«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 9:16 AM
Main » Files » Aktual » Aktual

2012-12-14, 7:38 AM
Yay fəsli və yeni imtahanlar!


Tətillərdən sonra yeni dərslərin mütaliəsi düzgün planlaşdırılmalıdır. İlk günlərdən yorğunluq yaranmasın deyə, sadə mətnlərlə işləməyə başlamanız məsləhətdir. Nəzərə alınmalı məsələlərdən biri də, zehnin yorğun halında mütaliənin edilməməsidir, çünkü bu işin nəinki faydası olmaz, hətta sonrakı mütaliələrə ziyanı olar. Bir müddət sonra (sadə mətnlərlə işləməyə adət etdiyinizdən və sadədən-çətinə planına alışdığınızdan) çətin mətnlər belə, sizi yormayacaq, çünki artıq sizin zehniniz, zəruri hazırlığa və xas şəraitlə mütaliə etməyə alışmış olur.

Mütaliənin müqəddiməsi
Planlaşdırmadan sonra mütaliə mərhələsinə lazım olan məqamlardan biri də müqəddimədir. Öyrənilənlərin yadda saxlanılmasında bu müqəddimənin böyük təsiri vardır. Odur ki, qəliz mətnləri öyrənməzdən öncə, səthi də olsa, müqəddiməyə yer ayırmağa çalışın. Müqəddimə, mətnlə ümumi tanışlığınıza səbəb olduğundan, mütaliə zamanı idrakı gücləndirir, nəticədə yaddaşınız məlumatı daha tez qavrayır. Mütaliə zamanı əhəmiyyətli məqamları mütləq qeyd edin. Bunun üçün kiçik dəftərçələrdən istifadə etmək məqsədə uyğundur. Mövzuları, kiçik izahla, səhifə və başlığı qeyd etməklə, yazın. Bu kiçik dəftərçələri özünüzlə gəzdirmək asan olmaqla yanaşı, fürsət düşdükcə onu vərəqləmək və ümumi bir baxışla bütün oxunmuş material və öyrənilməli mövzuları təkrarlamaq yaddaşa faydalıdır. Unutmayın ki, sizin gündəlik, yaxud həftəlik təkrarlarınız, öyrənmək istədiyiniz material və mövzuları zehninizdə qəti yerləşdirməyiniz üçün çox faydalıdır. İlk təkrarınızın bir həftədən sonra olmasına səy edin. Əgər mütaliəni bu üsulla və kamil diqqətlə yerinə yetirsəniz, o sizin zehninizdə uzun müddət qalar.
Həmçinin, mütaliə üçün rahatlıq və sakitlik hiss etdiyiniz bir yeri seçin. Çünki bu amil də, yaddaşın sürətlənməsinə və diqqətin cəmlənməsinə, birbaşa təsir göstərir.

Dərsi dostlarınızla birlikdə öyrənin
Kitabları, xüsusilə yeni məlumatları, dostlarınızla birgə oxumağa çalışın. Birlikdə qiraətetmə rəqabət hissinin oyanmasına səbəb olduğundan, mövzuların daha gözəl qavranılmasına təsir edir. Dərslərin hər bir bölümünü hazırladıqdan sonra bir-birinizdən sual-cavab edin. Belə etsəniz, bildiyiniz və unutduğunuz mövzular, dostunuz tərəfindən sizə təkrarlandığından, uzun müddət zehninizdə qalar.

Valideynlərin nəzərinə
Əziz valideynlər, övladlarınızın yeni imtahanları müvəffəqiyyətlə bitirməsini istəyirsinizsə, onlara münasib mühit yaradın. Əgər maddi imkanınız varsa, övladınızı müəllim yanında hazırlaşdırın. Xüsusi müəllim, övladınızın rahat və hazır zehnlə imtahanlarda zəfər çalmasına imkan yaradar. Lakin rahat mühit olarsa, müəllimsiz də hazırlaşmaq mümkündür. Belə ki, övladınızın dostları və yaxud qohumlardan olan münasib şəxs, ona imtahanlara hazırlaşmaqda kömək edə bilər. Əgər övladınız hansısa bir dərsdən kəsilsə, yaxud o dərsi yenidən oxumalı olsa, onu danlamayın və başqalarının yanında qınayaraq, ona tənə etməyin. Çünki belə işlər, onun tamamilə ruhdan düşməsinə, sınmasına səbəb olar və bu hal, o biri dərslərinin mütaliəsinə də maneəçilik törədər. Onu mehribanlıqla qarşılayıb, ürək-dirək verməniz və hətta, özünüzün də belə hallara düşdüyünüzü söyləməniz, daha yaxşı olardı. Bu onun ruhlanmasına və təhsilə həvəslənməsinə kömək olar. O, belə rəftarınızdan ikiqat enerji alaraq daha artıq çalışar və yeni imtahanlardan üzüağ qayıdıb sizi sevindirər. Övladınızın imtahan qabağı həmfikirliyinizə, mehribançılığınıza və dayaq olmanıza böyük ehtiyacı var. Övladınıza kömək edin ki, o da sizə sevinc bəxş etsin.

Diqqətə layiq məqamlar
1. Bir neçə dərsi təkrarlamalı olsanız, çoxluqdan naümid olmayın.
2. Dərs oxumağın əhəmiyyətsiz olduğunu düşünməyin.
3. Mövcud olan boşluqları düzgün planlaşdırma ilə doldurun.
4. Öncəki məğlubiyyətin sonrakı qələbənin zəminəsi olduğuna inanın.
Category: Aktual | Added by: IslamQadini
Views: 835 | Downloads: 0 | Comments: 1
Total comments: 1
0  
1 KubraZ   (2013-04-29 8:05 PM) [Daxil ol]
cox dogrudur %)

Only registered users can add comments.
[ Registration | Login ]