«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 5:52 AM
Main » Files » Islamda qadinlar » Aile

2011-12-04, 3:13 PM
Valideynlərin üzərinə düşən məsuliyyət, uşağın təkcə maddi tələbatını ödəmək yox, həm də onun mənəvi cəhətdən düzgün formalaşmasını təmin etməkdir.

Hər bir valideyn və ya öhdəliyində uşaq olan insan müəyyən məsuliyyətlər daşıyır. 
Allah qarşısında olan məsuliyyət, ailə, dövlət, cəmiyyət və həmçinin elə o uşağın özü qarşısında olan məsuliyyət.
Beləki, uşağın gələcəkdə imanlı, ailəcanlı, vətənpərvər, sosial öhdəliklərini yerinə yetirən layiqli bir şəxsiyyət kimi formalaşması üçün onun tərbiyəsinə elə kiçik yaşlarından başlamaq lazımdır.
Biz aşağıda uşaq psixologiyası ilə bağlı 10 mühüm nüansı diqqətinizə çatdırırıq.

1. Övladınızı kənar və ya qohum həmcinclərinin, böyüklərin yanında tənqid edib, ünvanına kobud sözlər işlətməyin.(ələlxüsus da oğlanları) 
Başqalarını ona misal göstərməyin. Bu hərəkət onlarda mənfi təsir qoyur.

2. Uşağınızın ancaq sizə məlum sirrlərini heç kimin yanında üzünə vurub, onunla zarafat etmeyin. 
Çünki siz onun üçün etibarzıs, sirdaşlığa uyğun olmayan biri olarsınız. Bir daha heç vaxt sizinlə sirrini bölüşməz.

3. Onun suallarından qaçmayın, əksinə, ən mənasız sualına belə fikir verin. 
Çünki uşaqların soruşduğu və onlara verilən cavablar boşa getmir, bu onun gələcəkdə necə biri olacağını formalaşdıran əsas amillərdəndir. (əsasən də oğlan uşaqları boş-boşuna heç nə soruşmurlar.) 
Ona dəyər verdiyinizi göstərin ki, sizi özünə yaxın hiss etsin.

4. Uşağa 5 yaşından ayaqqabısını geyməyi, səhər qalxan kimi yerini yığışdırmağı, zibili həyətə aparmağı öyrədin. 
Bu gələcəkdə onu alicənab, ailəcanli biri edər.

5. Onun böyüklərə hər hansı işi görməkdə kömək göstərmək hissini boğmayın, bu istəyinin qarşısını almayın.
Onu balacalıqdan (oğlandırsa kişi işlərinə, qızdırsa qadın işlərinə) həvəsləndirin. 
Ailələr bəzən uşaqlarını qoruduqlarını düşünüb, onları bir çox şeydən təcrid edirlər. 
Bu isə gələcək həyatlarında onların bacarıqsız, səriştəsiz, aciz olmalarına səbəb olar, böyük fəsadlar yarada bilər.

6. Uşaqların enerjisi çox yüksəkdir və onlar bu enerjini müxtəlif cür istifadə edə bilərlər. 
Evi dağıtmaq, oyuncaqlar ilə oynamaq, babası ilə gəzməyə getmək və s.  
Onu evi dağıdarkən, oyuncağını sökərkən, gəzmək zamanı nələrəsə maraq edərkən danlamayın. Nəyə maraq göstərdiyini, ya da nəyə maraq göstərməsini istədiyinizi tapıb onu həmin istiqamətdə yönləndirin.

7. Övladınız həyətdə oynayıb, evə cırılmış şalvar, çirkli köynək, sıyrılmış dirsək, göyərmiş üzlə qayıdanda ona ağzınızdan çıxanı deməyin. Əksinə, hadisənin necə baş verməsini guya maraqlanırmış kimi öyrənin və məsləhət verin(zerbeden nece yayınmalı, cızılan yerə soyuq su qoymağı və s.) 
Bele etmeseniz gələn dəfə o, zədəlnmiş yeri sizdən gizlədəcək.

8. Söz verdiyiniz işi yerinə yetirin və uşaqdan da bunu tələb edin. 
Bu, onu gələcək həyatındakı işlərdə məsuliyyətli biri kimi formalaşdıracaq.

9. Uşağa milli-mənəvi dəyərlərə uyğun davranışları, etik qaydaları 4-5 yaşından öyrədin(Allaha şükr etməyi, vətənpərvərliyi, süfrə qaydaları, avtobusda yer verməyi, yaşlılara yardım etməyi, edilən yaxşılığa təşəkkür etməyi və bu kimi etik qaydaları.) 
Bu şəkildə böyüdülən uşaqlar imanlı, vətənpərvər, mədəni, həm də mərhəmətli olurlar.

10. Son olaraq, ən əsası övladınızın kimlərlə dostluq etdiyini bilməlisiniz. 
Özünüz həmin uşaqları evinizə dəvət edin. Uşağınızın dostlarının valideynləri ile tanış olub, münasibət qurun. Ətraf mühitin güclü təsirini heç vaxt unutmayın.
islamazeri.az

Category: Aile | Added by: IslamQadini
Views: 1271 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]