Main » Files » Islamda qadinlar » Aile |
2010-07-23, 10:59 AM | |
İslam tərbiyəsi qanunları
Əgər valideynlər uşağın düzgün tərbiyə olunmasında çalışıb İslamın tərbiyə qayda-qanunları ilə tanış olsalar və bu qaydalardan istifadə etsələr bir çox çatışmazlıqlar, o cümlədən irsi və ruhi müşküllər həll olunar. Başqa sözlə, əgər uşaqda müəyyən səbəblərə görə daşürəkli olmaq zəminəsi yaranarsa, bunu aradan aparmaq üçün düzgün və səhih İslami tərbiyə mühüm amildir. Belə ki, insanın yoldan çıxmasına hətta pozğun mühit, pis yoldaş, dinsiz müəllim və s. təsir edə bilmir. Beləliklə, tərbiyə əsas amildir ki, ona çox diqqət etmək lazımdır.
Validenylər İslamda tərbiyə qaydalarını öyrənməklə yanaşı uşağın müxtəlif yaş dövrlərində bu qaydaları həyata keçirməlidirlər. Həqiqəti axtarmaq Qeyd olundu ki, körpə anadan olandan sonra ilk hiss və qərizəsi aclıq və ya toxluğu duymaqdır. Həqiqət axtarmaq və elm öyrənmək də başqa qərizələrdəndir ki, əvvəlkindən sonra yaranır və uşağın başqa qərizələri zaman keçdikcə aşkar olur. Valideynlər isə öz növbəsində uşaqlarının qərizə və istedadları ilə yaxşı tanış olaraq qiymətləndirməli, onları ilahi təlimlərdən ilham almaqla düzgün İslam tərbiyəsi altında qərar verməlidirlər. Qərizələrin düzgün tərbiyə olunma üsullarından biri də uşaqlarımızın təbii və fitri qərizə hissiyyatlarının müəyyən vaxtda yaranması sahəsinə qədəm qoymaq və onların qeyri-təbii qərizələrinin baş qaldırıb, güclənməsinə səbəb ola biləcək işlərdən özümüzü qorumaqdır. Məsələn, uşaqlar həddi-büluğa çatmazdan əvvəl cinsi səhnələrlə rastlaşmamalı, onların yanında bu mövzuda söhbət olunmamalı, həyəcanlandırıcı şəkil və filmlərə baxmamalıdırlar. Əks halda onlar vaxtından erkən büluğa yetməyə düçar olacaqlar. Başqa sözlə, təbii yaşdan aşağı yaşlarda baliğ olacaqlar ki, bu da onların bir sıra istedadlarının aradan getməsinə səbəb olacaqdır. Bu zaman onların zehin və hafizəsinə də ziyan dəyir. Bundan əlavə bir çox insani və mənəvi xüsusiyyətlərini də əldən verirlər. Buna görə də psixoloqlar təkid edirlər ki, uşaqların qərizələri adi və təbii həddən tez əmələ gəlməməli və yaranarsa da tənzim olunmalıdır. Beləliklə, uşağın şad və xoşhallığını, onun qərizə və hissiyyatlarının ölməməsi ya yoldan çıxmaması üçün, həmişə qorumaq lazımdır. Dinə olan meyillər Uşaq yaşları, hətta körpəlikdən hökmən diqqət yetirilməli olan mühüm qərizələrdən biri də onların dinə olan meylləridir. Artıq hamı üçün məlumdur ki, insan fitrətən dinə meyl adlı qərizəyə malikdir. Əzəmətli Quran bu qərizənin fitri olmasını "Rum” surəsinin 30-cu ayəsində aşkar surətdə buyurmuşdur. Buna görə də valideynlər uşaqlarını kiçik yaşlarından namaz qılmağa təşviq edərək onları bu istəqamətdə rəğbətləndirməlidirlər. Əlbəttə, təşviq zamanı məhəbbət və mülayim mehribanlıqdan istifadə