«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2019-10-13, 10:59 PM
Main » Files » Islamda qadinlar » Aile

2012-06-17, 11:02 PM
Yalan düşdüyü yeri xarabalığa çevirir!

İmam Baqir (ə) buyurub:
 

«إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ جَعَلَ لِلشَّرِّ أَقْفَالًا وَ جَعَلَ مَفَاتِيحَ تِلْكَ الْأَقْفَالِ الشَّرَابَ وَ الْكَذِبُ شَرٌّ مِنَ الشَّرَاب»‏

"Allah-Taala bütün şər və pis işləri qıfıllayıb. Bu qıfılların açarı şərabdır. Amma yalan şərabdan da şər və pisdir".[1]

O həzrət başqa bir hədisdə buyurub:

 «إِنَّ الْكَذِبَ هُوَ خَرَابُ الْإِيمَان‏»

"Yalan danışmaq imanı xarab edər (viranəyə oxşadar)".[2]

İmam Cəfər Sadiq (ə) buyurub:

«قَالَ عِيسَى ابْنُ مَرْيَمَ علیه السلام مَنْ كَثُرَ كَذِبُهُ ذَهَبَ بَهَاؤُهُ»

"İsa bin Məryəm buyurdu: Hər kəsin yalan danışmağı çoxalarsa, üzünün gözəlliyi (nuraniyyət və insani dəyəri) itər".[3]

Qadınlar üçün ən pis əxlaq hansıdır? Yalan danışmaq? Bədəxlaq olmaq? Danışqan, acıdil, nəzakətsiz, yavadanışan və söyüşcül olmaq?

Bu sualın cavabında bir evdar xanım belə yazıb:

*"... Yalan danışmaq pis və alçaqlıqdır. İstər ciddi olsun, istərsə də zarafat. Qadın heç bir halda ərinə və uşaqlarına yalan deməməlidir. Məbada ki, bu onun üçün bir adətə çevrilsin. Yalan hansı ailədə özünə yer açarsa, o ailədə sevgi, məhəbbət, səfa, səmimiyyət, etibar, etimad olmayacaq və yerini dava-dalaşa, əsəbiliyə, narahatçılığa verəcəkdir. Ər və arvad bir-birinə inanmayacaq və ailədə hər an qorxu, iztirablar çoxalacaqdır... Amma bəzən kişilərin xudpəsəndlik və tələbkarlığı qadını yalan danışmağa məcbur edir. Məsələn, kişi evdə olmayanda arvadın qohumlarından qonaq gəlir və gedir. Kişi evə gəlib bunu biləndə başlayır ki, nə xəbərdir bala, hər gün qonaq olar? Məgər mən onların evinə ildə neçə dəfə gedirəm?

Buna görə də gələn dəfə qonaq gələndə arvad kişinin hay-küyünün qorxusundan bunu gizlətməyə məcbur olur. Yaxşı olardı ki, əvvəl kişilərə deyəsiniz ki, bu qədər hay-küy və tələbkarlıq etməsinlər. Sonra da qadınlara deyin ki, yalan danışmasınlar...

? ... Əxlaq və adətlərin yaxşısı və pisi vardır. Bəzi əxlaqlar yaxşı və bəziləri daha yaxşıdır. Sözlər arasında ən pis söz yalan, əxlaqi sifətlərdə isə ən pis sifət yalançılıqdır. Yalan danışan insan elə murdar bir iy verir ki, Allah-Taalanın mələkləri ondan uzaqlaşırlar.

Yalan, ailənin möhkəm bünövrəsinə saplanan bir külüngdür ki, ailənin bünövrəsini yerdən qazır, ailənin təhlükəsizlik sütununu titrədib yerə yıxır.

Kişi sevir ki, evə qayıtdığı zaman evi işıqlı və ətirli görsün. Amma yalan evi qaranlıq, məsələləri şübhəli, naməlum, qeyri-həqiqi şeyləri həqiqi kimi nişan verir, əlaqə və etibarı sındırır. Məgər yalançının sözünə etimad, etibar etmək olarmı? Nə cür etimad edəsən? O, öz etimadını, etibarını və sözünü qiymətsiz və süst etmişdir. Yalançı öz həyatını əldən vermiş və varlığını pis qoxulu murdara çevirmişdir. Çünki ölü ilə dirinin fərqi bundadır ki, diri ilə rabitədə olub ona etimad etmək olar, amma yalan danışan əlaqə və etimad ləyaqətini əldən verərək ölülər sırasına keçmişdir.

Nə gözəl olardı ki, insanlar, xüsusilə də ər və arvad bir-birinə yalan satmayaydılar. Yalanın axırı peşmançılıq və rüsvayçılıqdır. Necə ki, Həzrət Yusifin (ə) qardaşları yalanları üzə çıxdığı zaman rüsvay və peşman oldular.

Arvadın ərinə "bu gün evə qonaq gəlməmişdir” - deməsi dava-dalaşın və hay-küyün qabağını neçə saat, ya neçə gün ala biləcəkdir? Bu gün, sabah, o biri gün... axır pərdə cırılacaq və xəcalət təri üzə axacaqdır...

Əli (ə) bu barədə buyurmuşdur: "Yalan bir bəladır ki, hər şeyi qüsurlu və dəyərsiz edir".[4]

 O həzrət başqa bir hədisdə buyurmuşdur: «لَا شِيمَةَ أَقْبَحُ‏ مِنَ الْكَذِب»‏
"Yalançılıqdan pis adət yoxdur.”[5]

Hamınıza həyatda sədaqət, düzlük və səadət arzulayıram.

Müəllif: Seyid Əliəkbər Hüseyni

Mütərcim: Seyid Məhəmməd Bəşirov

 


[1] . "Əl-Kafi", Şeyx Kuleyni, 2/339, "kizb" (yalan) bölməsi, hədis:3.

[2] . "Yenə orada", hədis:4.

[3] . "Yenə orada", hədis:13.

[4] . "Təsnifu ğürəril hikəm və dürəril kəlim", Əbdül Vahid Təmimi Amudi, "əl-kizb" (yalan) bölməsi, səh. 219 – 221.

[5] . "Təsnifu ğürəril hikəm və dürəril kəlim", Əbdül Vahid Təmimi Amudi, "əl-kizb" (yalan) bölməsi, səh. 219 – 221, hədis:4383.


Category: Aile | Added by: IslamQadini
Views: 736 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]