«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2019-10-14, 0:23 AM
Main » Files » Islamda qadinlar » Aile

2012-06-17, 11:14 PM
Namaz qılmayanla ailə həyatı quraqmı?!

Namaz nədir? Nə üçündür? Namaz qılmayan həyat yoldaşı ilə necə yaşamalıyıq? Namaz qılmayan biri həyat şəriki ola bilərmi?

Namaz, Allah-Taalanın zikri, Onu yada salmaq, Onun qonaqlığına getmək, Onunla danışmaq, Onun qarşısında baş əyib ümid, qorxu ilə ədəbli dayanmaq, Onu tərif (Onun böyüklüyünə, özünün kiçikliyinə etiraf) etmək, Ona şükür etmək, öz hacət və istəklərini Ondan diləməkdir.

Namaz qılan sadəlik, təvazökarlıq, zəlillik, acizlik və yoxsulluqla Allah-Taalanın qarşısında dayanır, Allahlığına şəhadət verir, Onu şəriksiz bilir, yeganəliyini etiraf edir və Ondan etdiyi günahların bağışlanmasını istəyir.

İnsan gündə beş dəfə namaz qılır ki, Allah-Taalanı unutmasın və Onun dərgahında günahkar və üsyankar olmasın.

İnsan namaz qılır ki, həmişə Allah-Taala ilə rabitədə olsun və Onu unudaraq azğınlığa düşməsin.

Allahın Rəsulu, Peyğəmbərimiz (s) namazı dolu, zülal sulu bir bulağa bənzədir ki, mömin və namaz qılan hər gün beş dəfə öz əl-üzünü bu bulaqda yuyur, bədən və ruhunu bütün pisliklərdən təmizləyir.

Buna görə də namaz, Allah-Taalanı həmişə yad etmək, çirkinlik və pisliklərdən uzaqlaşmaq, göylərə ucalmaq deməkdir. 

* "... Cavan bir oğlan elçiliyimə gəlib. Ata-anası tez-tez gedib-gəlir və xahiş edirlər ki, bu işə razı olum... Deyirlər ki, ata-anası yaxşı insandır, amma oğlan namaz qılan deyil... Mən oğlanla da söhbət etdim. O deyirdi ki, adamın ürəyi pak olmalıdır, namaz elə də mühüm deyil, namazın həyata nə dəxli vardır? Deyir ki, sən namaz qılmaq istəyirsən, qıl, mənim namazımla nə işin var? ... Ata-anam bu işdə ixtiyarı tam olaraq mənə veriblər və onlar üçün mənim fikrim mühümdür. Mən də sizinlə məsləhətləşmək istəyirəm: Belə bir cavanın istəyini qəbul edim, ya yox? Sizcə, onunla həyatım xoşbəxt və firavan olacaqdırmı? Ona nə cavab verim?... Sizdən bir ruhani ata kimi məsləhətinizi gözləyirəm...”.

? Əziz qızım, namaz qılmayan haqqı qəbul etməyib, hidayət olunmayıb və dinin həqiqətini başa düşməyibdir. Namaz, Allah-Taalanın bəndələrin boynunda olan haqqıdır. Namaz qılmayan şəxs Allah-Taalanın haqqını zay etmiş və ayaq altına atmışdır. Allah-Taalanın haqqını zay edən bir kəs, bəndələrin haqqını özünə verərmi? Allah-Taalaya vəfasız olan kəs, bəndələrə qarşı vəfalı olacaqmı? Siz necə Allah-Taalaya vəfasızlıq göstərib Onun haqqını zay edən bir kəsdən sizin haqqınıza riayət edib, sizə vəfalı olacağını gözləyə bilərsiniz?

Namaz qılmayan şeytanın əsiri və quludur. Namaz bulağında yuyunmayan insan şeytani çirkinliklərin iyini verəcəkdir. Belə bir kəslə nə cür yaxşı yaşamaq olar? Beləsinə necə etibar edəcəksən?

Allahın Rəsulu (s) buyurmuşdur:

«إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ عَلَيْهِ الْعَبْدُ الصَّلَاةُ، فَإِذَا قُبِلَتْ‏ قُبِلَ سَائِرُ عَمَلِهِ وَ إِذَا رُدَّتْ عَلَيْهِ، رُدَّ عَلَيْهِ سَائِرُ عَمَلِه‏»

 "Beş vaxt gündəlik namazı (qılmaqla) qoruyun, çünki Allah-Taalanın Qiyamət günü bəndəsindən soruşacağı ən birinci şey namazdır. Əgər namaz tam, kamil və istənilən kimi yerinə yetirilibsə, qalan əməllər barəsində soruşulacaqdır. Amma əgər namaz qılınmayıbsa, qalan əməllərə baxılmaycaq və o insan cəhənnəmə atılacaqdır”.[1]



[1]. "Əl-Kafi”, Şeyx Kuleyni, 3/268, hədis:4; "Mən la yəhzuruhul fəqih”, Şeyx Səduq, 1/208, hədis:626; "Əl-Usul əs-sittətə əşər”, Hüseyn bin Osman bin Şurəyk (Şərik)- səh.322 - (şiənin 400 əsl (hədislərin məsumdan (ə) eşidilərkən yazılmış əlyazma nüsxələri) adlanan kitablarından 16 əsl bu məcmuədə özünə yer almışdır. Yazılma tarixi: 3-cü hicri-qəməri əsri).

 

Müəllif: Seyid Əliəkbər Hüseyni 

Tərcümə etdi: Mirməhəmməd Bəşirov
islammektebi.org

Category: Aile | Added by: IslamQadini
Views: 880 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]