etmək lazımdır. Belə ki, uşaqlar zor gücünə, əxlaqsızlıq və əsəbiləşməklə deyil, öz xoşları və təbii surətdə namazqılan olmalıdırlar. Hekayə İslamın müqəddəs etiqadlarını ələ salıb məsxərə edən bir həkim olur. İslami mühitdə böyüyüb, tərbiyə almasına baxmayaraq, İslama qarşı çox bədbin olması təəccüb doğururdu. Təhqiqat aparılandan sonra məlum oldu ki, bu həkimin xəstəliyi atasının həddən artıq tələbkar olmasından irəli gəlmişdir. Həkimin dediklərindən: Atam hər sübh əlində çubuq başımın üstünü kəsdirib, məni sübh namazı qılmağa oyadardı. Əgər bir an gec dursaydım çubuqla baş, üz və bədənimə vurardı.” Beləliklə o, uşaq yaşlarından atasının kobud, düzgün olmayan və qeyri-İslami rəftarı nəticəsində ruhi xəstəliyə düçar olub, ürəyi kin bağlamışdır və yetkinlik həddinə çatdıqdan sonra da həmin kin-küdurət onun İslam və dini müqəddəsata qarşı bədbin olub, onlara hörmətsizlik etməsinə səbəb olmuşdu. Qərizələrin düzgün tərbiyəsi Din qərizəsini uşaqlarda körpə yaşlardan tərbiyələndirməyin lazımlığı ilə eyni zamanda bu iş qeyri-İslami qaydalarla olmamalıdır. Məsələn, on yaşlı zəif uşağı yayın 30 dərəcə istilikdə oruc tutmağa vadar etməməliyik. Bu, din qərizəsinin inkişaf yolu deyildir. Uşağı təşviq, rəğbət və məhəbbətlə tərbiyə etmək lazımdır ki, onun qərizələri bu əsasda tərəqqi edib, hidayət olunsun. Bu iş üçün uşaqlar arasında adət olan bir neçə saatlıq oruc tutmaqdan istifadə etmək daha faydalı və münasibdir. Belə oruc tutmaqla uşaqları bu böyük ibadətə təşviq edib, onların məzhəbi qərizəsini düzgün yola yönəldə bilərik. Həmçinin, uşaqların şəxsiyyətinə ehtiram göstərib onlara hədiyyə almaq vasitəsi ilə hissiyyatlarını rahatlıqla tənzim və hidayət edə bilərik. Məsələn, əgər uşağınız başqasının arxasınca söz danışsa onu danlamayın, əksinə nəvazişlə rəftar etməklə onu bu işdən çəkindirmək lazımdır ki, qeybət əhli olmasın. Tərbiyədə məhəbbət "Ey bizim Rəsulumuz, Loğmanın oğluna nəsihət və moizə etdiyi vaxtı xatırla ki, dedi: Ey əziz oğlum, heç vaxt Allaha şərik qərar vermə ki, şirk çox böyük zülmdür.” Bəzi alimlərin nəzəri budur ki, "ona moizə edərkən” qeydinin şərif ayədə gəlməsi bunu göstərir ki, Loğman məhəbbət və mehribanlıqla moizə etmək məqamındadır. Beləliklə, bu qərizələrin hər birinin yaranıb aşkara çıxdığı zamanlarda düzgün hidayət etmək mümkün olarsa, övladlarımız müsəlman olub cəmiyyətə xeyir verən olacaqlar. Əks halda isə ya inadkar, ya ürəyi kinli, ya təkəbbürlü, ya da zalım olacaqlar. Onların pis tərbiyə olunmasında özümüz müqəssirik, çünki, pis tərbiyə nəticəsində öz övladlarımızı bədbəxtliyə, dünya və axirətdə isə ziyankarlığa çəkmişik. Yezidin oğlunda tərbiyənin təsiri Bilirsiniz ki, məlun Yezid üç il hakimiyyətdə oldu. Birinci il Həzrət Seyyidiş-Şühəda İmam Hüseyni (əleyhissalam) şəhid etdi, ikinci il müqəddəs