Main » Files » Islamda qadinlar » Aile |
2010-07-24, 4:35 AM | |
Sağlam ailə- sağlam cəmiyyət
Müasir cəmiyyətdə bir çox dəyərlər dəyişilməkdədir. Cəmiyyətin özəyini təşkil edən ailə məsələsi də digər dəyərlər kimi hücumlardan amanda qala bilməmişdir. Lakin İslam dünyasında ailə elə möhkəm əsaslar üzərində qurulmuşdur ki, heç bir amil onu sarsılda bilməz. Əslində, ailə İslamı qərbə tanıtdırmaq üçün ən yaxşı vasitədir. Mən islami ailədən yaxşı İslamı qərbə tanıtdıra biləcək heç bir institut və mərkəz tanımıram. Əgər günümüzdə qərblilər cəmiyyətlərində mövcud olan məlum problemlərlə yanaşı ən ali ictimai və əxlaqi yüksəlişdə olmalarını idiia edirlərsə, islami ailə malik olduğu ideallar, standartlar və meyarlara əsasən onlardan daha çox üstün pillədə qərar tutur. Ailədə öhdəliklər İslamda ailə çox pilləlidir. Burada ailə müdiri daha çox məsuliyyət daşıyır və əlavə olaraq ailənin rəhbərliyi də onun öhdəsindədir. Kişi ailənin əsasıdır. Kişinin qadından üstün olması haqqında irəli sürülən fikirlər mənasızdır. Lakin əgər məqsəd qeyd etdiyimiz məsuliyyət və öhdəliklər olarsa, bu çox zəruri və danılmazdır. Ailə kimi aktiv bir sistemin rəhbərsiz idarə edilməsi qeyri-mümkündür. Necəki gəmi kapitansız məqsədyönlü yolunu davam etdirə bilməz. İslam bu qanunları qəbul etmək və öhdəlikləri ailə başçısına verməklə onu vəzifələrini icra etməyə mükəlləf etdiyi kimi ailəni də öz himayəsi altında saxlayır. Öz öhdəliklərinə əməl etməyən kişi qanun, din və İslam cəmiyyəti önündə məsuliyyət daşıyır. Ona görə də din və cəmiyyət bu məsuliyyəti ictimai və siyasi əsas kimi qəbul edir. İctimai yönlər İslami ailənin ikinci səciyyəvi yönü bundan ibarətdir ki, ailə bir ictimai birləşmənin nəticəsidir. İki şəxsin izdivacdan öncə onların alələri arasında ictimai əlaqələr formalaşmağa başlayır. Lakin sevgi və məhəbbət rabitəsi izdivacdan sonra yaranır və inkişaf edir. Buna görə də, İslami prinsiplərə əsasən qadınla kişi arasında düzgün rabitənin qurulması üçün şans daha çoxdur. Belə bir məqsədlə bir-biriləri ilə əlaqə yaradan müsəlman kişi və qadının ailə məslələri ilə uyğunlaşmaları üçün daha çox zamanları vardır. Onlar bundan öncə bir-biriləri ilə əhd bağlamış, indi isə yalınız sevgi və məhəbbət əsasında yaşamaq fikrindədirlər. Buna əsasən, onlar ailə üçün zəruri olan məsələlərlə uyğunlaşmağa nail ola bilirlər. İcdivac- qanuni cütlük İslami ailənin üçüncü imtiyazi qanuniliyidir. İslamdə izdivac yalınız iki insanın yox, iki ailənin birləşməsidir və hər iki ailə maddi və mənəvi dəstəklərini bu iki gənc cütlükdən əsirgəməməyə çalışır. İzdivac iki tərəf arasında ictimai və hüquqi sazişdir. Elə bir qanuni saziş ki, hər iki tərəfin razılığına ehtiyac duyulur. Bu sazişdə bəzi şərtlər qeyd edilir və hər iki tərəf onu imzalayaraq qəbul edir. Beləliklə dini nikah qanuni və icrası zəruri