Main » Files » Islamda qadinlar » Aile |
2012-05-03, 9:37 AM | |
Gənc Qızlar Necə Olmalı? -1 Həyatında birini nümunə götürmək və onun xüsusiyyətlərinə sahib olmaq mövzusunda üç təməl mövzu vardır: 1- Nümunə alıncak kimsə, 2- Nümunə götürən kimsə (nümunə və model arxasında olan), 3- Nümunə götürülməsi gərək şeylər. Hz. Zeynəbi (s. a) nümunə götürmək istəyən gənclər hər şeydən əvvəl Hz. Zeynəbi (s. a) tanımaları lazımdır. Fəzilətləri, əxlaqi quruluşu, həyatda əhəmiyyət verdiyi qanunları və hədəflərinin nələr olduğu bilinməsi lazımdır. Onu lazımlı bir şəkildə tanışdan sonra səadətli bir həyat üçün özünü təqib edə bilərik. Hz. Zeynəbin (s. a) bəzi fəzilət və xüsusiyyətləri: 1- Məlumat sahibi olması 2- İmanı 3- Siyasi və ictimai anlayışının yüksək olması 4- Hüseyni kıyamın hədəflərini və mənəvi dəyərini tam olaraq bilməsi 5- İmama (ə.s) itaəti. 6- Uşaqlarını Hüseyni qıya bilmə təqdim etməsi 7- Tağutları xor və alçaq görməsi 8- Müsibetlere qarşı səbr etməsi 9- Kərbəla qıyamını təbliğ etməsi, işıqlandırması və təməllərini sağlamlaştırması. Müsəlman gənclik Onun bu xüsusiyyətlərinə, yəni elm təhsili, səbir, cəsarət, məsuliyyət şüuruna sahib olması, dini təbliğ etməsi, İmama itaət etmək... kimi xüsusiyyətlərinə sahib olsalar ilahi lütf sayəsində müvəffəqiyyətli və xoşbəxt bir həyata qovuşa bilərlər. Bütün peyğəmbərlərin hədəfi insanların təkamül etməsi və əbədi səadətə çatması üçün doğru bir şəkildə öyrədilməsidir. Bu məqsədə çatmanın əməli yollarından biri model ola biləcək kəslərin öyrədilib yetişdirilməsidir. Quranın ayələrinə və Günahsız İmamlardan (ə.s) gələn hədislərə baxdığımızda, insanı nümunə yoluyla öyrətməyə çox əhəmiyyət verdiklərini görməkdəyik. Quran, müxtəlif ayələrdə Peyğəmbərləri, salehləri və ümmətləri bir fakt və nümunə olaraq göstərmişdir: ‘Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!.' ‘İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!” – deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər:) "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır. '[ Əhzap/21, Mumtəhinə/4 ] tebyan.net
| |
Category: Aile | Added by: IslamQadini | |
Views: 1090 | Downloads: 0 |
Total comments: 0 | |