main » Files » Aktual » Aktual

2012-11-13, 10:06 AM
Boşanmanın əsl səbəbi nədir?


Ailədə sağlam mühitin olması çox əhəmiyyətlidir. Qarşılıqlı hörmət, nəzakət övladların tərbiyəsində böyük rol oynayır. Əgər belə bir ailəyə sahibsinizsə, xırda anlaşılmazlıqlara güzəşt edərək onu qoruyun. Amma çox vaxt bu mühafizə də yetərli olmur. Boşanmaya gətirib çıxaran əsas amillərin bir neçəsini nəzərinizə çatdırmaq istərdik:

1. Başqalarının müdaxiləsi.
Boşananların böyük əksəriyyəti "uyğunlaşa bilmədik” faktorunu əsas gətirsə də, əsas səbəb başqalarının müdaxiləsi olur. Qohumların, tanışların, xüsusilə valideynlərin gənc ailəyə yerli-yersiz müdaxiləsi həqiqətən də onları bir gün boşanma kürsüsünə qədər çəkib gətirə bilər. Bir anlıq valideynlərlə birgə həyatı təsəvvür edin. Əgər təhlükəli anlarda balıq kimi sıyrılıb çıxış yolu tapa bilməsəniz, bu gec, ya tez özünün təsirini göstərəcəkdir. Xüsusilə əgər valideynlərdən hansı birisə əvvəldən bu evliliyin əleyhinə olubsa. Ailənizi qorumağa Allah köməyiniz olsun.

2. İqtisadi və maddi məsələlər.
Ailə həyatında ər və arvad hər bir şeydə şərik olmalıdır. "Mənim malım”, "mənim cehizim” ibarələri münasibətlərdə soyuqluq və ayrılıq yarada bilər. Gənc ər-arvad belə sözlərin üzərindən qara xətt çəkib , "bizim malımız”, "bizim problemimiz” və "bizim çətinliyimiz” kimi sözlər işlətməlidirlər. Düzgün nizamlanma olmadıqda, sərvətin çoxluğu çətinlik yaradar. Atalar yaxşı deyib: "Duz-çörək yeyəsən, amma günün xoş keçsin”. Bu kəlam onu demək istəyir ki, insanın maddi ehtiyacları orta həddə təmin olsa, kifayət edər, lakin mənəvi ehtiyaclar ali səviyyədə təmin olunmalıdır. Maddi çətinlikləri həll etmək olur. Evlilər qənaətə riayət edib yersiz xərclərdən çəkinərək büdcələrini tənzimləyə bilərlər. Bu onların uzlaşmamalarına heç də əsl səbəb deyildir.

3. Mədəni və sosial təbəqə mənsubluğu amilləri.
Ailə sağlamlığına mane ola biləcək səbəblərdən biri də ər-arvadın dünya görüşündəki (kəndli-şəhərli), yaxud təbəqati (varlı-kasıb) uyğunsuzluğudur. Təəssüf ki, belə şəxslər sevgi və əxlaqı əsas tutmur, həyatlarını daha da gözəlləşdirməyə çalışmır, boş iftixarlar, yersiz "mənəm, mənəm”lərlə qarşı tərəfi təhqir edirlər. Alçaldılma olan bir evdə isə ailə davam tapa bilməz.

4. Anlaşılmazlıq və mənfi münasibət.
Ailələri yıxan səbəblərdən biri dikbaşlıq, sərtlik, şübhələr və s. bu kimi pis əxlaqlardır. Ər və arvadın hər biri bu kimi mənfiliklərin qarşısını almalı və ilk fürsətdə onun həllinə çalışmalıdır. Çünki şübhə kiçik bir qar dənəsinə oxşayır ki, dağdan aşağı diyirləndikcə özüylə çoxlu qar toplayıb böyük bir uçquna səbəb olur.

5. İntiqam almaq və bəhanə axtarmaq (xırdaçılıq).
İntiqam almaq, bəhanə və eyb axtarmaq evləri yıxan ən pis xüsusiyyətlərdir. Təkrarlanan incikliklər, bir-birinin ən xırda eyblərini axtarmaq və s. ər-arvad münasibətlərini dağıdıb qırır. Fikir ayrılığı və səhvlər zamanı bağışlamaq ən gözəl işdir. Onun müsbət xüsusiyyətlərini axtarın, "dəfn olunmuş ötüb-keçənləri” unudun. Həqiqətən işi bir-birinə əziyyət etməkdən başqa bir şey olmayan ər-arvadın ailəsi nə vəziyyətdə olar?

6. Diktatorluq.
Ailə məhəbbət azadlıq, anlaşma və məsləhət ocağıdır. Əgər ər-arvaddan hər hansı yalnız özünün "sözünün keçərli” olması iddiasına qalxarsa, ev mühiti zindan fəzasına çevrilər. Biri göstəriş verir, əməl edilmədikdə təhdid edir və başqalarına nəfəs belə çəkməyə imkan vermir. Belə şəraitdə fərdlər özlərini təhqir olunmuş hiss edir və qaçıb uzaqlaşmaq istəyirlər. Belə ailədə məsləhətləşmənin mənası qalmır, çünki qərar qəbul edən bir nəfərdir. Hər halda diktatorluq ailə təməlini dağıdan amillərdən biri sayılır.
Təbii ki, bu siyahını hələ çox uzatmaq olar. Hər halda ailə qurmusuzsa, ondan muğayat olun, çünki Allah təlağı sevmir.
Category: Aktual | Added by: IslamQadini
Views: 683 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]