Mədinə şəhərinin əhalisini kütləvi surətdə qətlə yetirdi, o qədər adam öldürdü ki, küçələrdə qan su yerinə axdı, hökumətinin axırıncı ilində isə Allah Evini–müsəlmanların qibləsi, müqəddəs Kəbəni yandırdı. Yezid Cəhənnəmə vasil olandan sonra nadanlar onun oğlunun başını tovlayaraq "sən atanın canişini olmalısan”-dedilər. O da qəbul etdi. Sonra məscidə getdi. Bütün camaat məscidə yığılmışdı. Çox böyük bir mərasim idi. O məscidə daxil oldu, minbərə çıxıb, oturdu. Camaat müsəlmanların təzə xəlifəsinin xütbə və söhbətinə qulaq asmaq intizarında idilər. O minbərin üstündə Allaha həmd və şükür edəndən sonra dedi: "Ey camaat, biz siziy, siz də bizim vasitəmizlə imtahan olunduq. Babam Müaviyə ibni əbu-Süfyan xəlifəlik üstündə elə bir şəxslə vuruşdu ki, Allah peyğəmbəri ilə qohumluqda ondan ləyaqətli və İslamda isə ondan daha layiqli idi. O, (həzrət Əliyyibni Əbutalib) müsəlmanların həqiqi rəhbəri, İslama ilk iman gətirib müsəlmanlığı qəbul edən şəxs, Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi oğlu, eləcə də Xatəmül-ənbiyanın nəvələrinin atası idi. Atam Yeziddən heç bir xeyir gözlənilmədiyi bir halda hökuməti öhdəsinə götürüb, nəfsi çəkən işləri gördü. Günahlarına haqq qazandırmağa başlayıb, onları yaxşı cilvələndirdi. Bu zaman Yezidin oğlu, Müaviyə ağlamağa başladı və dedi: Bizim üçün xoşagəlməz və narahatedici məsələ budur ki, hamımız Yezidin ömrünün rüsvayçılıqla sona çatmasını bilirik. Belə ki, o Peyğəmbər (səlləllahu əleyhi və alih) övladını qətlə yetiri, Allahın haram buyurduğu işlərə qurşandı, hörməti aradan aparıb Kəbəni yandırdı. Mən sizin işlərinizi boynuma götürüb, sizin məsuliyyətlərinizə dözə bilmərəm. İndi özünüz öz xəlifəliyinizlə nə edirsiz edin. Hazırda, həqiqi İmam Əliyyibnil-Hüseyn, (İmam Səccad) Mədinədədir. Bu sözü eşitcək anası məclisin ortasından durub etiraz etməyə başladı və dedi: "Ey kaş bir qətrə qan olaydın və dünyaya gəlməyəydin ki, səni bu cür görməyəydim.” O da cavabında dedi: "Bəli ana! Düz deyirsən, kaş bir qətrə qan olub, dünyaya gəlməyədim ki, Yezid kimi bir atanın oğlu olmuşam”. Sonra minbərdən aşağı düşüb bir kənara çəkildi. Bir evə çəkilib orada yaşadı və o qədər qüssə çəkdi ki, axırda 23 yaşında öldü. Yaxşı müəllimin rolu Sual oluna bilər ki, necə mümkündür Yezid kimi adamdan bu cür oğul dünyaya gəlib. Bu məsələni araşdırıb belə qənaətə gəliblər ki, bu oğlanın pak və islah olunmuş bir müəllimi olmuşdur ki, onu düzgün tərbiyə edərək zəlalət, azğınlıq kimi ən çirkin yoldan və ən bədbəxt ailənin içindən haqq yoluna hidayət edib, həqiqəti ona anlatmışdır. Bu bir şahiddir ki, düzgün İslam tərbiyəsi haram nütfə, haram yemək, pozğun mühit və günhakar ata-ananın təsirini qüvvədən salır. | |
Category: Aile | Added by: IslamQadini | |
Views: 1085 | Downloads: 0 |
Total comments: 0 | |