«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-16, 8:00 PM
Main » Files » Aktual » Aktual

2012-11-13, 10:08 AM
Ata fəryadı


Bu günlərdə oğlu başqa dini qəbul etdiyi üçün bir atanın yanğı və acı ilə ağladığını gördüm. Oğlunun hərəkətləri və dostları atanı çox qəzəbləndirmişdi. Yanğı ilə deyirdi: «Onu kasıblığımla oxutdurdum, adam elədim, indi övladımı torlarına salıblar, o qədər uşağın başını doldurublar ki, mənim üzümə qayıdır, aqvalideyn olur. Görəsən onu bu yoldan çəkindirəcək bir kəs varmı?»
Mən həmin ataya üzümü tutub deyirəm: Həzrət Əli (ə) çox gözəl buyurmuşdur: «Həqiqətən, insanlar qızıl və gümüşə olan ehtiyaclarından daha çox gözəl əxlaqa ehtiyaclıdırlar».
Hər bir insanın daxilində ilahi varlığa, dinə maraq hissi vardır. İnsanlar nə qədər istəsələr də dinsiz yaşaya bilməzlər. Necə ki, Sovet İttifaqı bizə hakim olarkən, hansı ateisti dindirsəydin Allaha olan inamını görərdin. Çox şükür ki, əvvəlki dövrlərdən fərqli olaraq insanların namaz qılıb oruc tutmasına, öz dini həyatını yaşamasına şərait vardır. Amma bunun başqa bir çətinlikləri də var: müxtəlif dinlərin, məzhəblərin həddindən artıq fəaliyyəti! Həmin bu dinlər, məzhəblər din axtaran insanları, xüsusi ilə gəncləri özlərinə sarı çəkirlər. Cahil insan isə həqiqəti bilmədiyindən, başa düşmədiyindən elə bilir ki, haqq yoldadır. Ey ata, İmam Cəfər Sadiq (ə) buyurmuşdur: «Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb onlara İslami məsələləri öyrədin».
Sən bir ata olaraq övladına heç dindən danışdınmı? Ona İslamı, Həzrət Muhəmməd (s) və onun Əhli-beytini sevdirdinmi? Onunla birgə namaz qıldınmı, əlindən tutub məscidə apardınmı? Halbuki övlada dini tərbiyə vermək ataların övlad qarşısında olan vacib borclarındandır. Sağlam dini tərbiyəli ailədən məhrum olan uşaqlar fəsada, pozğunluğa meyl edər, üstəlik başqalarını da bu yola sürükləyərlər. Ey ata! Sənin simanda bütün atalara səslənirəm: Övladlarınızı sevirsinizsə, onlara təhsil verməklə yanaşı, dinimizi də sevdirin, öyrədin. Bu gün «onun uşağı pis yola düşüb, mənimki yox» - deyib keçməyək, düşünək ki, onun əlindən tutub çirkabdan çıxarsaq Həzrət Muhəmməd (s)-ın və İmamların yanında üzümüz ağ olacaq. Peyğəmbərimiz (s) buyurub: «Axirəz-zamanda dünyaya gələn övladlara ataları tərəfindən vay olsun! Çünki ataları onlara vacibatdan heç nə öyrətməzlər». Soruşdular: «Ya Rəsuləllah, o atalar kafir və ya müşrik olarlar?» Həzrət Muhəmməd (s) buyurdu: «Yox onların ataları müsəlmandır, amma öz övladlarına dini məsələləri öyrətmirlər. Əgər övladların özləri bu məsələləri öyrənmək istəsələr, ataları bu işə mane olub qabağını alarlar. Mən o atalardan bezaram, onlar da məndən uzaqdırlar».

Yeganə Salamzadə

kovser.az

Category: Aktual | Added by: IslamQadini
Views: 798 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]