olan sənədə çevrilir. Çünki ailə bir dövlət kimidir. Daxili, xarici, təhlükəsizlik, ictimai, təlim-tərbiyə məsələləri ilə qarşı-qarşıya olan bir dövlət. Buna görə də əsaslı qanuna ehtiyaclıdır. Bütün bu məsələlərin qanunsuz bir sistemdə icra edilə biləcəyini təsəvvür etmək olarmı? Qadının şəxsiyyəti və onun ailədə rolu Dördüncü səciyyəvi xarakter qadınların şəxsiyyətidir. İslam qadını kamil varlıq hesab edir və onu kişi ilə bərabər tutur. İslam qanunlarına əsasən qadın iqtisadi hüquqa malikdir. Ərinin müdaxiləsi olamdan istənilən vaxt malik olduğu şeyi sata bilər. Müsəlman qadını 1400 il öncədən bu hüquqa malik olsa da, qərb qadını 50 il öncəyə qədər atası və ya ərinin icazəsi olmadan alqı-satqı etmək hüququna malik deyildi. Təzəlikdə bir qrup qərb qadını ailə qurandan sonra qızlıq adını qorumaq hüququnu əldə etmişlər. Əlbəttə, ailə qurmazdan öncə məşhur iş adamı kimi tanınmaları şərti ilə. Müsəlman qadınları kişilər kimi təhsil alma, iqtisadi, ictimai fəaliyyət göstərmə, dini mərasimlərdə iştirak etmək hüquqlarına malikdirlər. Böyük ailə Beşinci nünas budur ki, islami ailə günümüzdəki ailə modellərindən fərqli olaraq daha genişdir. İslam ailəsində övlad uşaqlıq çağından ahıl dövrə qədər valideynləri ilə birgə yaşayır. Onlar uşaqlıq çağlarında övladları ilə oynayır, səbr və təmkinlə onları tərbiyə edir, yetkinlik çağına qədər onlara dəyərli məsləhətlərini verməyə çalışır, hər zaman övladları ilə sıx ünsiyyət qurmağa səy göstərirlər. Buna görə də uşaqlar da valideynlərinə məhəbbət bəsləyirlər. Lakin qərb ailəsində övladlar yetkinlik çağını başa vurduqları andan müstəqil mövqe tutmağa çalışır, ailə mühitindən uzaqlaşmağa səy edir və həmişə ailənin digər üzvlərinə yad münasibət bəsləyirlər. Habelə, böyük ailədə nəsillər arasında gözə çarpacaq qədər fasilə mövcud deyil. Ona görə ki, ailədə uşaq, gənc və yaşlı nəsillər birgə yaşayırlar. Böyük ailələrdə uşaqlar topluyla dostluq etməyi, onlara sevgi bəsləməyi, sadiq olmağı və önlərində vəzifə daşıdıqlarını anlayırlar. Sonda müsəlmanların dini vəzifə kimi əməl etdiyi və ailə məsələlərində yararlandıqları bir neçə digər islami dəyərləri də xatırlamağı lazım bilirəm. Məlum olduğu kimi müsəlmanların alkoqol içkilər, uyuşdurucu maddələr qəbul etməməsi ailə həyatlarını möhkəmləndirir. Habelə, İslamda qumar haramdır və ailənin bütün üzvlərinin xərci müəyyən mənbədən və ailə başçısının nəzarəti altında ailənin ixtiyarına verilir. İlahi bir birlik olan ailə insan yarandığı gündən meydana gəlmiş və məlum insan nəsli həmin birliyin nəticəsidir. Buna görə də İslam dinində ailə xüsusi əhəmiyyətə malikdir və cəmiyyətin əsasını təşkil edir. Buna əsaəsn sağlam ailə sağlam cəmiyyətə bərabərdir. Professor İsmayıl Faruqi | |
Category: Aile | Added by: IslamQadini | |
Views: 2378 | Downloads: 0 |
Total comments: 0 | |