«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2019-09-16, 1:05 PM
Main » Files » Aktual » Aktual

2012-12-14, 7:42 AM
Ömrümüzdən bir il də itirdik




Bir nəfər səhrada dayanıb ətrafa baxırdı. Birdən bir şirin onun üstüna şığıdığını görür. O qaçmağa başlayır. Gəlib bir su quyusuna çatır. Özünü şirin təhlükəsindən qorumaq üçün quyuya atır. Quyunun divarından uzanan bir sarmaşıqdan yapışıb aşağı düşməyə başlayır. Birdən quyunun dibində bir timsahın ağzını açıb onu gözlədiyini görüb dayanır. Başını yuxarı qaldırıb şirə baxmaq istəyəndə görür ki, bir az yuxarıda iki siçan – aq və qara rəngdə olan siçanlar onun tutduğu sarmaşığı növbə ilə yeyirlər. Bu zaman gözü quyunun divarındakı bal pətəyinə sataşır, o, bir əli ilə sarmaşıqdan yapışıb digər əli ilə pətəkdəki baldan yeməyə başlayır, arıların onun əlini, üzünü sancmasına baxmayaraq, insan yenə də o baldan əl çəkmir.
Əziz oxucular, bu bir alimin bizim yaşadıqımız dünyanı vəsf etməsidir. İnsanın dalınca qaçan şir onun əcəlidir, aşağıda gözləyən timsah onun qəbridir, əcəl gec-tez insanı qəbrə göndərəcək, divardakı sarmaşıq insanın uzanan ömrü, aq va qara siçanlar isə ömrümüzü növbə ilə yeyən gecə və gündüzdür. Bal pətəyi və arıların sancmağı isə dünyanın şirinliyi ilə acılığıdır. Bütün çətinliklərə və problemlərə baxmayaraq insan dünyadan əl çəkmir. Ömrümüzün bir ilini də yola salırıq, bir il də ölümə yaxınlaşdıq, qolumuzdakı, otağımızdakı, mobil telefonumuzdakı və ya kompüterimizdəki saatların hər dəyişən saniyəsi bizi anbaan ölümə yaxınlaşdırır, görəsən bu həqiqəti bilə-bilə niyə biz günah etməyimizdə davam edirik? Axirətimiz üçün azuqə yığmalı olduğumuz halda, bu dünyanın şirinliyinə başımız qarışır və bu dünyaya niyə gəldiyimizin əsl səbəbini unuduruq. Bu həqiqəti bilə-bilə nədən insan dünyadan dörd əlli yapışır? Görəsən dünya onu ən çox sevənlərin hansını diri saxlayıb?

Müəllif: Kəmalə Mirməcidli

kovser.az

Category: Aktual | Added by: IslamQadini
Views: 548 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]